Messinin söyənlər cəzalandı

“Atletiko” və “Deportivo” azarkeşləri arasında düşən davada bir fanatın ölməsi İspaniya klublarını hərəkətə keçirib.

ANS PRESS-in məlumatına görə, La Liqa təmsilçiləri təhlükəsizliyi daha da gücləndirmək qərarına gəlib.

Bu yöndə ilk təqdirəlayiq addımı “Real” atıb. Madrid klubunun rəhbərliyi “Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda Lionel Messi, “Barselona” və Kataloniya əleyhinə şüarlar səsləndirən, söyüş söyən 17 nəfərin kimliyini müəyyənləşdirilib. Onların bir daha stadiona buraxılmaması barədə qərar qəbul edilib. …read more

From:: ANS

      

Erməni ordusu itki verdi

Ermənistan ordusu daha bir itki verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün Dağlıq Qarabağda Ermənistan sialhlı qüvvələrinin əsgəri, 19 yaşlı Qarik İspiryan öldürülüb.

Onun hansı şəraitdə öldüyü hələlik məlum deyil. İlkin ehtimala görə, onu əsgər yoldaşı öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, son günlər Ermənistan ordusunda itki halları artıb. Erməni mətbuatının yazdığına görə, orduda intihar halları da əvvəlki illərlə müqayisədə həddindən artıq çoxalıb. Son bir ayda Ermənistan ordusu 10-dan çox itki verib. Onların bəziləri intihar edib, bəziləri isə əsgər yoldaşları tərəfindən öldürülüb. …read more

From:: ANS

      

Saakaşvili xalqa söz verdi (VİDEO)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hakimiyyətdən getdikdən sonra ilk video konfransını keçirib.

ANS TV-nin məlumatına görə, hazırda Gürcüstanda barəsində cinayət işi açılan keçmiş prezident bütün bunlara baxmayaraq tezliklə ölkəsinə qayıdacığını və aktiv siyasətlə məşğul olacağını deyib.

“Tezliklə Gürcüstan rəhbərliyinə geri qayıdacam. Buna çox az vaxt qalıb. Və biz sizinlə birgə başladığımız bütün işlərimizi sona çatdıracağıq. Bunun üçün bizə heç kim mane ola bilməyəcək. Və hakimiyyətə döndüyüm zaman yalnız bir nəfərdən hesab soruşacam. O şəxs hazırda prokurorları idarə edərək istədiyi vəzifəli şəxsin azadlığını əlindən alır”, deyə Saakaaşvili bildirib.

…read more

From:: ANS

      

Qaz kəmərlərinə 48 milyard dollar qoyulacaq

Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub” qaz dəhlizi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələri, o cümlədən “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələrinin həyata keçirilməsinə yönəldiləcək investisiyalar 45-48 milyard dollara çatacaq.

Bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, ARDNŞ qardaş ölkə Türkiyədə “Star” neft emalı zavodu və “Petkim” konteyner limanı kimi layihələri uğurla həyata keçirməyi, gələn ilin əvvəllərində isə Petkim yarımadasında yeni elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır.

Ölkə daxilində isə Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) modernləşdirilməsini, istehsal gücü ildə 12 milyard kubmetr olan yeni qaz emalı zavodunun və illik 800 min ton baza polimerlərinin istehsalını nəzərdə tutan neft-kimya zavodunun tikintisini reallaşdıracaq. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network