Erməni ordusuna atan erməni

Ermənistan Müdafiə Nazirliyinə texniki baxımdan ən böyük təchizatçılarından biri olan sahibkar həbs edilib.

ANS PRESS-in məlumatına görə, Aşot Sarqsyan Ermənistan ordusunu texniki vasitələrlə təmin edirmiş.

Biznesmen məhsulları bazar qiymətindən bir neçə dəfə baha qiymətə satmaqda günahlandırılır. Bununla o Ermənistan Müdafiə Nazirliyinə 100 minlərlə ziyan vurub.

Xatırladaq ki, bu ilin sentyabrında daha bir iş adamına əsgərlərə mal əti yerinə camış əti satması ittihamı ilə 3,3 il iş veriblər. …read more

From:: ANS

      

İki qadın 25 il yaşadıqları evləridən qovuldu (VİDEO)

Oğuz rayonunda kimsəsiz qadınlar öz qanuni mülklərindən zorla çıxarıldıqlarını iddia edirlər. ANS TV-nin məlumatına görə, Oğuz rayon sakini Əsli Qasımova həmkəndlisi tərəfindən yaşadığı mülkdən çıxarılmasından şikayət edir. Onun sözlərinə görə, anası 30 ilə yaxın kolxozda sağıcı işləyib. 1988-ci ildə torpaqlar özəlləşdirilərkən fermanın həyətində olan tikili onlara əmlak payı kimi verilib və o anası ilə birgə son bir ilə kimi həmin tikilidə yaşayıblar. Lakin bir il əvvəl Əfsanə adlı qadın onları buradan zor tətbiq edərək çıxarıb.

İndi yaşamaq üçün yeri olmayan iki kimsəsiz qadın tək yaşayan kənd sakinlərindən birinin evinə sığınıblar. Bu vaxta kimi döymədikləri qapı qalmayıb, lakin problemlərinə çarə tapan olmayıb. Ən pisi də odur ki, həmin mülkün onlara əmlak payı kimi verilməsini təsdiq edən sənəd də zorla çıxarıldıqları həmin evdə qalıb.
Şikayətçi Əsli Qasımova sənədin evdə qaldığını və evi zorla zəbt edənlərin həmin sənədi götürməyə belə icazə vermədiklərini deyir.

Məsələyə qarşı tərəfin cavabı isə çox kəskin və qısa oldu. Həmin binanın onun atasına da əmlak payı kimi verildiyini iddia edən Əfsanə Əliyeva şikayətçiləri qəti şəkildə evə buraxmayacağını bəyan etdi. Amma Əfsanə Əliyeva həmin mülkə aid hüquqi sənədləri təqdim edə bilmədi.

Məsələyə münasibət bildirən Bayan kənd icra nümayəndəsi Vasif Mahmudov bu münaqişə ilə bağlı hər iki tərəfin rayon polis şöbəsində qeydiyyatda olduğunu deyib. Tərəflərdən birinin sənədinin saxta olduğunu etiraf edən icra nümayəndəsi bunu sübüt etməyin onların işi olmadığını və məsələnin məhkəmə səlahiyyətinə aid olduğunu bildirdi.

Vasif Mahmudov Əsli Qasımovaya yalnız köməklik kimi bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsinin ayrıldığını amma onun bundan imtina etdiyini deyir.

Ucqar ərazidə ayrılan torpaq sahəsi ilə razılaşmayan Əsli Qasımova isə uzun illər yaşadığı və qanuni sənədlərlə onlara məxsus olan mülkü tələb edir. Bu iki çarəsiz qadının öz evlərindən qovularaq küçələrdə qalmasına isə yəqin ki hüquq mühafizə orqanları laqeyd qalmaz.

…read more

From:: ANS

      

Fransa Fələstini tanıyır

Fransa beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki gərgin vəziyyətə dair hər hansı addım atmadığı təqdirdə, Fələstinin müstəqilliyini tanıyacağını bildirib. İndi Fransa hüquqşünasları dekabrın 2-də səsvermə keçirməyi planlaşdırırlar.

ANS PRESS “lenta.ru”ya istinadla xəbər verir ki, İsrailin mövzu ilə əlaqəli göstərdiyi səylərə baxmayaraq, Fransa xarici işlər naziri Loran Fabius noyabrın 28-də çıxışı zamanı “gecikmədən Fələstin dövlətinin tanınması ilə əlaqədar lazım olanı etməliyik” deyib.

O bildirib ki, münaqişənin qəti həlli üçün beynəlxalq konfrans təşkil edilə bilər. Fransa Fələstin dövlətinin tanınması prosesində ilkin təşəbbüsü öz üzərinə götürməyə hazırdır. Rəsmi Paris inanır ki, Avropa İttifaqı, Ərəb liqaslı və BMT-nin Təhlükəsizlik Şurası münaqişənin həllində əllərindən gələni edəcək. Lakin bütün bunlar nəticə verməsə, münaqişə həll edilməmiş qalsa, o zaman Fransa Fələstinin müstəqilliyini tanıyacaq.

İsrailin baş naziri Benyamin Netanyahu isə Fransanın bu addımını “böyük səhv” adlandırıb: “Onların Yaxın Şərq münaqişəsinə qarışmaqdan başqa, görə biləcəkləri daha xeyirli iş yoxdurmu?”

Ümumiyyətlə, noyabrın 28-də fransız hüquqşünaslar Fələstinin azadlığının tanınması məsələsi ilə bağlı dekabrın 2-də səsvermə planlaşdırıblar. Bundan əvvəl isə oktyabrın 3-də Böyük Britaniyada, İsveçdə, noyabrın 18-də İspaniyada səsvermə olub. İlkin səsvermənin nəticələrinə görə, Fransa əhalisinin 63%-i Fələstinin müstəqilliyinin tanınmasının lehinədir.

Xatırladaq ki, fələstinlilər 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş torpaqlarında dövlət qurmaq istəyirlər. Fələstin rəhbərliyi Təhlükəsizlik Şurasına 2016-ci ildə bütün işğal edilən ərazilərdən İsrailin tam çıxarılmasını tələb edən qətnamə layihəsi təqdim etməyi planlaşdırır. …read more

From:: ANS

      

Bakının “incə naxışlar”ı

Bakıda daha bir sərgi keçirildi. ANS PRESS-in məlumatına görə, sərgisi müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar klubu rəssam-keramist Nigar Zeynalovanın “İncə naxışlar” sərgisini təqdim edib. Sərgidə rəssamın 80-dən artıq işi nümayiş edilib.

Gənc sənətkar 2008-ci ildə bu işlə peşəkar şəkildə məşğul olduğunu deyib. “İlk müəllimim Aytən Rzaquliyeva olub. Mən işdə əsasən səliqəyə və rənglərin bir-birinə uyğunluöuna fikir verirəm”.

N.Zeynalova gələcək işlərində yenilik olaraq çərçivə üzərində işləməyi planlaşdırdığını söyləyib.

Ötən gün başlayan sərgi bu gün saat 20:00-a qədər fəaliyyət göstərəcək. …read more

From:: ANS

      

Papa yenə səndələdi (VİDEO)

Türkiyədə səfərdə olan Roma Papası İstanbulda yıxılma təhlükəsi yaşayıb.

ANS PRESS-in məlumatına görə, Papa Fransiskin təyyarədən endiyi əsnada ayağı yerdəki xalçaya ilişib və o səndələyib. Papanı yıxılmaqdan son anda İstanbul valisi Vasip Şahin xilas edib. Vali Papanın qolunu girərək ona yoldaşlıq edib.

İstanbul səfəri çərçivəsində Papa Fransisk Sultanahmet və Ayasofyanı ziyarət edib. Papanın şəhər gəzintisi zamanı ətraf ərazilər vətəndaşların girişi üçün bağlanıb. Geniş təhlükəsizlik tədbirləri görülüb və hətta tramvay dayanacaqları belə boşaldılıb.

Ətrafa çox sayda polis dəstəsi yerləşdirilib. Taksim meydanı yaxınlığındakı insanlar xüsusi cihazlarla yoxlanıldıqdan sonra meydana buraxılıb.

…read more

From:: ANS

      

Prezident qəbul keçirdi

Prezident İlham Əliyev noyabrın 29-da Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

ANS PRESS-in məlumatına görə, baş katib Seyid Məhəmməd Hüseyn Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlətimizin başçısına məlumat verib. O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan Seyid Məhəmməd Hüseyn Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirib.

Ölkəmizin böyük qaz ehtiyatlarına malik olduğunu deyən prezident İlham Əliyev hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. …read more

From:: ANS

      

Nazirlik qadınlar üçün klub yaradır

Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubu (AQİK / “FEMMES DIGITALES”) yaradılır.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir.

Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış etməklə, praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq üçün informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar.

Azərbaycan hər zaman qadınlara geniş imkanların verilməsində aparıcı rola sahib olub və bu gün də ölkənin dinamik və rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar qadınların aparıcı rolunu tanıyır və dəstəkləyir. Bütün dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qadın və qızların bu sahədəki yerini lazımi səviyyədə müəyyənləşdirmək üçün geniş imkanlar yaradır və uğur qazanmaqdan ötrü onların ixtiyarına lazımi vasitələr təqdim edir.

Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, “B.est Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, AGAT, ASAN, “Mont”, “Art Scarves by Menzer Hajiyeva” kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.

Klubun rəsmi açılış mərasimi dekabrın 3-də 20-ci “Bakutel-2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzinin 3-cü zalında keçiriləcək və saat 18:00-da başlayacaq.

Açılış mərasimində salamlama nitqi ilə rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasov, Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Estoniyanın keçmiş xarici işlər naziri xanım Kristina Oyuland çıxış edəcəklər.

Tədbirdə həmçinin “FEMMES DIGITALES” klubunun təsisçiləri – “B.est Solutions” şirkətinin qurucusu xanım Yana Krimpe, “Microsoft” şirkətinin təmsilçisi xanım Səbinə Pərvizi, “Bakcell” şirkətinin nümayəndəsi xanım Xavər Qambayzadə, AGAT-ın rəhbəri Günel İbrahim və “Azerfon” şirkətinin nümayəndəsi Nigar Arpadarai məruzə ilə çıxış edəcəklər. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network