Serjin Moskva səfərinin sirləri

Ermənistan prezidenti dekabrın 22-də Rusiyaya işguzar səfərə gedəcək.

ANS PRESS-in məlumatına görə, bu haqda məlumatı prezidentin mətbuat xitməti yayıb.

Rəsmi məlumata görə, Ermənistan prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında və Avrasiya İqtisadi Birliyinin ali iclasında iştrak edəcək.

Lakin qeyri rəsmi mənbələrin verdiyi məlumata əsasən özünü sakit göstərməyə çalışan Ermənistan prezidenti möhkəm narahatlıq hissi keçirir. Narahatçılığı isə onun hakimiyyətinə qarşı ölkədə nifrətin artmasıdır.

Serjin “böyük qardaş”dan hansı tapşırıqların alacağı gələcək fəaliyyətində hiss olunacaq. Lakin onu da qeyd edək ki, Moskvadan da son günlər Serjə qarşı mənfi siqnallar gəlməkdədir. …read more

From:: ANS

      

Prezident fəxri adlar verdi (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Aliomarov Maqomed Aliomaroviç
Cəfərov Vaqif Məmmədəli oğlu
Həsənov Musa Süleyman oğlu
İsmayılov Çingiz Məmməd oğlu

“Əməkdar Müəllim”

Atakişiyev Akif Əli oğlu
Şahbazov Şəmsəddin İbrahim oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Həsənov Rafiq Binnət oğlu
Useynov Məmməd Mir Bağır oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. …read more

From:: ANS

      

Qızğın döyüşlər başladı

İraqın şimalında kürd qoşunları İŞİD üzərində mühüm taktiki qələbə əldə ediblər.

ANS PRESS-in məlumatına görə, kürdlərin hərbi rəhbərliyinin yaydığı məlumata əsasən, kürd qüvvələri İŞİD-in avqustdan bəri mühasirədə saxladığı Sincar dağının mühasirəsini yara bilib.

Bölgədə şiddətli döyüşlər gedir. Həmin dağda İraqın İŞİD hücumundan qaçan minlərlə yezidi kürdü sığınacaq tapmışdı. Lakin İraq və Suriyanın geniş əraziləri İŞİD döyüşçülərinin nəzarətində hələ də qalmaqdadır.

Qeyd edək ki, dünən Pentaqon rəhbərliyi ABŞ aviasiyasının hava zərbələri nəticəsində İŞİD-in İraqda 3 səhra komandirinin məhv edildiyini bəyan edib.

Kürd qoşunlarının Sincar dağı ətrafında hücumu isə çərşənbə günü başlayıb. Hücuma havadan ABŞ hərbi aviasiyası dəstək verib.

Ümumi sayı 8 min olan kürd döyüşçüləri iki tərəfdən Sincar dağı istiqamətində hücuma keçərək, qaçqınların mühasirədən çıxması üçün dəhliz yaradıblar. …read more

From:: ANS

      

Azərbaycanın itirdiyi atasının Əzizi (VİDEO)

Məlahətli səsi və barmaqlarının pianoya toxunuşunun yaratdığı möcüzələrlə dünyanı heyran qoyan istedadlı xanımı bir çoxları lap uşaqlığından tanıyır. Atasının caz dünyasında o uzunsaçlı şahzadə idi. Atasının əzizi olan Əzizənin bu gün 45 yaşı tamam olur. Azərbaycan cazının atasını, qızının doğum günündən ayıran son 3 gün – əməkdaşımızın gözü ilə!

Əzizə Mustafazadə. Bu xanım haqqında danışmaq caz-roku qavramaq, barokkonu dərk etmək qədər çətindir. Ən azı sadə Azərbaycan tamaşaçısı üçün. Bu gün başı ucuz şou-biznes qalmaqallarına qarışan, maralların, əjdahaların bircə xəbərini də itirməməyə çalışan tamaşaçı Əzizəni səhnəmizdə çoxdan itirib. Sonuncu dəfə Əzizə Mustafazadə Azərbaycanda 2008-ci ildə konsert verib. O illərdir ki, Almaniyada yaşayır və Azərbaycanı da dünyada təbliğ edir. Əslində bu, onun missiyasıdır. Vaqif Mustafazadə kimi nəhəng bir sənətkarın ailəsində doğulan bir qız əlbəttə ki, böyük səhnələri bölüşməli, dar çərçivələrə sığmamalıyıdı. Özü zamanında Mirşahinin “siz bu vətəni necə qoruyursuz” – sualına belə cavab vermişdi:

“Azərbaycanı sevirəm. Azərbaycanı. Və təbii ki, onu qoruyuram. Musiqimlə. Əgər biz sadəcə olaraq oturub Xəzər dənizindən ilham alacağıqsa, hardasa müəllimlik edəcəyiksə, onda bu nə olar? Biz ölkə üçün nə edə bilərik? Musiqini kənara çıxarmaq lazımdır, onu başqa ölkələrdə ifa etmək lazımdır ki, bizi tanısınlar. Bizi yalnız neftə görə yox, mədəniyyətmizə görə də tanımalıdırlar”.

Atasının ölümü ilə Əzizənin doğum gününü cəmi üç gün ayırır. Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-sı Gürcüstanda bir qostrol səfərində ürəktutumasından dünyasını dəyişəndən üç gün sonra Əzizənin 10 yaşı tamam olmuşdu. Bu gün o, 45 yaşını qeyd edir. Doğma Azərbaycandan uzaq, amma doğma anası – Elza xanımla birlikdə. Təbrik edirik Əzizə Mustafazadə – cazın azəri şahzadəsi.

…read more

From:: ANS

      

Ərdoğanı qadın alimi tutdurdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən qadın alimə 11 ay həbs cəzası verilib.

ANS PRESS-in məlumatına görə, Karamanoğlu Mehmetbey Universitetində çalışan iqtisadcı alim Elifhan Köse Gezi parkı hadisələrində həyatını itirən Berkin Elvanün ölümünə etiraz olaraq həmin vaxt baş nazir olan Ərdoğanı təhqir etdiyi üçün məhkəməyə verilib. Məhkəmə onun barəsində 11 aylıq həbs cəzası verib.

Qeyd edək ki, Elifhan Köse Ərdoğanı qatil adlandırmışdı.

Məhkəmənin qərarı hələlik icraata yönəldilməyib. Elifhan Kösenin vəkili qərardan şikayət ediləcyini və sonuna qədər alimin hüquqlarını qoruyacağını bildirməklə yanaşı məhkəmə qərarını ifadə azadlığını məhdudlaşdırdığını deyib.

Məhkəmə qərarına CHP üzvləri mütəşəkkil səviyyədə etiraz ediblər. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network