FHN yaranma gününü qeyd edir

Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd olunub.

ANS PRESS-in AzərTac-a istinadən verdiyi məlumata görə, bu münasibətlə dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. …read more

From:: ANS

      

Erməni saxtakarlığı ifşa olunur

Dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutunda (KİHİ) bu elm müəssisəsinin yeni nəşri olan “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının təqdimatı keçirilib.

ANS PRESS-in məlumatına görə, AzərTAc xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alimlərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından danışıb.

Bildirilib ki, KİHİ-nin əməkdaşı Abbas İslamovun “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabında ermənilərlə “hay”ların nə kimi əlaqəsinin olmasından, onların tarixi keçmişindən, yazı, dil və əlifbasından söz açılır, yazılı abidələri barədə geniş şərhlər verilir.

Digər çıxış edənlər də erməni saxtakarlığına qarşı informasiya hücumunda yeni kitabın əhəmiyyətini və dəyərli mənbə olduğunu qeyd ediblər.

Kitabda “Ön söz”ün müəllifi Aytən Mustafayevadır. …read more

From:: ANS

      

Bunları bilmək sizə vacibdir

Qida əlavələrindən istifadə zamanı diqqətli olun

Düzgün qidalanma insan sağlamlığında çox mühüm rol oynayır. Gündəlik qida rasionunda kifayət qədər vitaminlər, minerallar, makro və mikroelementlərin olmaması orqanizmin müqavimətini zəiflədir. İnsanı müxtəlif xəstəliklərə qarşı risk altında qoyur. Məhz bunun aradan qaldırılması və qidalara xüsusi qoxu, rəng, tam verilməsi üçün qida əlavələrindən istifadə getdikcə artır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu tendensiyanın özü isə istehlakçıların daha diqqətli olmasını zəruri edir. Belə ki, keyfiyyətsiz, zəruri tələblərə cavab verməyən qida əlavələri və onlardan istifadə edilməklə hazırlanan məhsullar sağlamlıq üçün daha təhlükəli hesab olunur.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan edir ki, hər gün ticarət obyektlərindən müxtəlif ərzaq malları alırıq və bəzən onların tərkibinə baxmırıq. Əslində isə bu məhsulların tərkibindəki konservantlar, qida əlavələri, rəngləndiricilərin bəzilərinin insan orqanizmi üçün təhlükəli olması ehtimalı çox yüksəkdir. Onlara diqqət etmək zəruridir. İctimai iaşə müəssisələrində də yeməklərin hazırlanmasında aşağı keyfiyyətli və həyat üçün təhlükəli ola bilən komponentlərdən, qida əlavələrindən istifadə oluna bilər. Müxtəlif yeməklərin hazırlanmasında, onlarla birlikdə təqdim olunan sous, ketçup və mayonezlərdə çoxlu miqdarda soya və qida əlavələri olur. Ona görə də, istər ticarət, istərsə də ictimai iaşə obyektlərində olarkən diqqətli olun.

Nəzərə alın ki, qida əlavələri təbii və ya süni yolla əldə edilmiş əlavə və yaxud da onların qarışığıdır. Onlar qidanın hazırlanma prosesi zamanı yalnız əlavə kimi tətbiq edilir. Bu əlavələr əsasən texnoloji məqsədlər və ya qidaya müəyyən xüsusiyyətlər (qoxu, rəng, tam və s.) vermək, keyfiyyətli saxlanma, saxlanma və yaxud yararlılıq müddətinin artırılması məqsədilə istifadə olunur. İstehsalçılar tərəfindən texnoloji qida əlavələri əsasən istehsal prosesinin yüngülləşdirilməsi, məhsulun saxlama müddətini artırılması, xarici görünüşünün dəyişdirilməsi və s. məqsədlər üçün istifadə olunur. Ədviyyat və digər qatqılar isə məhsullara əlavə dad verilməsi üçün əlavə edilir. Bioloji aktiv əlavələr isə məhsullara əlavə vitamin və digər faydalı qatqıların əlavə edilməsi üçündür.

Qida əlavələri turşu, konservant, …read more

From:: ANS

      

Sürücülərin işi asanlaşır

Azərbaycanın mobil operatorları SMS-in köməyi ilə avtomobillərin parklanmasına görə ödəniş xidmətinin göstərilməsi üzrə texniki imkanı nəzərdən keçirir. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, gələcəkdə reallaşdırılması planlaşdırılan layihə hazırda müzakirə mərhələsindədir və onun işə salınması üçün vaxt lazımdır.

Mənbə qeyd edib ki, əsas şərt mikroödənişlər məsələsinin necə həll ediləcəyi və parklamaya görə ödəniş üçün hansı alətlərdən istifadə olunacağıdır: “SMS-in köməyi ilə parklama ödənişinin iki variantı var. Birincisi, bilavasitə abonent balansından parklamaya görə ödənişi, ikincisi isə mobil ödənişlər servisinin, yəni bank hesabının köməyi ilə ödənişləri nəzərdə tutur”.

İkinci metod operatora son istifadəçi ilə birbaşa işləməyə imkan vermir, çünki o, maliyyə strukturu deyil. Operator təcrübədə bank strukturu ilə müqavilə bağlayır və daxil olmuş vəsaiti onun hesabına köçürür. Bank isə öz növbəsində, vəsaiti parklama ilə bağlı qarşılıqlı ödənişlərə cavabdeh olan strukturun hesabına köçürür.

Mənbə əlavə edib ki, ikinci variant daha məqbuldur və hazırda kommunal və digər xidmət növləri üzrə ödənişlər bu cür həyata keçirilir: “Operatorlar abonentlər və pullu parklama servisinin işinə cavabdeh olan sistemlər arasında informasiya mübadiləsinin təşkili üçün istifadə edilə bilən qısa nömrə təqdim etməyə hazırdırlar”. …read more

From:: ANS

      

Bakıda su problemi olacaq

Paytaxtın bir sıra hissələrində suyun verilməsində məhdudiyyət qoyulacaq.

ANS PRESS-in məlumatına görə, Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 16 dekabr 2014-cü il tarixdə gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə – Bülbül və Xətai prospektləri, S. Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. …read more

From:: ANS

      

Albalı Plus-dan Yeni il hədiyyəsi (FOTO)

Albalı Plus-la (Albalı) məhdudiyyətsiz Yeni il aksiyasına başlandı. Bu aksiya sizə bütün əzizlərinizə Yeni il hədiyyəsi almağa imkan verəcək. Çünki Albalı ilə ödənişlər daha sərfəli oldu. Dekabrın 15-dən Yanvarın 5-dək hər 1 taksitli alış-verişə Unibank-dan əlavə 1 taksit, 3 və daha yuxarı taksitlilər üçün isə əlavə 3 ay daha uzun müddətə ödəmək imkanı hədiyyə ediləcək. Qeyri- partnyor mağazalarda aparılan əməliyyatlara da əlavə 3 taksit hədiyyə olunacaq. Qeyd edək ki, Unibank-ın sms-taksit xidmətinə əsasən, bankın partnyoru olmayan ticarət və xidmət obyektlərində aparılan əməliyyatları da taksitlə ödəmək mümkündür.

Bu xidmət Unibank kartı ilə başqa bankların pos-terminallarında, internetdə aparılan əməliyyatların 3 və 6 taksitlə ödənişinə imkan verir. Belə ki, Albalı Plus kartı ilə başqa bankın pos-terminalında və internet saytlarda əməliyyat etdikdə, müştəriyə qalıq balans haqqında gələn mesajın sonunda ödənişin taksitlərə bölünməsini istəyib-istəmədiyi soruşulacaq. Müştəri 3 və ya 6 taksiti seçmək istədiyi haqda məlumatı və müvafiq kodu qeyd olunan müddətdə 8893-ə göndərərək, taksit xidmətindən faydalana biləcək.

Üstəlik, yanvarın 5-dək öz Albalı və ya Albalı Plus kartı ilə azı 20 manatlıq əməliyyat edən hər kəs Yeni ildə Dubayda 5 ulduzlu oteldə 1 həftə müddətinə 2 nəfərlik səyahət paketi qazanmaq şansına sahib ola bilər. Hədiyyələr bununla bitmir. Lotereyanın davam etdiyi müddətdə çox-çox sərfəli kartları ilə azı 20 AZN-lik əməliyyat edən Albalı və ya Albalı Plus sahiblərini 5 ədəd “İphone 6” mobil telefonu, 30 qalibi isə pul mükafatı hədiyyələri gözləyir. Albalı və Albalı Plus kartları ilə Azərbaycanda və xaricdə nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən hər kəs lotereyanın iştirakçısı olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Albalı Plus – arzuları reallaşdıran kart.
Unibank – hər kəsin bankı.

…read more

From:: ANS

      

Rus mallarına qadağa

Belarus hakimiyyəti Rusiyadan bir sıra qida məhsullarının idxalına qadağa qoyub. Bu siyahıya “BioFud” şirkətinin istehsalı olan “Zolotaya lapşa”, “Laqman po-dunqanski” və “Biq Lanç” makaronları, həmçinin Rusiyanın “Payliq Rus” istehsalı olan “Mokka” markalı üyüdülmüş qəhvəsi daxildir.

ANS PRESS-in məlumatına görə, bu barədə qərarı Belarusun əsas sanitar həkimi İqor Qaevskiy göstəriş verib. Onun fikrincə, bu məhsullar ölkənin sanitar-epidemiologiya normalarına və Gömrük Şurasının texniki reqlamentinə uyğun deyil.

Xatırladaq ki, Rusiyanın nəzarət xidmətləri bu il noyabrın sonu, dekabrın əvvəlində Belarusdan ət-süd məhsullarının ölkəsinə idxalını praktik olaraq kəsib. Buna səbəb kimi, sanitar-epidemiologiya normalarının və istehsalla bağlı texniki reqlamentin pozulması göstərilib.

O vaxt bu addım Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən kəskin etiraza səbəb olmuşdu. …read more

From:: ANS

      

Bakıda 60 yaşlı qadından dəhşətli əməl

Bakının Suraxanı rayonunda 60 yaşlı qadın intihar edib.

Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 60 yaşlı Tərlan Təvəkkül qızı Mustafayevanın meyiti yaşadığı evdən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı qadının intihar etdiyi məlum olub.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Lakin deyirlər ki, qadın əsəb xəstəliyindən əziyyət çəkirmi.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS

      

Azərbaycan telefon danışığından 836 milyon qazandı

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin ümumi həcmi 836,3 milyon manat təşkil edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 7,3 faiz artıb.

Mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 57,2 faizi düşüb. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network