“O səs Türkiyə”də daha bir azərbaycanlı (VİDEO)

“O səs Türkiyə”də daha bir azərbaycanlı çıxış edib.

Səmra Rəhimli adlı iştirakçı pop-ulduz Tina Törnerin “Simply the best” mahnısının ifasıyla müğənni Hadisə və Mazhar Alanson-Özkan cütlüyünü döndərə bilib.

Səmra aparıcı Acunun istəyi ilə Aşkın Nur Yenginin repertuarından “Yalançı bahar” mahnısını da oxuyub. Həmyerlimiz sonda Hadisəni seçərək yarışmaya onun komandasında davam etmək şansı qazanıb.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.

…read more

From:: ANS

      

Bakıda 1000 manata yolka (VİDEO)

Yeni ilə hələ bir müddət qalsa da, artıq satış mərkəzlərində bu bayramın atributları və yolkalarına rast gəlmək olar.

ANS TV-nin məlumatına görə, magazalara nəzər salsaq, müxtəlif ölçüdə yolkalar, oyuncaqlar, şaxta babalar və yeni il üçün bəzək əşyaları göz oxşayır. Satıcılar deyir ki, müştərilər də artıq yeni il atributlarını və hədiyyələri almağa başlayıblar. Seçimlər isə müxtəlifdir.

Qiymətlər də yolkaların ölçülərinə görə dəyişir. Kiçik ölçüdə olan yolkalar ən aşağı – 5 manatdan satılır. Ən hündür yolkalar isə 250-500-1000 manat arası dəyişir.

Yeni il ab-havası tək satış mərkəzlərində deyil, elə paytaxtın özündə də hiss olunur. Ənənəvi olaraq yeni il yolkasının Fəvvarələr meydanında quraşdırılması demək olar ki, sona çatıb. Bu Yolkanın hündürlüyü 22 metrdir. Yolka ətrafında cürbəcür oyunacaqların, qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarının yaradılması nəzərdə tutulub. Quraşdırma işlərinin getməsinə baxmayaraq, yaxınlıqdan keçən insanlar yolka qarşısında şəkil çəkməyə də fürsət tapırlar. Sorğu apardığımız zaman Yeni ili paytaxtın mərkəzində qarşılamaq istəyənlər də oldu, ölkədən kənarda qeyd etmək istəyənlər də.

Fəvvarələr meydanında konsert və tamaşa üçün də səhnə quraşdırılıb. Keçən illə müqayisədə yeni ildə sayyar restoran da fəaliyyət föstərəcək. Bu da gəzinti zamanı uşaqların və valideynlərin yeməklə təminatına imkan verəcək.

…read more

From:: ANS

      

Balotelli üzr istədi

“Liverpul”un italyan hücumçusu Mario Balotelli “Instagram” səhifəsində paylaşdığı şəklə görə yəhudilərdən üzr istəyib. ANS PRESS-in məlumatına görə, buna görə qalmaqallı futbolçunu irqçilikdə ittiham edirdilər.

“Mən üzr istəyirəm, əgər kimisə incitdimsə. Mən irqçiliyə qarşı mövqeyimi yumor hissi ilə bildirmək istədim.Amma indi mənə aydındır ki, bu əks effektə malik ola bilərdi. Bütün meksikalıların bığı olur, qaradərili insanların hamısı tullanmır və yəhudilərin heç də hamısı pulu sevmirlər. Mən cizgifilm qəhrəmanı “Supermario”nun karikaturasını paylaşdım və bunun daha gülməli olacağını düşündüm. Heç kəsi təhqir etmədim. Bir daha üzr istəyirəm. Yenə,” bağışlayın”, – deyə “Twitter” səhifəsində Balotelli yazıb.

Xatırladaq ki, Balotellinin “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı şəkildə belə yazılıb: “İrqçi olmayın! Mario kimi olun. O, yaponlar tərəfindən yaradılan italiyalıdır, meksikalı kimi görünür, qaradərililər kimi tullanır, yəhudilər kimi isə qəpik yığır”.

İngiltərə futbol assosiasiyası bu məsələylə bağlı araşdırmaya başlayıb və Balotellinin beş oyunluq cəzalandırılacağı gözlənilir. …read more

From:: ANS

      

Bakıda intihara cəhd edən şəxsin anası danışdı (VİDEO)

“Koroğlu” metrosu ətrafında yaşanan gərginlik eyni adlı körpüdən 34 yaşlı Zamiq İbrahimovun özünü atmağa cəhd etməsi səbəbindən yarandı.

ANS TV-nin məlumatına görə, bir neçə saat yarıçılpaq vəziyyətdə Koroğlu körpüsünün üzərində dayanaraq canına qəsd edəcəyini deyən Zamiq Fövqəladə Hallar Nazirliyinin xüsusi xilas etmə qrupunun onunla danışıqlarından sonra fikrindən daşındı. Özünü atmaq cəhd edən Zamiq İbrahimov xüsusi kran vasitəsilə körpüdən aşağı endirildi.

Avtomobil vasitəsilə dərhal ərazidən uzaqlaşdırılan Zamiqin anasından onun intahara cəhd etməsinin səbəbini yalnız bu cür öyrənə bildik.

Ananın dediyinə görə, Zamiqin intihara cəhd etməsinin səbəbi onun digər oğlunun polis işçisi tərəfindən öldürülməsi və cinayət işinin düzgün araşdırılmamasıdır.

34 yaşlı Zamiq İbrahimov eyni problemə görə hələ 20 gün öncədən Koroğlu körpüsünə çıxaraq intahara cəhd etmişdi. Səbəbini isə belə əsaslandırmışdı ki, bir müddət əvvəl yol qəzasından həlak olan qardaşının cinayət işi hüquq-mühafizə orqanları tərəfindən düzgün araşdırılmır.

Bu isə ümumilikdə birinci belə hadisə deyil. İl ərzində bir neçə nəfər “Koroğlu” körpüsünün üzərinə çıxaraq intahara cəhd edib. Onlar bəlkə də bunu bir təhdid üsulu seçərək problemlərinin həll ediləcəyini düşünürlər. Amma qəbul edilmiş qərara əsasən bu cür təhdid vasitəsinə əl atanlar inzibati qaydada cəzalandırılacaq. Həm də gəlin unutmayaq ki, Koroğlu tarixə adını igid kimi yazdırıb, indi onun adını daşıyan körpüyə çıxaraq zəiflik nümayiş etdirmək igidlikdən deyil.

…read more

From:: ANS

      

Azərbaycanda uşaq bağçalarında nə baş verir? (VİDEO)

Uşaq bağçası və ya digər təhsil müəssisələrində tərbiyəçilərin azyaşlılarla kobud davranışı, tez-tez gündəmi zəbt edir. Elə 10 gün əvvəl əsas müzakirə mövzusu 11 saylı inteqrasiya təlimli internat məktəbində çəkilmiş bu kadrlar idi. İki uşağın bir-birini çimizdirməsini çəkib sosial şəbəkəyə yerləşdirən isə məktəbin müəllimi olmuşdu.

Bu hadisə ilə bağlı görüntünü çəkən müəllimə işdən azad edildi. Amma bu 10 yaşlı Ramin və Turalın həyatında buraxdığı acı xatirələri dəyişməyəcək.

Bir neçə ay əvvəl Suraxanı rayonundakı 7 nömrəli xüsusi internat məktəbində 8 yaşlı Nahid Cavadovun direktor tərəfindən döyülməsini də yəqin ki, unutmamısınız. Düzdür təhsil nazirinin qərarı ilə həmin direktor vəzifəsindən azad edildi. Amma Nahid bu hadisədən ömrü boyu unutmayacağı mənəvi zərbəsini almışdı.

Bu kimi faktları artırmaq da olar. Nəticə isə eynidir. İstər uşaq bağçalarında olsun, istər internat evlərində uşaqlar fiziki və psixoloji zorakılığa məruz qalırlar. Təəssüflər olsun ki, bu zorakılıq tərbiyəçilər, müəllimlər tərəfindən törədilir. Psixoloq Elnur Rüstəmovun fikrincə, uşaqların bu kimi hadisələrdən aldığı zərbə illərlə onu izləyəcək və onun gələcəyini təhlükə altına alacaq.

Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, bütün bu halların yaranmasının əsas səbəbi məktəbəqədər təhsil müəssisələrində kadrların düzgün seçilməsidir:

“Bu halların baş verməməsi üçün əvvəla insanın vicdanı olmalıdır. Tərbiyəçilər, dayələr seçildikdə onlar sertifikatlaşdırılmalıdır. Yəni onun peşəsi bir mütəxəssis kimi təsdiqini tapmalıdır. Tərbiyəçinin, dayənin pisxoloji durumu dövlət tibb müəssisələrində, eyni zamanda da ekspert qrupları tərəfindən mütləq qaydada testdən keçirilməlidir”.

Doğrudan da normal psixoloji durumda olan heç bir tərbiyəçi 3-4 yaşlı uşağın göz yaşları ilə əylənə bilməz. Ən azından sabahımızı, gələcəyimizi bu gündən məhv etməmək xatirinə.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network