“Facebook”a qadağa qoyuldu

İgiltərənin nüfuzlu qəzetlərindən olan “The Telegraph” məşhur sosial şəbəkə saytı “Facebook”a Rusiyadan girişə qadağa qoyulduğu barədə iddia irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın aparıcı müxalif lideri olan Aleksey Navalnı dəstək məqsədilə açılan “Facebook” səhifəsində istifadəçilərin girişinə əngəl qoyulduğunu yazıb. O, Rusiya hökuməti tərəfindən edilən təzyiqlərdən sonra bu halın baş veridiyini vurğulayıb.

Aleksey Navalnı qardaşı Oleqlə birlikdə Fransanın “Yves Rocher” kosmetika şirkətinin filialından təxminən 27 milyon rubl mənimsəməkdə ittiham olunurlar. Buna görə Aleksey Navalnıya 10, qardaşına isə 8 il iş istənilib. Söügedən səhifə də yanvarın 15-də həbsə gedəcəyi bildirilən Navalnıya dəstək məqsəilə açılmışdı.

Qeyd edək ki, “The Telegraph” qəzeti yaydığı xəbərdə Rusiya prezidenti Vladimir Putinin bir müdət əvvəl interneti ““CIA” (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) layihəsi” adlandırdığını da yazıb. …read more

From:: ANS

      

“O səs Türkiyə”nin duellərində ilk azərbaycanlı (VİDEO)

O səs Türkiyə” yarışmasında duellər başlayıb.

İlk duel günündə əslən Təbrizdən olan azərbaycanlı Yasser Ehsan səhnəyə çıxıb. Həmyerlimiz Duyğu adlı yarışmaçıyla Duman qrupunun “Seni kendime sakladım” mahnısını səsləndirib.

Komanda rəhbəri Gökhan Özoğuz sonda Yasseri qalib seçərək, yarışmaya onunla davam etməsinə qərar verib.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.

…read more

From:: ANS

      

Klitçkonun məşqçisi öldü (FOTO)

Almaniya idmanında ağır itki baş verib.

ANS PRESS-in “Apasport”a istinadən məlumatına görə, boks üzrə bir çox dünya və Avropa çempionlarını çalışdıran məşqçi Frits Sdunek dünyasını dəyişib.

Bir neçə gün əvvəl infarkt keçirən 67 yaşlı mütəxəssis Hamburqdakı xəstəxanaların birində vəfat edib.

Qeyd edək ki, Sdunek ağır çəkidə dünya çempionu Vladimir və Vitali Klitçko qardaşları, Feliks Şturm, Fırat Arslan və Avropa çempionu Sinan Şamil Samın məşqçisi olub. …read more

From:: ANS

      

Murat Boz Bakıda (FOTO)

Nizami Kino Mərkəzində dekabrın 22-də “Hadi İnşallah” filminin qala-gecəsi keçirilib.

ANS PRESS-in məlumatına görə, rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya Pucca adlı qızın həyatından bəhs edir. Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca İzmirə ailəsinin yanına dönür. Çalmayan telefon zənglərini gözlərkən özünə və evə qapanan gənc qadın çətin ayrılıq yaşamaqdadır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşməsinə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı “Pekmez” ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur…

Qala gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak ediblər.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçiriblər.

…read more

From:: ANS

      

Namazın bu xeyrini bilirdinizmi? (VİDEO)

Bu ilin əvvəllərindən İslama marağını artıran türkiyəli məşhur model namazın ona xeyrindən danışıb.

ANS PRESS-in məlumatına görə, türkiyəli məşhur model Tuğçe Kazaz “Ülke TV” telekanalındakı verilişlərdən birinə qonaq çağırılıb. O, həyatına dair bir sıra açıqlamalar verib.

Yunan əri Yorqo Seytaridislə evli olarkən xristianlığı qəbul edən Kazaz İslama qayıtdıqdan sonra səhhətində müsbət dəyişikliklər olduğunu vurğulayıb. Namazın onun sağlamlığına olan xeyrini dilə gətirib.

Məşhur model canlı yayımda rüku hərəkətini nümayiş etdirərək, bunun bel və boyun ağrılarına yaxşı təsir etdiyini bildirib.

Qeyd edək ki, Tuğçe Kazaz bir zamanlar tanınmış müğənni Kenan Doğulu ilə sevgili olub. Cütlüyün 2005-ci ildə ayrılmasına baxmayaraq Kenan Doğulunun “Bal gibi” mahnısını Tuğçe Kazaza yazdığı iddia olunur.

…read more

From:: ANS

      

Baş nazirin üstünə kartof və mayonez tökdülər (FOTO, VİDEO)

Belçikanın baş naziri Çarlz Mişel bir qrup etirzaçının hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, hadisə Valon bölgəsinin paytaxtı Namurda baş verib. “Feminist İnqlabçı Fəallar Qrupu”nun bir qrup üzvü baş nazirin iqtisadi islahatlarla bağlı siyasətinə etiraz edib.

Çarlz Mişel “Məsuliyyət qəbul etmək” adlı konfransda çıxış edərkən qrup üzvləri şüarlar səsləndirərək baş nazirə öz etirazlarını bildiriblər.

“Mişel rədd ol!”, “Kəmər sıxmağa son” və s. bu kimi şüarlar səsləndirən üz bağlı fəallar daha sonra baş nazirin üstünə qızarmış kartof və mayonez atıblar.

Aksiyaçılar mühafizəçilər tərəfindən saxlanılıb, baş nazir isə geyimini dəyişdirmək üçün zalı tərk edib. Daha sonra pancəksiz qayıdan baş nazir çıxışına davam edib və aksiyaçılardan şikayətçi olmayacağını bildirib.

Konfransa tələbə olduqlarını bildirərək daxil olan aksiyaçılar isə polis tərəfindən saxlanılıb.

…read more

From:: ANS

      

Azərbaycanın ən dəbli qadınları (FOTO)

2014-cü ilin yekunlaşmasına sayılı günlər qalıb.

İlin moda yekununda ən dəbli qadınların stili qiymətləndiriləcək.

ANS PRESS-in məlumatına görə, Buro 24/7 portalı 2014-cü ilin ən dəbli Azərbaycan qadınlarının siyahısını tərtib edib.

Reytinqdə moda, mədəniyyət və incəsənət sahəsinin öndəgedən simaları ilə yanaşı, biznes-ledilər də yer alıb.

İl ərzində bu qadınlardan hər biri müxtəlif obrazlarla göz oxşayıblar.

Suad Qarayeva

Ulviyyə Rəhmanova

Aydan Məmmədova

Rubina Əsədova

Fərəh Piriyeva

Sara Əliyeva

Könül Nağıyeva

Leyla Əliyeva

Elnarə Bəkir

Səbinə İman

Suad Ağamalova

Fidan Məmmədova

Kəmalə Nəsirzadə

Arzu Əliyeva

Nailə Məmmədəliyeva

Hökümə Hacıyeva

Aida Mahmudova …read more

From:: ANS

      

Tanınmış müğənni öldü (VİDEO)

Dünyaca tanınmış rok ifaçısı dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, məşhur britaniyalı rok müğənnisi 70 yaşlı Co Koker həyatı gözlərini əbədi yumub.

“You Are So Beautiful” və “Unchain My Heart” adlı mahnıları ilə bütün dünyanı fəth edən Koker ağciyərindəki xərçəng səbəbilə dünyasını dəyişib.

Co Koker bluz-rok və bluz ifaçısı kimi tanınıb. Məşhur mahnıların kaver (“cover”) versiyaları ilə böyük uğur qazanan ifaçı, daha çox “Beatles”in ifalarına üstünlük verib.

O, keçmiş SSRİ məkanında da çox tanınmışdır.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network