Futbolçu qızıl iPhone aldı (FOTO)

Rusiyaya təеbiq edilən sanksiyalara deyəsən elə də əhəmiyyət qoyan yoxdur. ANS PRESS-in məlumatına görə, Rusiya millisinin kapitanı özünə qızıl iPhone alıb.

Futbolçu Roman Şirokov Rusiyanın gerbi olan qızıl telefon üçün 179 min rubl ödəyib. Eyni zamanda “Spartak”ın da yarımmüdafiəçisi olan Şirokov Rusiyanın rəmzi olan qızıl iPhone 6-nı Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq aldığını deyib.

O, bu smatrfonun xarici səfərlərdə daha effektiv təsir bağışlayacağını düşünür.

“Telefona həm də ideya yayan vasitə kimi də baxmaq olar. Bu onu göstəriri ki, biz heç nədən qorxmuruq və geri addım atmağı düşünmürük. Bizi qorxutmaq elə də asan deyil. Biz hamımız bir yumruq kimi birləşməliyik, irəli getməliyik. Düşünürəm ki, bununla da biz qalib gələ bilərik”.

Bununla da Şirokov Rusiya-İtaliya zərgərlik şirkətinin birgə istehsalı olan eksklüziv smartfon alan ilk insanlardan olub.

Qeyd edək ki, Şirokov sosial şəbəkələrdə ən tanınmış futbolçudur. Onun 100 mindən çox izləyicisi var.

…read more

From:: ANS

      

İmtahan haqqında əmr

Təhsil naziri Mİkayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr imzalanıb.

Orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin emək, Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Bakı şəhərində yerləşən orta ixtisas təhsili müəssisələri imtahan sessiyasını 29.12.2014-cü il tarixdən başlayaraq 3 (üç) həftə müddətinə başa çatdırmaq tapşırılıb.

Məktəblərdə imtahan qərargahı yaradılacaq, qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin edilməlidir.

İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verilməlidir. …read more

From:: ANS

      

Ermənilərə "qırmızı işıq"

Rusiya Federasiyasının Dövlət Dumasında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bağlı müqavilə təsdiqlənsə də Belarus və Qazaxıstan bir sıra məsələdə sənədlə razılaşmayıb və bu, fikir ayrılıqlarına səbəb olub.

ANS PRESS-in məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan hökumətinin iclasından sonra jurnalistlər qarşısında həqiqətən də bir çox problemlərlə üzləşdiklərini etiraf edib.

O təsəlli naminə deyib ki, Avrasiya İqtisadi İttifaqı müqaviləsi ilə bağlı fikir ayrılıqları yoluna qoyulacaq: “Belarusun və Qazaxıstanın narazılığı başadüşüləndir. İstənilən iqtisadi münasibətlərdə problemlər mümkündür, llakin bu problemlər sonra həll etmək mümkündür. Biz birinci və sonuncu deyilik, amma Belarus və Qazaxıstan müqaviləni imzalayacaq.”

K.Çşmarityan jurnalistlərin sualları qarşısında aciz vəziyyətdən biclik işlədərək çıxıb: “Oxşar problemlər digər təşkilatlarda da var. Əminik ki, tərəflər razılığa gələcək və fikir ayrılıqları aradan qaldırılacaq.”

Jurnalistin “necə aradan qaldırılacaq” sualı isə cavabsız qalıb.

Göründüyü kimi, vəziyyət ermənilər üçün heç də xoş deyil. Çünki ermənilər düşünürdülər ki, Rusiyanın yedəyində və diqtəsi ilə digər ölkələrə daim boğazortağı olacaqlar. Amma Belarus və Qazaxıstan onlara təşkilat daxilində “qırmızı işıq” yandırır. Təbii ki, bu ölkələrin narazılığının böyük əsası var. Belarus və Qaxaxıstan siyasiləri, ictimaiyyət çox yaxşı bilir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı daxilində onlar üçün yük olacaq.

Görəsən, Ermənistan nə vaxta kimi yedəklərdə gəzəcək, onun-bunun qucağında boğazını gəzdirəcək?! …read more

From:: ANS

      

“Twitter” psixi pozuntusu olan insanları tanıyır

Alimlər “Twitter” vastəsilə psixləri ayırd etməyi öyrəniblər.

ANS PRESS-in məlumatına görə, alimlər “Twitter” istifadəçilərinin 8 milyard məlumatını analiz edib və müəyyən ediblər ki, müəllifin bu və ya digər psixi pozuntusu olması barədə nəticə çıxarmaq olar.

Analiz zamanı tədqiqatçılar istifadəçilərin təkcə xəstəliklər haqda xatırlatmalarını (bəziləri oxucuları ilə öz diaqnozlarını bölüşüblər) deyil, həmçinin bu və ya digər xəstəliklərə xarakterik olan müəyyən sözləri, ifadələri və qrammatik konstruksiyaları nəzərə alıblar.

Mütəxəssislər əmin edirlər ki, “Twitter” zədədən sonra yaşanan stress pozğunluğu, depressiya, bipolyar və mövsümi affektiv pozuntu kimi xəstəlikləri müəyyən etməkdə kömək ola bilər. …read more

From:: ANS

      

Prezident Fəxri Xiyabanda

Azərbaycan prezidenti İlham Əliyev ümumilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib. İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini anıb.
Azərbaycanın dövlət himni səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.

Prezidenti Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri müşayiət edib.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. …read more

From:: ANS

      

Bakıda baş verən dəhşətli cinayətin səbəbləri məlum oldu (TƏFƏRRÜAT)

Ötən gün Bakının Suraxanı rayon sakinləri nənənin törətdiyi dəhşətli qətliamın şokundan ayılmamış daha bir qanlı cinayət baş verdi.

Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən saat 19 radələrində “Zığ bağları” adlanan yaşayış məntəqəsində ər boşandığı arvadını qanına qəltan edib. Araşdırmalar zamanı qətlin hansı səbəbdən baş verdiyi məlum olub.

Belə ki, 1989-cu il təvəllüdlü Elşən İlqar oğlu Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü İntima Bandit qızı Salmanovanı qısqanclıq üstündə xüsusi amansızlıqla öldürüb.

Hadisə baş verən gün Elşən Mehdiyev keçmiş arvadı İntima Salmanova ilə “Zığ bağları” adlanan yaşayış məntəqəsində xarabaxanalıqda görüşüb. Görüş zamanı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadına çoxlu bıçaq zərbəsi vurub.

Daha sonra qadın ölmədiyi üçün onu boğub. Sonra isə hadisə yerini tərk edib. Bir neçə saat sonra isə Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsinə gedərək təslim olub.

Saxlanılan Elşən Mehdiyev verdiyi ifadədə bildirib ki, keçmiş arvadını qısqanclıq zəminində öldürüb. O bildirib ki, qadın yüngül həyat tərzi keçirirmiş.

Qeyd edək ki, qadının 5 yaşlı oğlu var.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network