Məşhur reper toy günü tutuldu

Amerikalı məşhur reper İkszibit toy günü xoşagəlməz halla üzləşib.

ANS PRESS-in məlumatına görə, ABŞ-lı hip-hop ifaçısı İkszibit toy günü polis tərəfindən saxlanılıb. Bu barədə Amerika maqazin portalları yazıb.
Aparıcılıq etdiyi televiziya proqlarımdan biri ilə böyük pərəstişkar toplayan reperin qanuna riayət etmədiyi bildirilir.

Yerli polis açıqlamasında, ABŞ-ın koliforniya ştatında Krista Jyner adlı xanımla evlənən reperin sürət həddini keçdiyi və polisin onu saxlamasından sonra içkili olduğu da müəyyənləşib. Beləliklə, həm sürət həddini keçmək, həm də içkili şəkildə sükan arxasında oturmasına görə polislər onu şöbəyə aparmalı olublar.

İkszibit adı ilə tanınan və əsl adı Elvin Nasanyel Coyner olan 40 yaşlı ifaçı 1 gün polis məntəqəsəində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

…read more

From:: ANS

      

Sumqayıt sakini keçmiş arvadına işgəncə verdi (VİDEO)

Keçmiş həyat yoldaşına işgəncə verən şəxs polis tərəfindən saxlanılıb.

ANS TV-nin məlumatIna görə, hadisə Sumqayıt şəhərində baş verib. Salyanda anadan olan, saxlanıldığı günə qədər isə Sumqayıtda yaşayan 32 yaşlı Ələkbərov İsrafil Samid oğlunun təqsiri keçmiş həyat yoldaşı 30 yaşlı Həsənova Aynur Qadir qızına yanıq xəsarətləri yetirməsidir. Bütün bu əhvalatlar isə Aynur Həsənovanın yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/13, mənzil 14-də, özü də deyilənə görə, onların azyaşlı uşaqlarının gözü qarşısında olub.

Saxlanılan şəxs İsrafil Ələkbərov deyir ki, diktafonla səsini yazmışam, tanımadığım adamlarla danışıqlarını yazmışam” “Nahar vaxtı işdən çıxıb, binanın girişi qapısına evə qalxıb, mən də onun arxasınca evə girmişəm. Sonra diktafonun işə saldım, qulağ asdı, amma heçnə deyə bilmədi”.

Ancaq o, bununla da kifayətlənməyib.

Sumqayıt Şəhər Polis Idarəsinin Baş müstəntiqi Mehman Babayev qeyd edir ki, qısqanclıq zəminində keçmiş həyat yoldaşı Həsənova Aynur Qadir qızının – əl, ayaq və üz hissəsini skoçla bağlayıb: “Bundan sonra xüsusi amansızlıqla və təhlükəli üsulla evdə olan elektirik su qızdırıcısı su ilə dolduraraq qaynadıb. Daha sonra isə qaynar suyu qəsdən Həsənova Aynur Qadir qızının üz nahiyəsinə töküb”.

Məlumata görə, İsrafillə Aynur iki ildir ki, rəsmi ayrılıblar. Hətta bundan sonra İsrafil başqası ilə ailə qurub. İsrafilə qədər bir dəfə ailəli olmuş Aynur Həsənova isə hazırda subaydır və azyaşlı övladları ilə yaşayır. İsrafil Ələkbərovun ona qarşı törətdiyi cinayət əməlini istintaqçılar Cinayət Məcəlləsinin 127-ci, (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinin bir neçə bəndini əsas tutaraq qiymətləndirib.

…read more

From:: ANS

      

“Qara qartallar” qələbə qazandı (VİDEO)

Türkiyə kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub.

ANS PRESS-in məlumatına görə, son oyun günündə daha azarkeşlər 3 qarşılaşmanın şahidi olublar.

“Trabzonspor” səfərdə “Keçiörengücü” ilə bacarmayıb. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı bir xalla tərk edib – 1:1.

“Karabükspor” səfərdə “Sivas 4 Eylül” klubuna 1:2 hesabı ilə uduzub.

“Beşiktaş” klubu səfərdə “Sarıyer”ə 4 cavabsız qolla qalib gəlib – 4:0.

4 dekabr / Türkiyə kuboku, qrup mərhələsi, I tur

B qrupu
“Keçiorengücü” – “Trabzonspor” – 1:1
Qollar: Koçal, 82 (1:0), Varis, 90+3 (1:1)

D qrupu
“Sivas 4 sentyabr” – “Karabükspor” – 2:1
Qollar: İnday, 39 (1:0), Mursal, 41 (2:0), Akpala, 65 (2:1)

F qrupu
“Sarıyer” – “Beşiktaş” – 0:4
Qollar: C.Tosun, 4 (0:1), O.Şahan, 10 (0:2), Ramon, 49 (0:3), C.Tosun, 66 (0:4)

…read more

From:: ANS

      

Bakıda avtobus sürücüsünün “Whatsapp” macərası (VİDEO)

Bakıda daha bir avtobus sürücüsünün insanların həyatını necə təhlükəyə atmasını əks etdirən video yayılıb.

ANS PRESS-in “Avtosfer”ə istinadən məlumatına görə, video dekabrın 3-də sərnişinlərdən biri tərəfindən axşam saat 18:45 radələrində Xətai rayonu, Gəncə prospektində çəkilib.

44 nömrəli sərnişin avtobusunun sürücüsü yol boyu mobil telefonla danışıb. Daha sonra isə “Whatsapp”a girərək şəkillərə baxırmış.

Telefonu əlindən yerə qoymayan sürücünün dayanacaqda sərnişinlərdən pulu da bir əllə yığdığı videoda əksini tapıb.

…read more

From:: ANS

      

İŞİD daha bir kürd şəhərini qana buladı

İraqın Kərkük şəhərində çox sayda insan ölümü ilə nəticələnən partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, İraqın Kərkük şəhərinin Şoricə məhəlləsində İŞİD terror qruplaşması tərəfindən güclü partlayış törədilib.

Sıxlığın çox olduğu yerdə partlayışın baş verməsi nəticəsində, 21 nəfər dünyasını dəyişib, 40-dan çox isə yaralı var.

Partlayışı üzərinə bomba quraşdırılmış İŞİD-çinin çayevlərindən birinə girib həyata keçirdiyi bildirilir.

Vəziyyəti ağır olan yaralılar Ərbil və Süleymaniyyədəki xəstəxanalara aparılıblar. …read more

From:: ANS

      

Ev sahibi olmaq uzun illər arzu olaraq qalacaq (VİDEO)

Rəsmi məlumatlara görə, Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alan hər 10 nəfərdən 8-i dövlət sektorunda, neft-qaz şirkətlərində və bank sahəsində çalışanlardır. Bəs niyə adi adamlar bu ipotekadan yararlana bilmir?

ANS TV-nin məlumatına görə, bu günə qədər ipoteka kreditləri vasitəsilə 16 min ailə mənzil alıb. Bu kreditdən yararlananların 40 faizə yaxını dövlət xidmətində, 16 faizi neft-qaz sektorunda, 22 faizi bank sektorunda və yalnız 22 faizi digər özəl sektorlarda çalışır. İpoteka krediti alan hər 10 nəfərdən 9-nun aylıq gəliri 500 manatdan artıqdır. Borcalanların cəmi 7 faizinin aylıq gəliri 500 manat qədər olanlardır. Dövlət xətti ilə ipoteka götürənlər arasında aylıq gəlir 300 manatdan az olanlar isə cəmi 1 faiz təşkil edirlər.

Bu gün Azərbaycanda orta əmək haqqının 400-450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin isə orta əmək haqqları 200-250 manat olduğunu nəzərə alsaq onların ev almaq istəyinin hələ uzun illər elə arzu olaraq da qalacağını demək olar. Çünki son bir ildə paytaxtda köhnə mənzillər üzrə qiymətlərdə 15 -20 %, yeni binalar və fərdi evlərdə isə 8-10 faiz arası artım müşahidə olunur. Mənzillərin bir kvadratmetrinin qiymətləri yerindən asılı olaraq 650-2500 manat arası dəyişir. 2015-ci il üçün nəzərdə tutulan 50 milyon manatdan yalnız 1000-1200 ailə mənzil ala biləcək ki, bu da mənzilə ehtiyacı olan vətəndaşların 35 faizini də təşkil etmir. Mənzil bazarındaki mövcud qiymətləri, həmçinin əhalinin gəlirlərini əsas gətirən millət vəkili Əli Məsimli də deyir ki, hazırkı şərtlər ağırdır. Şərtlərin dəyişdirilməsi üçün yeni təkliflər də hazırlanıb və hökumətə təqdim edilib. Deputatların tədqim etdiyi təkliflər əsas üç istiqaməti əhatə edir. Onların fikrincə, bu prosesi sürətləndirmək üçün sosial evlərin tikintisini təşkil etmək lazımdır. Vətəndaşlar aylıq 70-100 manat ödəməklə, kirayə kimi qaldığı bu evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər.

“Birincisi, ipoteka kreditlərinin sosial bloku üzrə ayrılan 50 milyon manat tədricən artırmalı, kredit faizləri 4 faizdən 2 faizə endirilməli və ilkin ödənişlərini birinci mərhələdə müəyyən qədər azaltdıqdan sonra xüsus fond yaradılmalıdır. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network