Sərnişin təyyarədə pilotlara şok yaşatdı

Çinin sərnişin təyyarəsində kuryoz hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, Hangzhou şəhərindən Çendguya uçan “Xiamen” şirkətinə məxsus sərnişin təyyarəsində bir sərnişin hava almaq məqsədi ilə təcili çıxış qapısını açıb. Onun bu hərəkəti sərnişinlər arasında çaxnaşmaya səbəb olub.

Təyyarə havaya qalxan zaman baş verən hadisə zamanı bir çox sərnişin telefonla bu kuryoz anın şəklini çəkərək sosial şəbəkədə paylaşıb.

Sərnişinlərdən biri sosial şəbəkədə yazdığı statusda hadisəni belə təsvir edib: “Bir sərnişinin təcili çıxış qapısını açdığını ilk dəfə görürəm. Bizə yalnız bir az təmiz hava almaq istədiyini söylədi… Ümid edirəm uçuşumuz çox təxirəsalınmaz”.

Sərnişinlərə və pilotlara şok yaşadan həmin şəxsin ilk dəfə təyyarəyə mindiyi bəlli olub. Onun əməlində hər hansı bir cinayət faktı aşkarlanmadığından və hər hansı bir itki baş vermədiyindən şirkət sərnişindən şikayətçi olmayacaq. …read more

From:: ANS

      

ABŞ-da bu dəfə polislər qəzəbləndi (FOTO)

ABŞ-ın Nyu York və Missuri ştatlarında məhkəmənin münsiflər heyətinin qaradərili insanları öldürən polis zabitlərini məsuliyyətə cəlb etməməsinə etiraz olaraq nümayişlər davam edir.

ANS PRESS-in məlumatına görə, nümayişlər Kaliforniya ştatının Berkli şəhərində zorakı xarakter alıb. Orada etirazçılar daş və kərpic ataraq mağazaların şüşələrini sındırıblar. Polis bir neçə saat davam edən iğtişaşın qarşısını almaq üçün bibər qazı ilə cavab verib.

Nyu-York, Vaşinqton, Çikaqo və digər böyük şəhərlərdə isə daha dinc etirazlar keçirilib.

Nyu York şəhərinin meri Bill de Blasio bu sözləri deyib: “Bizim bu ölkənin irqçilik tarixi haqqında açıq müzakirəmiz olmalıdır. Valideyinlər uşaqlarının polislə qarşılıqlı əlaqə qurduğu zaman təhlükə ilə üzləşə biləcəyindən qorxurlar. Halbuki polis onları qorumaq üçündür. Biz bu problemi aradan qaldırmalıyıq”.

Mer bildirir ki, Amerikanın ən böyük polis qüvvəsi olan Nyu-York polisinə azlıq təşkil edən icmalarla rəftar barəsində yeni təlimlər keçiriləcək. O, ümid edir ki, bu təlimlər gələcəkdə ölümlə nəticələnən qarşıdurmaların qarşısını alacaq.

Qeyd edək ki, merin yoldaşı və uşaqları qaradərilidir. Bundan irəli gələrək De Blasio açıq şəkildə bildirib ki, o iki irqə məxsus olan oğluna polis ona yaxınlaşdığı zaman ehtiyatlı olmağını tövsiyyə edib. “Mən ona qəfil hərəkət etmə, əlini telefonuna uzatma demişəm. Çünki qaradərili insanların bu cür hərəkətlərinin polis tərəfindən təhrif edilmə şansı yüksəkdir”.

Bu sözlər polis nümayəndələrinin qəzəbinə yol açıb. Onlar meri ictimai asayişi qorumaq üçün həyatlarını təhlükəyə atan insanları müdafiə etmək əvəzinə onları günahlandırmaqda ittiham edirlər.

Xatırladaq ki, bu ilin əvvəlində silahsız Erik Qarner və polis arasında olan qarşıdurma nəticəsində Erik Qarner polis tərəfindən zorla yerə yatızdırılıb və nəticədə boğularaq öldürülümüşdü.

Məhkəmənin polis zabitlərinə qarşı cinayət işi açmamaq qərarları son həftələr ərzində dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Ötən həftə prezident Barak Obama da bu barədə danışaraq bildirib ki, Amerika xalqının ABŞ hüquq-mühafizə sisteminə etimadı və qanunların hər bir amerikalıya eyni dərəcədə tətbiq olunduğuna dair inamı bərpa olunmalıdır.

…read more

From:: ANS

      

"Facebook"dan bəd xəbər

“Facebook” bir çox istifadəçilərini bəd xəbərlə şoka salıb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkənin rəhbərliyi saxta profilləri bağlamaq üçün orijinal metoda əl atıb. Belə ki, saxta ad altında “Facebook”da qeydiyyatdan keçən istifadəçilərə şəxsiyyəti təsdiq etmək üçün rəsmi sənəd tələb olunacaq. Bu şəxsiyyət isə sürücülük vəsiqəsi ola bilər.

Adını təsdiq edə bilən sosial şəbəkə istifadəçilərinin profilləri onlara geri veriləcək.

“Facebook”un bu qərarı istifadəçilərin narazılığna səbəb olub. Bunu istifadəçilərin şəxsi məlumatlarının yayılmasına hesablanmış addım kimi qiymətləndirir. …read more

From:: ANS

      

Putin raketləri geri çəkdi

Avropanı qorxuda saxlayan Rusiyanın ən təhlükəli raketləri Kalininqraddan geri aparılıb.

ANS PRESS-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Kalininqradda yerləşən Qərb Hərbi Dairəsinin taktiki “İskəndər-M” raket briqadasının dislokasiya yerini dəyişdirəcəyini bildirib.

Verilən rəsmi açıqlamada bildirilir ki, dislokasiya Qərb Hərbi Dairəsində keçirilmiş təlimlərdən sonra həyata keçirilib.

Qeyd edək ki, ən yeni silahlar hesab olunan “İskəndər-M” raketləri NATO-nun Şərqi Avropada raket əleyhinə medafiə sistemləri quraşdırmaq istəyinə cavab olaraq Kalininqrada yerləşdirilmişdi.

Ukrayna böhranı səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Kreml rəhbərliyinin hərəkəti geri addım kimi də qiymətləndirmək olar. Belə ki, Avropa ölkələrini və Rusiyanı hüç cürə razı salmayan sanksiyalar hər iki tərəfə milyardlar bahasına başa gəldiyindən Moskva ilə ABŞ istisna olmaqla digər Qərb ölkələri ilə anlaşması da istisna olunmur. Dəfələrlə Rusiya rəsmiləri oxşar təkliflə Avropa ölkələrinə müraciət etmişdilər.

Ekspertlər hesab edirlər ki, raketlərin geri çəkilməsi Putinin taktiki addımı da ola bilər. Bununla Putin sanksiyaların yumşaldılmasına və ölkəsini bürüyən iqtisadi böhrandan çıxmaq üçün zaman qazanmasına da hesablanmış ola bilər. …read more

From:: ANS

      

2 min rus əsgəri Ermənistanda (FOTO)

Ermənistanda yerləşən Rusiya hərbi bazasında təlimlərinə start verilib.

ANS PRESS-in məlumatına görə, “Kamxud” və “Alagöz” poliqonlarında keçirilən təlimlərə motoatıcı alayların 2 mindən çox yeni çağırılmış əsgəri cəlb edilib.

Təlimlərdə hərbiçilərin döyüş zamanı taktiki, atıcı, topoqrafik, kəşfiyyat və xüsusi mühəndis bilikləri yoxlanılacaq. Yayılan xəbərdə qeyd edilir ki, şəxsi heyət praktikada döyüş mövqelərinin alınması və hazırlanması, minaaxtaranlar və müasir portativ rabitə avadanlıqları ilə bölgənin kəşfiyyatının aparılmasını öyrənəcək. Bundan əlavə hərbi nəqliyyat vasitələrində hərəkət, döyüşə qatılmaq və dağlıq-meşə ərazisindən istifadə edərək döyüşdən çəkilmək taktikaları praktikada nəzərdən keçiriləcək.

Qeyd edək ki, qış mövsümü ilə əlaqədar olaraq keçirilən təlimlər 2 mərhələdən ibarətdir. 2015-ci ilin fevralında başlanacaq 2-ci təlimlərə tank birlikləri də qatılacaq.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network