Azərbaycanda sərxoş əmioğluları qanına qəltan etdilər

Xaçmaz rayonunda qohumlar bıçaqlanıblar.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Ərəstun Mabud oğlu İsmayılov və onun əmisi oğlu Davud Əflatun oğlu İsmayılov bir neçə bədən xəsarətləri alıblar.

Onları Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriblər. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Hadisə axşam saatlarında baş verib. Yeyib-içən şəxslər sonradan mübahisə ediblər. Mübahisə edənlər 4 nəfər olub. Hələlik kimliyi açıqlanmayan iki nəfər əmioğluları bıçaqlayıblar. Cinayəti törədən şəxslər tutulublar.

Hadisə baş verərkən hər 4 nəfər sərxoş olublar. Mübahisənin nədən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS

      

Dekabrın 23-ü qeyri-iş günüdür

“23 dekabr tarixində keçiriləcək Bələdiyyə seçkiləri zamanı ölkə üzrə qeyri-iş günü olacaq”.

ANS PRESS xəbər verir ki, Mərkəzi Seçki Komisiyasından oxu.az-a verilən məlumata görə, işğal olunmuş Azərbaycan torpaqları istisna olmaqla ümumrespublika üzrə seçkilər həyata keçirildiyi üçün 23 dekabr tarixi qeyri-iş günüdür.

Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, seçki günü səsvermə keçirilən ərazidə iş günü hesab olunmur.

Seçkilərin nəticəsinə uyğun olaraq ölkə üzrə 118 seçki dairəsində səsvermə baş tutacaq. Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 əməkdaş seçiləcək. …read more

From:: ANS

      

Avtobus sürücüləri indi də bu yola əl atdılar (VİDEO)

Ötən gün saat 11:40-da Bakının Xətai rayonu ərazisində avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçıb.

ANS PRESS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, qəzanın başvermə anını və avtobus sürücüsünün necə qaçmasını əks etdirən videonu yayılıb.

Videonu Orxan adlı oxucu göndərib. Verilən məlumata görə, hadisəni törədən 10-TG-540 dövlət nömrə nişanlı, 64 saylı marşrut üzrə hərəkət edən avtobusudur.

Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən “Modern” hospitalın qarşısındakı yolda hərəkət birtərəflidir.

Sürücü sərnişin dolu avtobusu yüksək sürətlə idarə edir və soldan gedən maşının dərhal yoluna keçib maşını sıxışdırıb əzib gedir və avtobusun sürücüsü saxlamadan hadisə yerindən qaçır.

Ümid edirik ki, Dövlət Yol Polisi həmin avtobus sürücüsünün tapılıb cəzalandırılmasını təmin edəcək.

ANS PRESS həmin videonu təqdim edir:

…read more

From:: ANS

      

Tarkanın görmək istəməyəcəyi fotolar

Meqastar Tarkanın 1995-ci ilinə aid reklam görüntüləri orataya çıxıb.

ANS PRESS-in məlumatına görə, bir dondurma reklamında yer alan müğənninin o illərdəki obrazı indikindən çox fərqlidir.

Həmin ildə çəkildiyi dondurma reklamında o, dondurma yemək tərzi ilə diqqət çəkir.

Həmin reklam çəkildiyi zamanlarda Tarkan “Acayipsin” adlı 2-ci albomu təqdim edib. Bu albomun 6 ayda 1.5 milyon satışı olub.

…read more

From:: ANS

      

Sabah güclü külək başlayır

Dekabrın 06-07-də ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Dekabrın 06-da əsən güclü şimal-qərb küləyi dekabrın 07-si gündüz güclü cənub-qərb küləyi ilə əvəz olunacaq. Həftəsonu Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə ayrı-ayrı qərb rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. …read more

From:: ANS

      

Fifteen Indians blinded after surgery with suspected infected tools

NEW DELHI (Reuters) – Fifteen Indians lost their sight after a doctor used suspected infected equipment to remove cataracts at a free eye surgery camp, the latest incident to highlight the dangers of shoddy medical treatment in the country.A criminal investigation has been launched against the non-governmental organization and the doctors who carried out the operations, mainly on elderly women, without consulting health authorities.The government is trying to check the condition of 45 other pati

…read more

From:: Reuters – World

      

Canlı efirdə kişi qadını yerə çırpdı (FOTO)

Rusiyada keçirilən bir yarışmada qeyri-adi hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, yarışma proqramında avtomobil qazanmaq üçün bir-biriylə rəqabət aparan iştirakçılar arasında dava olub.

Alt paltarında olan qız əlindəki hündürdabanla yanında dayanan oğlana vurmağa başlayıb. Qızın bu addımına əvvəlcə səbrlə yanaşan oğlan bir anda hiddətlənib.

Kişi yarışmaçı qadını saçından tutaraq yerə çırpıb. Daha sonra isə onun üzünə yumruq vuraraq yerinə qayıdıb. Davadan sonra qızın burnu sınıb.

Veriliş iştirakçıları hadisədə qızın günahkar olduğunu deyiblər. Aparıcılar isə burnu qanayan qız üçün studiyaya təcili yardım çağırmaqla kifayətlənməli olublar.

…read more

From:: ANS

      

Azərbaycanda bahalı maşınlarla ehtiraslı şəkil çəkdirən qızlar (FOTO +18)

Son vaxtlar Azərbaycanda maşınlarla ehtiraslı şəkillər çəkdirən qızlar peyda olub.

ANS PRESS-in avtosfer.az sosial şəbəkələrdən əldə etdiyi fotolardan da aydın olur ki, bir qrup gənc xanım ayrı-ayrı bahalı avtomobillərlə ehtiraslı fotosessiyalar etdirirlər. Bu fotolar isə sonradan həmin xanımlar deyil, avtomobil sahibləri tərəfindən sosial şəbəkələrdə yayılır. Həmin avtomobillərdən bir neçəsinin fotolarını məhz sosial şəbəkələrdən əldə etmişik.

Bir müddət əvvəl 90 MP 090 dövlət nömrə nişanlı avtomobilin, daha doğrusu, həmin nömrənin olduğu bir neçə avtomobilin müxtəlif qızlarla ehtiraslı fotoları yayılmışdı. Həmin materiallara sosial şəbəkələrdə yazılan şərhlərdən belə məlum oldu ki, bu qızların əksəriyyəti bu peşə ilə məşğul olurlar. İmkanlı şəxslər həmin qızlarla maşında ehtiraslı fotosessiya müqabilində 500 manatdan 5 min manata qədər pul xərcləməli olurlar.

Məsələn, 10 – 100, 90 GG 666, 10 XP 111, 90 – 090, 90 BB 555, 90 XF 970, 90 BU 100 dövlət nömrə nişanlı avtomobillərin müxtəlif xanımlarla fotoları yayılıb. Eyni zamanda, ayrı-ayrı vaxtlarda başqa avtomobillərin də xanımlarla maraqlı fotoları var. Bəzi avtomobillərin nömrələri ilə yanaşı, xanımların da üzü gizlədilib. Bu da başadüşüləndir. Amma əksəriyyəti bu işi açıq-aşkar görür.

Əslində, burada qeyri-adi nəsə yoxdur. Sadəcə, maraqlıdır deyə, onların siyahısını təqdim edirik:

15 BK 777,

90 MP 090,

10 —700,

90 AS 82-,

10 TS 050,

90 HH 014,

90 HF 907,

10 UU 203,

90 CE 044,

90 MS 079,

10 BK 011,

90 HL 305.

Yəqin ki, bu yazıdan sonra həmin xanımların müştəriləri artacaq. Ola bilsin ki, bəzi fotolardakı xanımlar elə öz avtomobili ilə fotosessiya etdirib. Hər halda, maraqlı məşğuliyyətdir…

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network