Müğənni stuldan belə yıxıldı (VİDEO)

Dünyanın ən tanınmış müsiqiçilərindən birinin başına iş gəlib. ANS PRESS-in məlumatına görə, “ser” adlandırılan Elton Con xeyriyyə məqsədilə Londonda keçirilən tennis matçına qatılıb.

Onun başına gələnə heç kim inana bilməyib. Belə ki, E.Con stadiona yaxın qoyulan stullardan birində oturmaq istəyib. Lakin ingilis müğənninin stula oturması ilə yerə yıxılması bir olub. Onun yıxılmasına səbəb oturduğu stulun ayağında problemin olması olub.

Yaxınlıqdakılar səsi eşidib köməyə gələnə kimi o 68 yaşlı müğənni ayağa qalxıb.
O, özü isə yıxılmağı barədə heç nə deməsədə günün çox xoş keçdiyini qeyd edib.

Məşhur müğənninin yıxılması anbaan kameralara düşüb.

…read more

From:: ANS

      

MTN narkotik marşrutunu açıqladı

“Son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənlənib”.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxışı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.

Nazir müavininin sözlərinə görə, əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün də mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır: “Bu baxımdan narkotiklərin qacaqmalçılığı və və tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə də ölkəmizdə təcili və təxirə salınmaz tədbirlərin görülməsini zəruri edir”.

Nazir müavini qeyd edib ki, əgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdürsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb: “Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir necə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar”.

Ә.Şəfiyev deyib ki, narkomanlıq genofondumuza vurulan ağır bəla kimi qiymətləndirilir, ona qarşı ardıcıl mübarizə aparılır: “Düşünürük ki, bu dəhşətli bəla nəinki dövlət qurumları, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifə və statusundan asılı olmadan hər kəsin işinə çevrilməlidir. Narkomanlığın doğurduğu təhlükələr hərtərəfli qiymətləndirilməli və ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır”.

Ә.Şəfiyev onu da bildirib ki, bu gün gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda ailə və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır: “Yaş, təcrübə və başqa səbəblərlə yanaşı, onların zərərli vərdişlərə yoluxmalarında hüquqi biliklərinin aşağı olmasının da təsiri var. Әlbəttə, cinayətkar şəbəkə və şəxslərin qurbanları olan uşaqlar, gənclər və qadınların hüquqi müdafiəsi, onların reabilitasiyası üçün müalicələri də daxil olmaqla, müvafiq tədbirlərin görülməsi də zəruridir”.

Nazir müavinin …read more

From:: ANS

      

İlk dəfə belə göründü (FOTO)

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı Polad Alemdarın sevgilisi kimi məşhurlaşan aktrisanın hamilə fotoları yayılıb. ANS PRESS-in məlumatına görə, aktrisa Özgü Namalın körpəsinin atası iş adamı Sərdar Oraldır.

Aktrisa ötən gün ilk dəfə artıq bilinın qarnı ilə görüntülənib. Hamiləliyin 5-ci ayında olan gözəl aktrisa müsifi olduğu “Yetenek sizsiniz” yarışına qatılmaq üçün yola çıxıb. Verilişin çəkildiyi məkana girəndə isə jurnalistlərin hədəfinə düşüb.

Maşından düşməkdə çətinlik çəkən Namala sürücüsü kömək etməli olub. Jurnalistlərin “Sevgiinizlə evlənəcəksiniz? Oğluna soyadını verəcək? Oğlunuzu adı Nəfəs olacaq?” kimi suallar veriblər.

Aktrisa isə onlara “ayıbdır dostlar,ayıb” deyə cavab verməklə kifayətlənib.

…read more

From:: ANS

      

Yəmən sahillərində gəmi batdı: 70 ölü

Yəmənin qərb sahillərində gəmi qəzası nəticəsində 70 nəfər ölüb.

ANS PRESS zəbər verir ki, bu barədə Reuters agentliyi Yəmənin rəsmi mənbələrinə istinadən məlumat yayıb. Batan gəminin göyərtəsində olanların əksəriyyətinin efiopiyalı miqrantlar olduğu bildirilir.

Gəminin batmasına qəza zonasında hava şəraitinin əlverişsiz olmasının səbəb olduğu ehtimal edilir.

Hər il on minlərlə miqrant Afrika buynuzu ilə Yəmən arasındakı Qırmızı dənizi keçməklə təhlükəli səyahət etməyə çalışarkən gəmi qəzalarında həlak olur. …read more

From:: ANS

      

Bakının bu rayonları susuz qalacaq

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq.

ANS PRESS-in “Azərsu” ASC-yə istinadla verdiyi məlumata görə, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərində suyun verilməsində məhdudiyyətlər olacaq.

Eyni zamanda S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azərneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 08-09 dekabr tarixlərində məhdudiyyətlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network