“Trabzonspor” xal itirdi, “Beşiktaş” uduzdu (VİDEO)

Türkiyə kubokunda ikinci tura yekun vurulub.

Sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.

“Trabzonspor” doğma meydanda “Akhisar”la üz-üzə gəlib. Matç 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.

“Beşiktaş” isə səfərdə “Rizəspor”un qonağı olub və rəqibinə minimal hesabla uduzub – 0:1.

18 dekabr, Türkiyə kuboku

II tur
B qrupu
“Trabzonspor” – “Akhisar” – 0:0

D qrupu
“Ankaragücü” – “Sivas 4 Eylul” – 1:1
Qollar: Ömər Emir, 12 (0:1), Mehmet Umut Nayir, 42 (1:1)

F qrupu
“Adana Dəmirspor” – “Sarıyer” – 1:0
Qol: Beykan Şimşək, 22 (1:0)

“Beşiktaş” – “Rizəspor” – 0:1
Qol: Lomana Lualua, 43 (0:1)

…read more

From:: ANS

      

23 məscid və ibadət evi GMİ-nin balansına salındı

Oktyabr ayında Kaxeti bölgəsində yerləşən 21 məscidin sənəd əsasında müsəlmanların ixtiyarına verilməsindən sonra indi Gürcüstanın Kvemo-Kartli, yəni Borçalı bölgəsində daha 23 məscid və ibadət evləri Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) balansına salınıb. İdarədən əldə etdiyimiz məlumata görə əvvəllər ümumiyyətlə havada olan məscidlər 2011-ci ildən indiyədək İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərirdi. Lakin bu binaların heç bir rəsmi sənədi olmadığından məscidlərin işıq, qaz və su kimi kommunal ehtiyaclarını ödəmək mümkün olmurdu və ya qeyri-qanuni yollarda təmin edilirdi.

Gürcüstanda yeni yaranan Dini Qurumlarla İş üzrə Agentlik məscid və ibadət evlərini reyestr xidmətindən keçirməklə onların aidiyyatı üzrə status almasına yardım edir. Bu isə məscidlərə kommunal şərait qurmaqla yanaşı onların havada qalmaması və sənəd üzərində də məscid kimi tanınmasına imkan verir.

Hazırda Gürcüstanda 300-dən artıq məscid və ibadət evləri mövcuddur ki, onların hələlik 54-ü aiddiyyatı üzrə Gürcüstan müsəlmanları İdarəsinə təhvil verilib. Hökumət isə bu proseslərin bundan sonra da davam edəcəyini və hissə-hissə bütün müsəlman ibadət ocaqlarının bu İdarənin balansına veriləcəyini bildirir. Bu prosesin son zamanlarda ölkə ərazində yerli xristian əhali ilə müsəlmanlar arasında yaşanan xoşagəlməz halların aradan qaldırılması və müsəlmanlara diqqətin artımı kimi göstərilir. …read more

From:: ANS

      

Təyyarədə dəhşətli anlar (VİDEO)

ABŞ – Koreya reysi ilə hərəkət edən təyyarədə qorxu dolu anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, Dallasdan Seula hərəkət edən təyyarə sakit okeanın üzərində hava burulğanına düşüb.

Bu vaxt təyyarədə olan 10 sərnişin və 4 uçuş heyəti müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı qorxuya düşən sərnişinlərdən kimisi Aallaha yalvarır, kimisi də yüksək səslə ailəsini çox sevdiyini hayqırır.

Özünü itirməyən pilot isə cəld bir manevr edərək təyyarəni Tokio hava limanına endirib.

Təyyarədə baş verənləri sərnişinlərdən biri mobil telefonu ilə çəkərək virtual dünyada yayıb.

…read more

From:: ANS

      

“Facebook”da ərini aldadan qadının bədbəxt sonu

Ötən gün Türkiyənin Əskişəhər 2-ci Ağır Cəza Məhkəməsində üç ay əvvəl baş verən cinayət barəsində məhkəmə iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, Əskişəhərdə yaşayan 40 yaşlı Ramazan Dikbıyıq adlı şəxs həyat yoldaşı olmuş 38 yaşlı Şəkər Dikbıyıq adlı qadını sosial şəbəkə saytına çox girdiyi və mobil telefonunda başqası ilə yazışdığı iddiası ilə mübahisə edərək, son nəticədə öldürüb.

Həyat yoldaşı ilə aralarında mübahisə düşən ər, əlinə keçən mətbəx bıçağı ilə onu 10 yerində yaralayıb. Hadisə baş verən zaman evdə olan Ramazanın qardaşı arvadı da beş bıçaq xəsarəti alıb. Daha sonra gözünü qan bürümüş Ramazanın əlindən qaçmaq istəyən qadınlar özlərini evin pəncərəsindən bayıra atıblar.

Hadisədən sonra Ramazan opolisə zəng edərək təslim olduğunu bildirib.

Həkimlərin yaralıları xəstəxanaya çatdırmağına baxmayaraq, Şəkər Dikbıyıqın həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmədə çıxış üçün söz verilən ər, “həyat yoldaşıma durmadan kişilərdən mesajlar gəlirdi” – deyərək, cinayəti törətməsinə səbəb kimi həyat yoldaşının ona dəfələrlə xəyanət etməsini səbəb göstərib. Məhkəmə isə yekun qərarı açıqlamaq üçün növbəti iclasın keçirilməsini labüd görüb. …read more

From:: ANS

      

Morqdan gələn qorxulu səs

Türkiyənin Aydın vilayətində morqdan gələn səs xəstəxana işçilərini vahiməyə salıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Aydın Dövlət Xəstəxanası Morqunun qapısının önündə dayanan ölənlərin qohumları içəridən gələn səsdən qorxuya düşüblər.

Belə ki, bir anda morqun qapısını döyərək içəridən kiminsə, “qapını açın, məni kim burda qoyub qapını kilidlədi” – dediyi eşidilib.

Orada olanlar bir anlıq təlaşa qapılıblar. Lakin sonra qapının açılması ilə içəridə olanın cənazə maşını sürücüsü olduğu müəyyənləşib. O, içəridə olarkən işçilərdən biri qapını bağlayaraq uzaqlaşıb və beləcə bu hadisə baş verib. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network