Buş prezident olmaq istəyir

ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı prezident olmaq istəyir.

ANS PRESS-in məlumatına görə, Florida ştatının sabiq qubernatoru Ceb Buş, artıq demək olar ki, 2016-cı ildə prezident postuna öz namizədliyinin irəli sürülməsinə qərar verib.

Washington Post qəzeti onun bu barədə yaxın bir ay ərzində elan edə biləcəyini yazıb. Qəzet hesab edir ki, əgər Ceb Buş yanvar ayında prezident postu uğrunda mübarizə aparmaq qərarını açıqlasa və ya şanslarını öyrənmək üçün komitə yaratsa, onda o, öz potensial rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdə olacaq.

Qəzetin qeyd etdiyinə görə, ABŞ-da artıq 2016-cı ildə seçkilərdə iştirak etmək üçün donorların pulları və ən yaxşı polittexnoloqlar üzərində gizli mübarizə başlayıb. …read more

From:: ANS

      

Qadın libaslı kişilər öldürüldü

Qadın paltarı geymiş “Əl-Qaidə” terror təşkilatının bir neçə üzvü məhv edilib.

ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, onlar Səudiyyə Ərəbistanından Yəmənə keçmək istəyərkən öldürülüblər.

Yəmən təhlükəsizlik xidmətinin əməkdaşının sözlərinə görə məhv edilən silahlılar çadrada olublar. Yəmən sərhədində xidmət edən əsgərlər onların olduqlarını avtomobili saxlayıblar. Yaraqlılardan biri avtomobilə daxil olmağa çalışan, əsgərə atəş açaraq yaralayıb. Silahlılar cavab atəşi ilə öldürülüB.

Yaraqlıların dəqiq sayı məlum deyil, agentlik qeyd edir. Mənbələrdən birinin məlumatına görə, onlar üç nəfər olub, digər mənbə isə beş yaraqlının ləğv olunması barədə bildirib.

Yəmən höküməti öldürülənlərin Səudiyyə Ərəbistanında sərhədçilərə hücum etməyi planlaşdırmış potensial kamikadzelər olduğunu bəyan edib. …read more

From:: ANS

      

Sabahın hava proqnozu

Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, saniyədə 9-14 metr sürətlə şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək – 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % olacaq.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman gözlənilir. Saniyədə 5-10 m/s şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi 5-10 m/s güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 m/s şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 0-4° şaxta, gündüz …read more

From:: ANS

      

Qərbi şoka salan hadisəyə mövqe

Rusiya tərəfindən İsveç səmasında baş verən insidentlə bağlı açıqlama gəlib. ANS PRESS-in məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi sərnişin və hərbi təyyarələrin yaxınlaşmasının təhlükəli olması haqda olan məlumatı təkzib edib.

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiyaya məxsus təyyarə Kopenhagendən uçuş edən sərnişin təyyarəsinin uçuş yolunun 70 kilometrliyində hərəkət edib. O, uçuş məkanında sərnişin və hərbi təyyarə ilə yanaşı daha birinin də olduğunu deyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu NATO-nun RC-135 kəşfiyyat təyyarəsi olub. Təyyarəni Rusiyanın hava nəzarəti vasitələri aşkar edib.

Qeyd edək ki, boyük ictimai rezonans yaradan insident 12 dekabrda İsveçin Malmyo şəhərinin cənubunda Baltik dənizi akvatoriyasında baş verib. Bu gün İsveç səmasında nadir insident baş verib. Danimarkaya aid Kastrup (Kopenhagen) aeraportundan uçan sərnişin təyyarəsi birdən peyda olan hərbi təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.

Sərnişin təyyarəsi uçan zaman hərbi hava qüvvələri onun üzərində “görünməz” daha bir təyyarənin olduğunu müəyyən edir. Həyəcan qaldırıldıqdan sonra İsveç və Danimarka qırıcıları havaya qaldırılır.

Hərbi-hava qüvvələrindən hadisəni belə şərh ediblər: “Hərbi təyyarə transpondyora (aviadispetçer tərəfindən təyyarənin identifikasiyası üçün nəzərdə tutulan qurğu) malik olmayıb. Lakin biz onu aşkar edə bildik və tez mülki aviasiyanı idarə edən qurumlara xəbər verdik. Hərbi təyyarə çönür və düz sərnişin təyyarəsi ilə üz-üzə gəlir. Əvvəlcədən xəbərdar edilən sərnişin təyyarəsi istiqamətini dəyişməkdə bir dəqiqə geciksəydi faciə baş verərdi”.

İnsidentin təsadüf olub-olmaması məlum deyil. Lakin İsveç müdafiə naziri Peter Qultkvist hadisəni Rusiyanı təxribatı kimi qiymətləndirib: “Hərbi təyyarə Rusiya üçün növbəti təxribat yönümlü uçuşunu həyata keçirirdi. Söhbət Rusiyanın SIGINT-dən gedir. Biz onu İsveç qırıcıları vasitəsilə identifikasiya edə bildik. Bu qeyri-ciddidir. Bu yersizdir. Bu təhlükəlidir”. …read more

From:: ANS

      

Piyada sürücünü belə cəzalandırdı (VİDEO)

Piyada keçidində maşın saxlayan sürücüləri cəzalandırıb dərs keçdilər. Xarici ölkələrin birində baş vermiş bu olay sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sürücü mədəniyyətindən xəbərsiz olanlar üçün bu video yerinə düşər. ANS PRESS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, videoda svetoforun qırmızı işığında dayanıb gözləyərkən piyada keçidinin – zebranın üstünə çıxan maşınların piyadalara problem yaratdığı əks olunur. Bunu görən gənc piyada gedib bir-bir həmin maşınların qarşısında dayanır və bununla da həmin sürücülərə etirazını bildirir. Daha dəqiq desək, onlara mədəniyyət dərsi keçir.

Göründüyü kimi, maşınların qarşısını kəsən piyada onları ən azı bir dəqiqə gözlədir və svetoforun ikinci qırmızı işığı yananda yoldan çəkilir. Maraqlıdır ki, sürücülər də səhvlərini boynuna alaraq kobudluq göstərmirlər. Yəqin ki, belə bir piyada Bakıda hansısa maşının qarşısını kəsib ona mədəniyyət dərsi keçsəydi, ən yaxşı halda onu döyüb kənara atmışdılar. Amma bu videonu bizim bəzi sürücülərə hər gün, hər saat göstərməyə çox böyük və ciddi ehtiyac var.

Səmimi şəkildə demək olar ki, bəzi sürücülərimiz svetoforda dayanarkən zebranın üstünə çıxmağın qayda pozuntusu olduğunu və piyadalara problem yaratdığını dərk etmirlər. Çoxunun heç bundan xəbəri də yoxdur. Bəziləri də “bir addım öndə» prinsipi ilə həmişə özünü başqalarından fərqləndirməyə çalışır. Beləliri, sanki demək istəyir ki, “mən hər adamla eyni sırada dura bilmərəm, mənə yaraşmaz». Amma heç şübhəsiz ki, belələrinə zebradan keçə bilməyən piyadaların yağlı söyüşləri çox yaxşı yaraşar və yaraşır da…

…read more

From:: ANS

      

Moskvada erməni öldürdülər

Ermənistan vətəndaşı Rusiyanın paytaxtında güllələnib.

ANS PRESS-in məlumatına görə, qətl hadisəsi bu gecə Moskvanın cənubunda baş verib.

Hüquq-mühafizə orqanları erməninin öz evinin yanında öldürüldüyünü bildirir. Naməlum şəxs ona yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıb. Kimliyi müəyyən edilməyən qatil işini gördükdən sonra dərhal gizlənib.

Xəstəxanaya yerləşdirilən 50 yaşlı erməni miqrant bir neçə saatdan sonra dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb. …read more

From:: ANS

      

Beyons yenə hamilədir (FOTO)

Dünya şöhrətli amerikalı müğənni yenə ana olmağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, xeyli müddətdir müğənninin yenə hamilə olması ilə bağlı şaiyələr gəzir. Onun yeni çəkilmiş fotoları isə daha da çox söz-söhbətə səbəb olub.

Belə ki, Beyons və əri Cey zi Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middltonla görüşmək üçün basketbol komandalarının oyununda iştirak ediblər. Oyunda mətbuat nümayəndələrinin bütün diqqəti Beyonsun çəki almış bədən quruluşunda olub. KİV-lər dərhal müğənninin son zamanlar çox vaxt geniş paltarlar geyindiyini vurğulayıblar.

Görünür Beyons həqiqətən hamilədir və bunu bəyan etmək üçü uyğun vaxt gözləyir.

Qeyd edək ki, Cey Zi ilə Beyons 2008-ci ilin aprelində evləniblər, 2012-ci ilin yanvarında isə qızları Blu Ayvi dünyaya gəlib. Müğənni hamilə olmasını ilk dəfə “VMA” mərasimində “Love on Top” mahnısını ifa etdikdən sonra elə səhnədəcə elan etmişdi.

…read more

From:: ANS

      

ABŞ-da etiraz dalğası (FOTO)

Amerika Birləşmiş Ştatlarında polisin qaradərili silahsız insanları öldürülməsinə qarşı kütləvi etiraz aksiyaları davam edir.

ANS PRESS-in məlumatına görə, aksiyalar Bruklin polisinin təsadüfən güllələdiyi Akay Qarli, polisin boğaraq öldürdüyü 43 yaşlı Erik Qarner, eləcə də bu lin avqustunda Missuri ştatının Ferqüsson şəhərində öldürülmüş 18 yaşlı Maykl Braun adlı qaradərililərə həsr edilib.

Paytaxt Vaşinqton və Nyu-York şəhərlərində minlərlə insan toplaşaraq Federal hökumətdən rasizmə qarşı qanuni tədbirlər görülməsini tələb ediblər. Vaşinqtonda 10 min, Nyu-Yorkda 25 min etirazçının küçələrə çıxdığı bildirilir. Etirazçıların önündə polis əməkdaşları tərəfindən qətlə yetirilənlərin ailələri də qatılıb.

“Hamı üçün ədalət” və “Biz ədalət tələb edirik” adı altında keçiriln mitinqlərdə 10 minlərlə insan iştirak etdi. Aksiyanın məqsədi silahsız qaradərililərin polis tərəifndən öldürlməsinə diqqət çəkmək və qanuni addımların atılmasına çağırış etmək idi. Aksiyanı bir neçə Vətəndş hüquqları qurumları təşkil etmişdi. Təşkilatçıları bildirdilər ki, bəziləri onların həyatını qiymətləndirmir. Bura toplaşmaqla onlar hər kəsi qardərililərə hörmək etməyə çağırdılar. Aksiyaya toplaşanlar hüquq-mühafizə orqanlarında islahatlar aparımasını və Konstitusiyanın hər bir amerikalı – qara, ağ, qırmızı, sarılar üçün bərabər olmasını istədilər. Etirazçılar əllərində müxtəlif şüarlar yazılmış plakatlar tutmuşdular. Şüarlar isə dəyişməz olaraq qalırdı. “Sülh yoxdur, ədalət yoxdur”, “Əllər yuxarı, atəş açma”, “Mən nəfəs ala bilmirəm”. Etirazçılar qardərililəri öldürən polislər həbs edilməyənədək aksiyalarını dayandırmayacaqalarını deyirlər.

Əllərində “Biz ədalət tələb edirik!” şüarları ilə hərəkət edən aksiya iştirakçıları, qaradərililəri öldürən polislərin layiqli cəzalarını alacaqlarına ümid etdiklərini və etiraz səslərinin nəticə verəcəyini düşündüklərini bildiriblər. Etirazçılar bildiriblər ki, hökumət bu insanların hüqqularına hörmətlə yanaşmalıdır və polislərə bu cür geniş səlahiyyətlər verilməməlidir.

Daha sonra aksiya iştirakçıları Konqres binasına doğru yürüş etdilər. Aksiyaya polis tərəfindən öldürülən qardərili Maylk Braun, Erik Qarer, Trayvon Martin, Tamir Raysın ailə üzvləri də qatılıb.

Oğlunun qatilinin hələ də azadlıqda olmasından təəssüf hissi keçirən Erik Qarnerin anası Qvin Qar aksiyanın tarixi məqam olduğunu deyir: “Bu gün hər kəsin burada bizimlə bir yerdə durmağını görmək çox xoşdur. …read more

From:: ANS

      

ABŞ-ın büdcəsi təsdiqlədi

Dünyanın ən nəhəng və güclü dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının 2015-ci il üçün dövlət büdcəsi təsdiqləndi.

ANS PRESS-in məlumatına görə, ABŞ Senatı fikir ayrılıqları ilə müşayiət olunan ciddi müzakirələrdən sonra ölkənin dövlət büdcəsini qəbul edib. Qanun layihəsinin lehinə 56, əleyhinə isə 40 senat səs verib.

Dekabrın 13-də qəbul edilmiş qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.

ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərib.

Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunub. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network