Yaponlar qadını möcüzəli şəkildə ana etdilər

Yaponiyada bir qadın 13 il əvvəl dondurulmuş yumurtalıqları sayəsində övlad sahibi olub.

ANS PRESS-in məlumatına görə, ana olan qadın 2001-ci ildə məktəbdə oxuduğu illlərdə həkimlər onda limfalarında onkoloji xəstəliyin olduğunu müəyyən ediblər.

Həmin vaxt həkimlər qızın sonsuzluq problemi ilə qarşılaşacağını nəzərə alaraq , onun iki yumurtasını dondurmağı məsləhət biliblər. Müalicənin əvvəlində həkimlər qərar gəliblər ki, yumurtaların ikisini dondurub klinika şəraitində saxlasınlar.

Uğurlu keçən müalicədən sonra qız normal həyatına qayıdıb və keçən il ailə qurub. Ana olmaq istəyən qadına Eko üsulu ilə dondurulan yumurtalarından biri kənarda mayalandırılıb və onun uşaqlığına nəql olunub.

Bundan sonra qadının avqust ayında çəkisi 3 kq-dan çox olan sağlam bir övladı dünyaya gəlib.

Dondurulmuş yumurta ilə süni mayalanmanın 10 ildən artıq inkişaf etməsinə baxmayaraq, Yaponiya üçün bu nadir hal hesab edilir. …read more

From:: ANS

      

Sensasiya: Xırdalanda nüvə reaktoru tikilir

Azərbaycan özünün ilk atom elektrik stansiyasının (AES) tikintisi barədəki planlarını açıqlayıb. ANS PRESS-in Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Rusiyanın nüfuzlu lenta.ru portalı bu barədə Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribovun iki gün öncə yerli KİV-ə verdiyi açıqlamaya istinadən məlumat yayıb.

A.Qəribovun sözlərinə görə, 20 meqavat gücündə ilk reaktorun layihələndirilməsi üzrə tender gələn il elan ediləcək. Nüvə reaktorundan başqa 2 kilovatlıq tədqiqat-təlim reaktoru da işə salınacaq.

A.Qəribov qeyd edib ki, Azərbaycanda tikilməsi planlaşdırılan reaktor ölçülərinə görə unikal olacaq: “Hesablamalarımıza əsasən, reaktorların tikintisi üzrə işlər 2020-ci ildə başa çata bilər, çünki Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) icazə almaq üçün iki il tələb olunur. Azərbaycan icazə üçün MAQATE-yə artıq müraciət edib, lakin nüvə reaktorunu tikəcək podratçı şirkətin zəruri lisenziyasının olması çox vacibdir”.

Rusiya nəşri xatırladır ki, Azərbaycanda AES tikintisi hələ SSRİ dövründə planlaşdırılırdı, lakin 1986-cı ildə Çernobıl AES-də qəza baş verəndən sonra bu ideyanın üstündən birdəfəlik xətt çəkildi: “Bu gün isə hətta mümkün risklər də karbohidrogen asılılığından xilas olmağa qərar vermiş Azərbaycan rəhbərliyini narahat etmir və bu ideyadan çəkindirmir”.

Məlumatda bildirilir ki, artıq AES tikintisi üçün 15 hektar ərazi də ayrılıb və onun harada inşa olunacağı təxminən bəllidir. Həmin ərazidə reaktordan başqa inzibati bina, məlumat mərkəzi və elmi-tədqiqatlar üçün lazımi infrastruktur da yerləşəcək.

“Doğrudur, rəsmi Bakı AES-in konkret harada tikiləcəyini açıqlamır. Amma böyük ehtimalla söhbət Xırdalan şəhərinin həndəvərindəki ərazidən gedir. Bu da Bakı ilə Sumqayıtın arasına düşür. SSRİ rəhbərliyi bir vaxtlar Azərbaycan AES-ini məhz Nəvaidə tikməyi planlaşdırırdı. Azərbaycan rəhbərliyi isə AES-i Bakıdan cənub-şərqdə yerləşən Nəvai adlı ərazidə tikmək fikrindən daşınıb. Halbuki bu rayon seysmik baxımdan AES üçün daha münasibdir” – deyə rus nəşri yazır.

Məqalədə deyilir ki, Azərbaycanın öz atom energetikası sistemini yaratmasının vacibliyi Bakıda çoxdandır müzakirə olunur. Hesablamalara görə, ölkənin karbohidrogen ehtiyatları 2020-2025-ci illərdən tükənməyə başlayacaq. Azərbaycanın iqtisadiyyatı isə sürətlə inkişaf etməyə başlayıb. Əgər bu inkişaf tempi davam etsə, Azərbaycanın enerji potensialı iqtisadiyyatın tələbatını ödəyə …read more

From:: ANS

      

M.Ə.Rəsulzadənin parlamentdəki çıxışları (FOTO)

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən önəmli hadisəsi olan bu seçkili və qanunverici orqanın yaradılması ilə Azərbaycanda demokratik idarəçiliyin əsası qoyulub. Bu parlamentin əsas aparıcı fraksiyasının lideri olan Məhəmməd Əmin
Rəsulzadənin çıxışları isə həmişə böyük marağa səbəb olub.

ANS PRESS tarix üzrə elmlər doktoru, “Məhəmməd Əmin Rəsulzadə” Mərkəzinin sədri Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin çıxışlarından hazırladığı seçmələri təqdim edir:

17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci ilin dekabrın 7-də, son iclas isə 1920-ci ilin aprelin 27-də olub. Yetərsay olmadığından bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan ikisi tarixi – 28 May və 15 Sentyabr 1919-cu il – Azərbaycan İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümü müzakirəsi ilə keçirilib.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan 230-a qədəri təsdiq edilib. Parlamentdə 11 komissiya fəaliyyət göstərib. Xaricə göndəriləcək 100 nəfər azərbaycanlı gəncin seçilməsi üçün parlament üzvlərinin – Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla Əfəndiyevdən ibarət xüsusi komissiya yaradılıb.

Parlamentin fəaliyyəti dövründə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyasının fəallığı ilə (partiyasızlar fraksiyası ilə birgə) hazırlanan torpaq islahatı haqqında 29 maddədən ibarət qanun layihəsi ümumxalq müzakirəsi üçün 1920-ci il fevral ayının 21-də “Azərbaycan” qəzetində çap edilib.
M.Ə.Rəsulzadə Parlamentdə Müəssəslər Məclisini çağırmaq və Maliyyə-büdcə komissiyalarında təmsil olunub.
Parlamentdə çoxluğu təşkil edən “Müsavat” və bitərəflər fraksiyası idi ki, onların da ümumi sayı 39 nəfər idi. Bu fraksiyaya M.Ə.Rəsulzadə başçılıq edirdi. M.Ə.Rəsulzadə 130 iclası keçirilən Parlamentin 80-ə qədərində çıxış edib. O, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 20, 24, 25, 26, 29, 33, 34, 41, 42, 43, 45, 48, …read more

From:: ANS

      

Sumqayıt qadınların xeyrinə "dəyirmi masa" (FOTO)

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının, Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun və BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərindəki “Reduco” təlim tədris mərkəzində “dəyirmi masa” keçirilib.

AzərTAc xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti, QHT nümayəndələrinin, təhsil işçilərinin və gənclərin qatıldıqları tədbirdə kampaniyanın məqsədi barədə məlumat verilib və ekspertlərin iştirakı ilə qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair müzakirələr aparılıb.

Tədbirin əsas məqsədi kampaniya çərçivəsində qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması və onunla mübarizə aparılması istiqamətində maarifləndirmə işlərinin aparılması və insanlar arasında məlumatlılığı artırmaqdır.

“Dəyirmi masa”da, həmcinin “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası tərəfindən həyata keçirilən “Sumqayıt ailələrə dəstək” layihəsi haqqında məlumat verilib.

Tədbir interaktiv müzakirələrlə davam etdirilib.

…read more

From:: ANS

      

Xəzərdə ən iri üzən dok (FOTO)

Hazırda “Zığ” Gəmi Təmiri Zavodunda yeni üzən dokun tamamlama və sınaq işləri aparılır.

ANS PRESS-in Azərbaycan Xəzər Gəmiçilik QSC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın Nijni Novqorod şəhərindəki Gəmi Təmiri-Gəmiqayırma Korporasiyasının mütəxəssisləri 2013-cü ildə Bakıya yedəkdə gətirilmiş 6 blokun yerində birləşdirilməsini uğurla həyata keçiriblər.

Bu müasir gəmiqaldırma vasitəsinin təməli Nijni Novqorodda 2012-ci ilin yanvarında qoyulub. Birinci blok həmin ilin noyabrında suya buraxılıb.

Müstəqillik illərində Azərbaycan dənizçiləri üçün sifariş edilən ilk üzən dokun yükqaldırma qabiliyyəti 8 min ton, uzunluğu 158 metr, eni 36,85 metr, bortunun hündürlüyü 13,35 metrdir. Xəzər hövzəsində ən iri üzən dokun inşası gəmilərimizin sudan qaldırılaraq təmir edilməsində əhəmiyyətli yenilikdir.

Azərbaycan “Xəzər Dəniz Gəmiçiliyi” QSC bu ilin sonunadək iri üzən doku istismara verməyi planlaşdırır.

…read more

From:: ANS

      

Yük maşını yenə can aldı

Bakıda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda “Kia” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar. Hadisə yerində “Kia” avtomobilinin sürücüsü şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi aşkar olunub.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. …read more

From:: ANS

      

Haitidə iğtişaşlar

Haitinin paytaxtı Port-o-Prinsdə hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı fəallarla polis arasında qarşıdurmalar olub.

ANS PRESS-in məlumatına görə, artıq iki gündür ki, etirazçlar prezident Mişel Martelli və baş nazir Loran Lamotun istefası tələbə ilə paytaxtın mərkəzi küçələrində çıxışlar edirlər.

Ötən gün baş tutan qanunsuz aksiyanı polis dağıtmağa çalışıb. Fəallar yollarda təkər yandıraraq nəqliyyatın hərəkətinə mane olublar. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.

Etirazçılar, eyni zamanda, ölkədə erkən seçkilərin keçirilməsini tələb ediblər.

Aksiya zamanı fəallar Kanada hökumətini ölkənin daxil işinə qarışmamağa çağırıblar. …read more

From:: ANS

      

Putin Hindistana niyə gedir?

Rusiya ilə Hindistan hərbi əməkdaşlıqla bağlı razılıq sazişi imzalayacaq.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Hindistandakı fövqəladə səfiri Aleksandr Kadakin belə deyib.

O bildirib ki, Moskva və Dehlinin Vladimir Putinin Hindistana səfərinin gedişatında imzalayacaqları sazişlər iki ölkənin hərbi sferada əməkdaşlığının möhkəmlənməsinə yönələcək.

Rusiyanın Hindistandakı səfiri Sputnik-ə müsahibəsində, “Hərbi sferada mühüm razılıqlarlar və bizim birgə əməkdaşlığımızla bağlı sənədlərə imza atılacaq. Bu bütünlüklə Hindistanın baş naziri Modinin dediyi “Hindistanda istehsal edilib” çağırışına cavab verəcək” – deyib.

Onun sözlərinə görə, Rusiya bu çağırışa artıq uzun illərdir əməl edir. “Siz bizim “Sukhoi” təyyarəmizi və hərbi texnikamızı, eləcə də “БраМос” raketimizi istehsal edirsiz” – deyə o, vurğulayıb.

Kremlin mətbuat xidməti Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 11 dekabr 2014-cü ildə Hindistana rəsmi səfər edəcəyini açıqlayıb. Səfər Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə baş tutacaq. …read more

From:: ANS

      

Həzrət İsanın doğulduğu yerdə Milad ağacı quruldu

Milad mövsümünə start verən ölkələr sırasına Fələstin də qoşulub.

ANS PRESS-in məlumatına görə, ötən gün Betlehem şəhərində Milad ağacı işıqlanıdırılıb.

Xaçpərəstlərin müqəddəs kitabı İncilə əsasən Betlehem Həzrət İsanın anadan olduğu yer kimi göstərilir.

Tədbirə yüzlərlə insan qatılıb. Tədbirdə, eyni zamanda, pirotexniki vasitələrlə atəş-fəşanlıq baş tutub. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network