İtkin düşən tələbənin cəsədi tapıldı

Meksikada bir müddət əvvəl Qerrero ştatında itkin düşən 43 tələbədən birinin meyitinin qalıqları aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, rəsmilər meyitin Kokula şəhər zibilxanasında aşkarlandığını açıqlayıblar. Meyitin Aleksandr Mora adlı gəncə aid olduğu bildirilir.

Sentyabr ayının 26-sında itkin düşən tələbələrin polis tərəfindən oğurlanaraq narkotik ticarətçilərinə satıldığı və yandırıldığı məlumdur. Dəhşətli cinayətdə hadisənin baş verdiyi İquala şəhərinin meri də iştirak edib.

Faktla bağlı aparılan istintaq çərçivəsində 70-dən çox şübhəli saxlanılıb. Şübhəlilərin əksəriyyəti təqsirini etiraf edib.

Ötən gün paytaxt Mexikoda baş tutan növbəti irimiqyaslı etiraz aksiyası zamanı fəallar öldürülən şəxslərə ədalət şüarları ilə çıxışlar ediblər. …read more

From:: ANS

      

Gecə Afina polisləri yata bilmədi

Yunanıstanın paytaxtı Afinada 2008-ci ildə polis tərəfindən öldürülən gəncin ildönümü ilə əlaqədar keçirilən etiraz aksiyası sonda zorakılıqlarla yadda qalıb.

ANS PRESS-in məlumatına görə, 6 il öncə polis mübahisə zəminində 15 yaşlı Aleksandros Qriqoropulosa atəş açaraq onu öldürmüş, hadisə 2 həftə boyunca ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu.

Ötən gün Afinanın mərkəzi küçələrindən birində toplaşan etirazçılar polisə hücum ediblər.

Fəallar təhlükəsizlik xidməti əməkdaşlarına yanıcı-partlayıcı maddələr atıblar. Gecə boyu davam edən qarşıdurmalarda çoxsaylı zorakılıqlar qeydə alınıb. Polis su şırnaqları ilə aksiyanı dağıtmağa çalışıb. …read more

From:: ANS

      

“Dilmanc”dan yenilik

“Bakutel-2014” sərgisində “Dilmanc” özünün ən yeni proqram təminatını – “Dilmanc” çağrı mərkəzini (Dilmanc call centre) nümayiş etdirir.

ANS PRESS-in məlumatına görə, bu sistem Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Sistemin tətbiq edilməsi mövcud çağrı mərkəzlərinin xərclərini bir neçə dəfə azaltmağa imkan verəcək. Bu barədə “Dilmanc” qrupunun yaydığı xəbərdə bildirilir.

Layihə çərçivəsində hazırlanmış digər sistemlər – nitqin-nitqə tərcüməsi, elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar sırasında mühüm yer tutur. …read more

From:: ANS

      

Bu günün tarixi (07.12.2014)

Miladi: 07 dekabr 2014
Hicri: 14 Səfər 1436

İlin 342-ci günü
İlin sonuna 24 gün qalır

Bu günün namaz vaxtları:

Fəcr – 06.33
Günəş – 07.49
Zöhr – 12.35
Əsr – 15.18
Məğrib – 17.30
İşa – 18.51

E.ə.43 — Roma mütəfəkkiri Siseron vəfat edib.

1678 — Lui Hennepin Niaqara şəlaləsini kəşf edən ilk avropalı olub.

1792 — Brüsseldə Belçikanın müstəqilliyini tələb edən nümayiş fransız ordusu tərəfindən amansızcasına yatırılıb.

1877 — Tomas Edisonun fonoqrafı ilk dəfə nümayiş olunub.

1917 — ABŞ Avstiya-Macarıstana qarşı müharibə elan edib.

1918 — Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti fəaliyyətə başlamışdır.

1922 — Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.

1934 — Rusiyada Kirov, Omsk, Orenburq və Krasnoyarsk diyarları təşkil olunub.

1941 — Yaponiya ABŞ-ın Havay adalarındakı “Pearl Harbor” bazasını, Filippin adalarını və Britaniya Malayziyasını bombardman edib (Asiya qitəsində 8 dekabr).

1953 — İsrailin dövlət başçısı David Ben Qurion istefa verib.

1956 – Türk roman yazıçısı Rəşad Nuri Güntəkin vəfat edib.

1966 — Suriya kral Hüseynin İordaniya taxt-tacından salınmasını tələb edib.

1972 — Aya uçan sonuncu amerikan kosmik gəmisi “Apollon 17” fəzaya buraxılıb.

1975 — İndoneziya ordusu Portuqaliyanın müstəmləkəçiliyindən yeni müstəqillik qazanmış Şərqi Timoru ğzünə birləşdirib. Lissabon Cakarta ilə əlaqələri kəsib.

1977 — Misir Yaxın Şərqdə onun sülh təşəbbüsünə qarşı çıxan kommunistlərə cavab olaraq SSRİ, Almaniya Demokratik Respublikası, Macarıstan və Çexoslovakiyada mədəniyyət mərkəzlərini bağlayıb.

1984 — BMT-nin üzvü olan ölkələr SSRİ-nin dövlət terrorizmini pisləyən qətnamə qəbul edib.

1985 — Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər.

1988 — Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25 000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib.

1989 — Litva parlamenti çoxpartiyalılığa icazə vermək üçün Konstitusiyaya düzəliş edib.

1996 — “Kolumbiya” kosmik gəmisi 17 gün, 15 saat, 54 saniyəlik rekordla 11,2 milyon kilometr məsafə qət etdikdən sonra Floridada yerə enib.

1993 — Pentaqon Nevadada xəbərdarlıqsız 204 atom sınağı …read more

From:: ANS

      

Pekində Qız qalası

Çinin paytaxtı Pekindəki Dünya parkında Bakı Qız qalasının kiçildilmiş forması inşa ediləcək.

Ölkəmizin Çindəki səfirliyinin Azərbaycan mədəniyyəti və incəsənətinin Çində tanıdılması istiqamətində həyata keçiridyi tədbirlərin davamı olaraq milli memarlıq incilərimizdən olan Qız qalasının oxşarının Pekin sakinlərinin və turistlərin ən çox ziyarət etdikləri məkanlardan olan Dünya parkında inşa edilməsi təşəbbüsünü qarşı tərəf müsbət dəyərləndirib.

Səfir Lətif Qəndilovun parkın rəhbərliyi ilə keçirilmiş görüşündə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qız qalasının oxşarının bu turzim və istirahət obyektinin mərkəzi hissələrindən birində – Eyfel qülləsi və Paris Zəfər Tağının yaxınlığında inşa edilməsinə dair prinsipial razılaşma əldə edilib. Hazırda maketin hazırlanması üzərində iş gedir.

Qeyd edək ki, müxtəlif ölkələrin rəmzi sayılan abidələrin (Eyfel qülləsi, Nyu Yorkdakı Azadlıq abidəsi, Misir ehramları, Tac-Mahal, Ayasofya, Kreml və s.) kiçildimiş formalarının quraşdırıldığı Pekin Dünya parkını ildə 2 milyondan çox turist ziyarət edir. …read more

From:: ANS

      

Bu da rusların yeni smartfonu (FOTO)

Rusiyada “YotaPhone” smartfonunun ikinci versiyasının satışlarına başlanır.

ANS PRESS-in məlumatına görə, “YotaPhone 2” smartfonunun birinci tədarükünün həcmi 150 min qurğu təşkil edir. Bu barədə “ICTnews” elektron xəbər xidməti bildirir. Şirkət 2014-cü ilin fevralında Barselonada keçirilmiş “Mobile World Congress” sərgisində “YotaPhone” smartfonunun ikinci versiyasını nümayiş etdirib. Yeni smartfonun əvvəlki versiyadan əsas özəlliyi odur ki, indi ikinci ekran sensordur və SMS yazmağa, zənglərə cavab verməyə və başqa əməliyyatlar aparmağa imkan verir. Bəziləri bu mobil telefonu rusların “iPhone”u kimi qiymətləndirir.

Yeni “YotaPhone” smartfonu iki ekranla təchiz edilib: film izləmək, fotoşəkillərə baxmaq, internetdə işləmək üçün 1920×1080 təsvir ölçülü rəngli 5 düymlük AMOLED ekran, bildirişlərə baxmaq, elektron kitab oxumaq üçün, həmçinin 960×540 təsvir ölçülü ağ-qara 4,7 düymlük EPD ekran (elektron mürəkkəb texnologiyası). Hər iki ekran tamamilə sensor idarəetməyə) malikdir: ağ-qara rəngli ekranda SMS yazmaq, zənglərə cavab vermək olar. Qurğu 2,3 QHs takt tezlikli dördnüvəli prosessor və iki kamera – işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik və 2 meqapiksellik. “YotaPhone” smartfonunda əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş isə 32 QB təşkil edir.

Telefonun ağ-qara ekranı oxuma rejimində 96 saatadək işləyir.

“Yota Devices” bu smartfonu Avropanın 20 ölkəsində satmağı planlaşdırır və növbəti ilin əvvəlində bu siyahıya Asiya-Sakit okean regionundan bəzi ölkələr, həmçinin Çin daxil ediləcək. “Yota Devices”in baş direktoru Vlad Martınov istisna etmir ki, gələcəkdə “YotaPhone” satışının 33%-i Şimali Amerika bazarının payına düşür. …read more

From:: ANS

      

Günayı belə görmədiniz (VİDEO)

Müğənni Günay İbrahimli “ Sənə bağlanıram” klipini təqdim edib.

ANS PRESS-in məlumatına görə, gənc müğənni radiolarda tez-tez səsləndirilən və hitə çevrilən mahnısına ekran həyatı verib. Klip Günay İbrahimlinin rəsmi “Youtube” kanalında yerləşdirilib. Bu barədə o, özü sosial şəbəkədə xəbər verib.

Ekran işinin rejissorluğunu Fuad Əlişov həyata keçirib. Klipdə fərqli obrazda gördüyümüz müğənninin stili üzərində Elnur Həsənov çalışıb.

Qeyd edək ki, “Sənə bağlanıram” mahnısının sözləri Fərdi Quliyev, musiqisi və aranjemanı isə Tərlan Məmmədhüseynova məxsusdur.

…read more

From:: ANS

      

“Çelsi” və “Arsenal” uduzdu (VİDEO)

Ötən gün İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

İlk oyun gününə 7 qarşılaşma baş tutub.

Premyer Liqanın hazırkı lideri “Çelsi” səfərdə “Nyukasl”la qarşılaşıb. Bakı vaxtı ilə saat 16:45-də başlayan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Maraq üçün qeyd edək ki, bu, “Çelsi”nin cari mövsüm ilk məğlubiyyəti olub.

“Liverpul”-“Sanderlend” və “Hall Siti” – “Vest Bromviç” matçlarında isə hesab açılmayıb. “Arsenal” səfərdə “Stok Siti”nin qonağı olub və 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 15-ci tura bu bazar ertəsi keçiriləcək “Sauthempton” – “Mançester Yunayted” oyunu ilə yekun vurulacaq.

6 dekabr, İngiltərə Premyer Liqası, 15-ci tur

“Nyukasl” – “Çelsi” – 2:1
Qollar: P.Sisse, 58, 79 (2:0), Droqba, 83 (2:1)
Qırmızı vərəqə: Teylor, 82 (“Nyukasl”)

“Hall Siti” – “Vest Bromviç” – 0:0

“Liverpul” – “Sanderlend” 0:0

QPR – “Börnli” – 2:0
Qollar: Leroy Fer, 51 (1:0), Austun, 74 (2:0)

“Stok Siti” – “Arsenal” – 3:2
Qollar:Peter Krouç, 1 (1:0), Bojan Krkiç, 35 (2:0), Conathan Valters, 45 (3:0), Sani Kasorla, 68-pen (3:1), Remsi, 70 (3:2)

“Tottenhem” – “Kristal Palas” – 0:0

“Mançester Siti” – “Everton” – 1:0
Qol: Yaya Ture, 24-pen (1:0)

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network