İsveçdə daha bir məscidə hücum edildi

İsveçdə daha bir məscidə hücum edilib.

ANS PRESS-in məlumatına görə, dünən gecə Eskilstuna şəhərində məscidə edilən hücumun ardından daha bir məscidin hücuma məruz qaldığı bildirilir.

“Aftonbladet” qəzetinin yazdığına görə, Eskilstuna şəhərində bir məscidin yandırılmasının ardından müsəlmanların ibadət etdiyi başqa bir məscid də hücuma məruz qalıb.

Həmin məscidlərin bir-birinə yaxın olduğunu xəbər verən qəzet hücum edənlərin kimliyinin hələ də polis tərəfindən müəyyən edilməməsindən narahatlıq ifadə edib.

Başa çatmaqda olan 2014-cü ildə İsveçdə məscidlərə 12 dəfə hücum edilib. …read more

From:: ANS

      

Həmyerlimizin qatillərinə cəza (VİDEO)

Rusiyanın polis sistemində qalmaqala səbəb olan azərbaycanlı tələbə Seymur Ağayevin vəhşicəsinə öldürülməsindən iki il sonra cinayətkarlar bu gün nəhayət ki, cəzalarını aldılar. Ancaq verilən cəzaların çox yumşaq olması diqqət çəkib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, azərbaycanlı gənc 22 yaşlı Seymur Ağayevi 77 bıçaq zərbəsi ilə qətlə yetirən Rusiya polis əməkdaşlarının iki aydır davam edən məhkəmə prosesində bu gün son qərar açıqlandı. Seymur Ağayevin qətlində şübhəli bilinərək saxlanan polis əməkdaşlarından 4-nə 13 ildən 17 ilə qədər həbs cəzası verildi. Bir polis əməkdaşı isə inzibati cəza ilə azadlığa buraxıldı. Ömürlük həbs cəzaları alacaqları gözlənilən cinayətkarlarla bağlı məhkəməninin verdiyi qərarı isə nə müstəntiqləri, nə də zərərçəkən tərəfin vəkillərini qane etmədi.

Müstəntiq Andrey Danilovun sözlərinə görə, müttəhimlərdən birinin məhkəmə salonunda azaldığa buraxılması çox yumşaq qərar oldu: “Çünki həmin müttəhim maşının qarətində iştirak etmişdi. Ancaq hakim onun qətldə birbaşa günahı olmadığına qərar verdi”.

Seymurun atası polislər tərəfindən amansızlıqla qətlə yetirilən oğlunun qatilləri ilə bağlı Moskva bölgə məhkəməsinin çıxardığı qərardan apelliyasiya şikayəti verməyə hazırlaşır.

“Qərar çox yumşaq oldu. Mən belə gözləmirdim. Onların hər birinə ən az 18 il iş veriləcəyini gözləyirdim. Ancaq bu gun alınan qərardan çox narazıyam. Ona görə də işə yenidən baxılması üçün ərizə yazdım” – deyə öldürülən tələbənin atası Ağahüseyin Ağayev bildirib.

İki il əvvəl qətlə yetirilən Seymur Ağayev əslən Şabran şəhərindəndir. O, Moskvada təhsil almaqla yanaşı həm də şirkətlərdən birində menecer kimi fəaliyyət göstərirmiş. Oğlunun itkin düşməsi barədə xəbər alan ata dərhal Moskvaya yola düşüb və Seymuru düz 55 gün axtarıb.

Cinayətin üstü açılanda məlum olub ki, 4 polis əməkdaşının da daxil olduğu dəstə Seymura hücum edib, onu 77 bıçaq zərbəsi ilə öldürərək meşəyə atıb və Seymurun bahalı avtomobilini oğurlayıblar. Cinayət törədən şəxslər isə Seymur Ağayevin maşınını satmaq istəyərkən yaxalanıb.

Qatillərdən birinin Moskvanın şimal-qərb dairəsi üzrə polis idarəsinin rəisi Sergey Skubakın yaxın qohumu olması ehtimalı həmin vaxt qalmaqalın daha da böyüməsinə səbəb olmuşdu.

…read more

From:: ANS

      

Rusiya və Gürcütsan razılığa gəldi

Gürcüstan Rusiyanın aviasiya qüvvələri 2015-ci ilin 31 yanvarına kimi 18 aviareysin həyata keçirilməsi üzrə razılığa gəliblər.

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Rusiya XİN xəbər yayıb.

Tərəflər eləcədə 2015-ci ilin yanvarında bu və digər məsələlərin son həllinə çatmaq üçün iki ölkənin aviasiya qüvvələrinin danışıqlarını davam etmək razılığına gəliblər.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında mütəmadi hava hərəkəti 2008-ci ilin avqustundan kəsilib. Bu ilin sentyabr ayında çarter ryslərdən mütəmadi reyslərə keçid elan olacağı elan edilmişdi. …read more

From:: ANS

      

Bakıdakı Qafqazın ən böyük məscidinin möhtəşəm gecə görünüşü (VİDEO)

Biz adətən böyük və işıqlı məscildəri digər müsəlman ölkələrində görürdük. Bu gün açlışı olan Heydər məscidi ilk dəfədir işıqlandırılır.

Qafqazın ən böyük Heydər məscidinin gecə görüntüsü o qədər möhtəşəmdir ki, bunu sadəcə olaraq ora gedib görmək lazımdır. Məscidin üzərində olan ornamentlər gecə işıqlanması zamanı daha qabarıq və möhtəşəm görünür. Məscidin işıqlandırılması son dərəcə gözəldir.

Bu da məscidin bir daha möhtəşəmliyini sübuta yetirir. Məscidin 4 minarəsi üzərində olan işıqlanma isə paytaxtın bütün istiqamətlərindən aydın müşahidə olunur. Bu da maraqlı məqamlardan biridir. Artıq Heydər məscidinin ətrafında yaşayan insanlar bu məscidi görmək üçün gecə gəzintisinə çıxıblar.

…read more

From:: ANS

      

Əliyev Olimpiya Stadionunda (FOTO)

Prezident İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olublar.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verib.

Təməli 2011-ci ilin iyununda qoyulan stadionunun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb. Tikintidə ən müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.

Sonra İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, stadionun interyerində də son tamamlama işləri aparılır. Buraya gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan ilk Avropa Oyunlarına sürətlə hazırlaşır. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşasında da işlər sürətlə davam etdirilir.

Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.

Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə …read more

From:: ANS

      

Gələn il Rusiya çökə bilər

Gələn il Rusiya iqtisadiyyatında 4 faizlik azalma proqnozlaşdırılır.

ANS PRESS-in məlumatına görə, Rusiya maliyyə naziri Anton Siluanov dünya bazarında neftin qiymətinin 60 dollar səviyyəsində qalacağı təqdirdə iqtisadi artım tempi mənfi istiqamətə dəyişəcəyi ilə bağlı bədbin proqnozlar verib.

Nazirin sözlərinə görə, rublun dollara məzənnəsinin 51 rubl səviyyəsində qalacağı gözlənilir ki, rublun məzənnəsinin bundan aşağı düşəcəyini gözləmir.

Maliyyə naziri böhrandan çıxmaq üçün büdcə xərclərinin 10 faizinin ixtisar olunacağını istisna etməyib. …read more

From:: ANS

      

Ən böyük 10 məsciddən biri (VİDEO)

Qafqazın ən böyük məscidi olan Heydər məscidinin açılışı olub. İki ildən artıqdır tikintisi aparılan bu məscidin təməli qoyulandan işlər prezident İlham Əliyevin nəzarətində idi. Tikinti müddətində mütamadi olaraq məscidə baş çəkən prezident İlham Əliyev nəhayət bu gün açılış üçün paytaxtın Binəqədi rayonuna getmişdi. Onu bu açılışda ailə üzvüləri də müşayət edirdilər.

ANS TV-nin məlumatına görə, Quran ayələrinin avazı altında açılışı edilən Heydər məscidi indi nəyinki Azərbaycanın, hətta Qafqazın ən böyük məscididir. Prezident İlham Əliyevin şəxsən açılışını etdiyi Heydər məscidi paytaxtın Binəqədi rayonunda yerləşir. Məscidin inşası zamanı işlərlə mütamadi maraqlanan dövlət başçısı, məhz bu açılışı ölkənin həyatında əlamətdar və tarixi hadisə kimi qiymətləndirib:

“Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdi. Yüzlərlə məscid isə təmir edilmişdi. Ulu öndər müqəddəs Kəbə içində namaz qılmışdı. Xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdu”.

Qafqazın ən böyük məscidinin açılışında Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanlar İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə iştirak ediblər.

Prezidentin şəxsi tapşırığı ilə inşa olunan yeni məscid Şirvan-Abşeron memarlıq üslubunda tikilib. Məscid 4200 kvadrat metr sahəni əhatə edir və burada 5 mindən çox insan eyni vaxtda ibadət edə bilər. Memarlıq nümunəsinin fasadı Quran ayələri və xüsusi şərq ornamentlərilə bəzədilib. İbadət evini hər birinin hündürlüyü 95 metr olan 4 minarə əhatə edir. Minarələrdə müasir lift sistemi quraşdırılıb.

Məscidin fasad arxitekturasında yer alan ornamentlərdən interyerin bəzədilməsində də istifadə edilib. Divarlara və hündürlüyü 55 metr olan baş günbəzə xüsusi bəzək elementləri vurulub, Quran ayələri yazılıb. İnteryeri hündürlüyü 35 metr olan əlavə günbəzlər tamamlayır. Məscidin xalçası isə Şeyx Səfi xalçası üslubunda dizayn edilib.

Heydər məscidi son illər ölkəmizdə prezidentin şəxsi təşəbbüsü və dəstəyilə inşa olunan ən yeni məsciddir. Buna qədər isə Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network