Neftin və dolların bu günə qiyməti

Dünya bazarlarında neftin qiymətində bahalaşma davam edir. ANS PRESS-in məlumatına görə, ötən həftə sonu 34.74 dollar olan “Brent” markalı neftin qiyməti bahalaşaraq 35.55 dollar olub.

“WTI” neftində isə ucuzlaşma müşahidə olunub. Ötən həftə sonu 33.62 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 33.27 dollarda qərarlaşıb.

Ötən həftə sonu “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,59 dollar bahalaşaraq 35,98 dollar təşkil edib.

Mənbə: Bloomberg

Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 35,95 dollardır. Platinin 1 qramı 28.00 dollar, palladiumun 1 qramı isə 16.13 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Mənbə: Bloomberg

ötən həftə sonu AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6008 səviyyəsində olub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7495 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0210 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2997 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5397 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, bu günə USD/AZN rəsmi məzənnəsi 1,5972 səviyyəsində müəyyən olunub.

Mənbə: Azərbaycan Mərkəzi Bankı …read more

From:: ANS

Nüfuzlu bank maliyyə böhranı ilə üzsləşib

Böyük Britaniyanın ən iri bankı sayılan HSBC xərcləri azaltmaq üçün radikal ölçülərə əl atır. ANS PRESS-in məlumatına görə, bank 2016-cı ildə qlobal investisiyaları və yeni işçilərin işə götürülməsini dayandırmağa qərar verib. Bank bütün əməkdaşlarına yeni ölçülər barədə təlimatları göndərib.

Hələ iyun ayında Londonda qərarlaşan şirkət investorlara xərclərini 2017-ci ilə kimi 5 milyard dollar ixtisar edəcəyini və Britaniya sektoru üzrə 8000, qlobal sektor üzrə 25 min iş yerini ləğv edəcəyini bəyan etmişdi.

Britaniyanın maliyyə nəhəngi qlobal iqtisadi artım tempinin zəifləməsindən və bank risklərinə olan qlobal nəzarətin gücləndirilməsindən, böyük ziyan çəkir. İş o yerə çatıb ki, HSBC baş ofisini Londondan başqa şəhərə köçürülməsini nəzərdən keçirir.

İqtisadi çətinliklər azmış kimi “Başı bəlalı” bankın internet və mobil bankçılıq xidmətləri güclü virtual hücuma məruz qalmışdı. Şirkət haker hücumunun sistemdə yaratdığı fəsadları yalnız ötən cümə aradan qaldırdığını elan edib. …read more

From:: ANS

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

Sumqayıt şəhərində 78 yaşlı qadının yaşadığı mənzildən meyiti tapılıb. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatda, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumaqyıt Reqional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açaraq 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkarlayıblar. Cəsəd aidiyyəti üzrə təhvil verlib.

Əməliyyat saat 23:05-də başa çatıb.

…read more

From:: ANS

Sülhməramlılar uşaqları zorladı, BMT rəsmisi ağladı (VİDEO)

BMT-nin baş katibinin müavini Entoni Benberi (Anthony Banbury) sülhməramlı əsgərlərin kiçik uşaqları zorlamaları barədə danışarkən göz yaşlarını saxlaya bilmədi. ANS PRESS-in məlumatına görə, qurum rəsmisi zərərçəkmişlərə yardım ediləcəyini, hadisəni törədənlərin məsuliyyətə cəlb olunacaqlarını, gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün əllərindən gələni edəcəklərini deyib.

BMT baş katibinin müavini Entoni Benberi Mərkəzi Afrika Respublikasında sülhməramlı əsgərlərin peçenye və ya su qarşılığında yaşları 7 ilə 16 arasında dəyişilən uşaqları zorlaması barədə danışıb. Qalmaqal barədə danışarkən çətinlik çəkən və utanan Benberi 2014-cü ildə baş vermiş hadisələrin iştirakçısı olmuş əsgərlərin hazırda Banqladeş, Demokratik Konqo Respublikası, Mərakeş, Nigeriya və Seneqalda olduqlarını bildirib.

Mərkəzi Afrika Respublikası

Hadisə 2014-cü ildə BMT əməkdaşlarının Mərkəzi Afrika Respublikasında görüşündən sonra meydana çıxmışdı. Yaşları 7 və 9 olan qızla oğlan BMT əməkdaşlarına, bir qutu peçenye və bir şüşə su qarşılığında Fransanın sülhməramlı hərbçiləri ilə intim münasibətdə olduqlarını demişdilər. Biabırçı hadisənin uzun müddət davam etdiyi bildirilmişdi.

Yaşları 14 ilə 16 arasında dəyişən 4 qız da Avropa İttifaqı Qüvvələrinə (EUFOR) bağlı əsgərlər tərəfindən cinsi istismara məruz qaldıqlarını bildiriblər. Qızlardan ikisi əsgərlər tərəfindən zorlandıqlarını, digər iki qız isə pul qarşılığında hərbçilərlə intim münasibətdə olduqlarını deyiblər.

…read more

From:: ANS

Qəbiristanlıqlarda intizam yaradılacaq

Azərbaycanda qəbiristanlıqlardakı intizamsız vəziyyət cəmiyyəti narahat edən məsələlərdən biridir və bu məsələnin hansı qaydada tənzimlənməsi ilə bağlı uzun müddət idi ki, müxtəlif səviyyələrdə müzakiələr aparılır, münasibət bildirilir və təkliflər irəli sürülürdü.

Artıq Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi tərəfindən “Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi Milli Məclisin müvafiq komitələrinin, o cümlədən müvafiq dövlət qurumlarının müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra qanun layihəsinin təklif edilən düzəlişlər də nəzərə alınmaqla Milli Məclisin plenar iclasına çıxarılması nəzərdə tutulur.

Yeni hazırlanan qanun layihəsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmaylov deyib ki, qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəfələrlə bildirib ki, bu sahənin tənzimlənməsinə ciddi ehtiyac var. Biz dəfələrlə bu istiqamədə mövqeyimizi bildirmişik və təşəbbüs irəli sürmüşük. Milli Məclis tərəfindən belə bir qanunun hazırlanması tədqirəlayiqdir. Güman edirəm ki, bu qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək və bu sahədəki problemlər həllini tapacaq”.

Milli Məclisin Reqional məsələlər komitəsinin üzvü Tahir Rzayev də bildirib ki, yeni qanun layihəsi bu gün üçün vacib olan bir məsələdir

T.Rzayev deyib ki, qanun layihəsinin qəbul olunmasından sonra qəbiristanlıqlarda nizam-intizam bərpa olunacaq:

“İndi kim harda istəyir vəfat etmiş yaxınını dəfn edir, ara məsafələri, keçid üçün yollar qoymurlar, bir adam gedib beş qəbrin yerini hasara salıb orada bir nəfəri dəfn edir, başqaları isə yer tapa bilmir, biri çox böyük və bahalı qəbir düzəltdirir, o birisinin qəbri onun kölgəsində qalır. Amma yeni qanun layihəsində bütün bu məsələlər nizamlanır, qəbirlərin hamısının ölçüsünün eyni olması, standart ara məsafələrinin qoyulması nəzərdə tutulur”

Qeyd edək ki, “Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsində qanun qəbiristanlıqların mühafizəsi, qəbrlər üçün torpaq sahələrinin ayrılması, qəbir daşlarının ölçülərinə nəzarət olunması və s. məsələlərin tam olaraq bələdiyyələrə həvalə olunması nəzərdə tutulur …read more

From:: ANS

Türkiyədə PKK-ya ağır zərbə

Türkiyənin iki vilayətində keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatına ağır zərbələr vurulub.

ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları Şırnak vilayətinin Cizrə şəhərində və Diyarbəkir vilayətinin Sur şəhərində həyata keçirilib. Hər iki şəhərdə son bir neçə həftədir PKK terror təşkilatına qarşı əməliyyatlar keçirilir. Şəhərləri ələ keçirən terrorçular dinc sakinləri girov kimi götürüblər.

Cizrədə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı

Türkiyə Silahlı Qüvvələrindən Cizrədəki terror hücumundan sonra çıxan qarşıdurmada ölü ələ keçirilən terroçu sayının 5 olduğu bildirilib. Türkiyə hərbçiləri bu şəhərdə şəhid olmuş polislərin intiqamının alındığını bildirblər.

Surda ələ keçən sursatlar

Diyarbəkirin Sur şəhərində isə PKK-nın təhlükəsizlik güclərinə qarşı başladığı hücumdan sonra terror təşkilatının 3 nöqtədə saxladığı sursat və silahlar ələ keçirilib. Ələ keçənlər arasında uzunlüləli silahlar, qumbaraatanlar və bomba qurğuları olub.

PKK – Kürdüstan Fəhlə Partiyası Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış terror təşkilatı. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamışdır.

Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən “terrorçu təşkilatlar” siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri “PKK döyüşçüləri” və ya “kürd separatçıları” ifadələrini işlədirlər.

PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. …read more

From:: ANS

10 min qaçqın uşağı yoxa çıxıb

Miqrantların 10 min uşağı Avropaya çatan kimi yoxa çıxıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Polis Ofisi məlumat yayıb.

Avropa Polis Ofisinin təmsilçilərinin məlumatına görə, həmin uşaq və yeniyetmələr sığınacaq tapdıqları ölkələrdə qeydə alındıqdan sonra itkin düşüblər. Avropa polislərinin fikrincə, onların bəziləri seksual istismara məruz qala bilərlər və ya yerli kirminal qruplaşmalar onları qul əməyinə məcbur edə bilərlər.

Miqrantlar Avropa kriminal qruplaşmalarının hədəfindədir

“Save the Children” qeyri-hökumət təşkilatının məlumatına görə, keçən il Avropaya 26 min uşaq valideyn müşayiəti olmadan gəlib. Avropa Polis Ofisi ilk dəfədir ki, itkin düşənlərin sayını açıqlayır.

Avropa Polis Ofisinin rəhbəri Brayan Donald “Observer” qəzetinə müsahibəsində bildiribk i, söhbət taleyi barədə Avropa hakimiyyət orqanlarına heç bir məlumat olmayan 10 min uşaqdan gedir: “Onların heç də hamısı cinayətkar qrupların qurbanına çevrilməyiblər – bəziləri öz qohumları ilə qovuşublar. Sadəcə. Biz onların yerini bilmirik”.

Bu məsələdə ən ciddi problem İtaliyadadır. İtaliyanın rəsmi dairələri hələ 2015-ci ilin may ayında bildiriblər ki, 2014-cü ilin yayından sonra keçən bir neçə ayda bu ölkədə 5 min uşaq yoxa çıxıb. 2015-ci ilin oktyabr ayında isə İsveçin Trelleborq şəhərinin hakimiyyəti isə bir neçə ayda valideynsiz gəlmiş minə yaxın qaçqın uşağın yoxa çıxması barədə miəlumat verib.

Britaniyada miqrant düşərgəsi

BBC-nin müxbiri Katya Adlerin araşdırmasına görə, əsas problem İtaliyada uşaqlara lazımi diqqətin göstərilməməsindən qaynaqlanır. Qanuna görə, onlara gündüz vaxtı sığınacaqları tərk etməyə icazə verilir. Nəticədə, miqran uşaqlar onları istismar edən qruplarına əlinə düşürlər.

Qaçqın düşərgələrində uşaqlar üzrə mütəxəssisin olmaması problemi daha da dərinləşdirir. Uşaqlar İtaliya küçələrində yoxa çıxırlar. Əsasən, müsəlman ailələrdən olan qaçqın uşaqlar istər-istəməz seksual istismar qurbanına çevrilirlər.

Avropaya miqrant axınının sxemi