Səud müftisindən şok İŞİD açıqlaması

Səudiyyə Ərəbistanının baş müftisi Abduləziz bin Abdullah əl Şeyx İŞİD terror qruplaşması barədə şok açıqlamalarla çıxış edib. ANS PRESS-in məlumatına görə, qondarma xəlifə Əbu Bəkr əl Bağdadinin İsrailə hücum edəcəyi barədə and içməsini şərh edən müfti bunun inandırıcı olmadığını bildirib. “Saudi Gazette”yə müsahibə verən baş müfti, İŞİD-in onsuzda İsrail ordusunun bir hissəsi olduğunu iddia edib.

Qruplaşma silahlılarının müsəlman hesab edilməsinin doğru olmadığını deyən əl Şeyx, İŞİD-çilərin İslam xilafətinə qarşı ilk üsyan edən, müsəlmanları kafir elan edən və müsəlmanlarının qanını axıdan xavariclərin davamı olduğunu vurğulayıb.

Bir müddət əvvəl İŞİD lideri Bağdadiyə aid audio müracət yayılmışdı. Müraciətdə terrora qarşı yaradılacaq İslam koalisiyasından danışan Bağdadi, həmin ittifaqın hədəfinin yəhudiləri öldürmək və Fələstini suverenliyinə qovuşdurmaq olacağını demişdi.

“İsraillilər bu yaxında bizi Fələstində görəcəklər. Səlibçilərin bizə qarşı müharibəsi çox davam etməyəcək. İsrail hesab edir ki, biz Fələstini unutmuşuq və diqqətimizdən yayınıb. Biz Fələstini əsla unutmadıq.” – deyə audio müraciətdə deyilmişdi. …read more

From:: ANS

“WhatsApp” çökdü

Dünyanın ən populyar mesajlaşma şəbəkələrindən olan “WhatsApp”da problem yaranıb. ANS PRESS-in məlumatına görə, istifadəçilər təxminən yarım saata yaxın şəbəkədən istifadə edə bilməyib.

Problemə “WhatsApp”ın serverlərində yaranan nasazlığın səbəb olduğu bildirilib. Şirkət rəsmiləri isə yaranmış nasazlıq barədə hər hansı bir açıqlama verməyib. Hazırda şəbəkədən istifadədə hər hansı bir problemin olmadığı bildirilir.

Problemlə sadəcə Avropa istifadəçilərinin üzləşdiyi, nasazlığın ABŞ istifadəçilərinə təsir etmədiyi qeyd edilib. …read more

From:: ANS

"Barselona" "Real"ın rekordunu qırdı

İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən “Barselona” – “Betis” matçı meydan sahibləri üçün əlamətdar olub.

ANS PRESS-in məlumatına görə, Leonel Messinin 500-cü matçında Kataloniya təmsilçisi rekorda imza atıb.

Belə ki, Luis Enrikenin yetirmələri bir il ərzində ən çox qol vuran komanda ünvanına sahib çıxıb. Messinin komandası 2015-ci ilin ötən gününə qədər rəqib qapılarından 179 qol keçirib.Buna qədər isə rekord 178 qolla Madrid “Real”ına məxsus idi.

Luis Enrike

Xatırladaq ki, bu qolların 76 faizini Messi, Suares və Neymar vurub. Messi 48, Suares, 47, Neymar isə 41 dəfə fərqlənib. …read more

From:: ANS

Məşhur aktyor müsəlmanları müdafiə etdi (FOTO)

“ABŞ -ın yeni zənciləri, artıq müsəlmanlardır”. ANS PRESS-in məlumatına görə, bu sözələri məşhur amerikalı aktyor Samuel L. Jackson son vaxtlar ABŞ da müsəlmanlara qarşı mənfi münasibətə fikir bildirərkən deyib.

Belə ki, çoxsaylı filmlərdə rol alan aktyor jurnallardan birinə verdiyi müsahibədə ölkədə müsəlmanlara qarşı olan ayrı-seçkiliyi kəskin şəkildə pisləyib.

“ Parisi qana bulayan terror hadisləri və ABŞ-ın San Bernardino şəhərində baş verən, 14 insanın ölümü ilə nəticələnən qanlı hadisələr əksər insanlarda müsəlmanlara qarşı ayrı-seçkiliyə səbəb oldu.

San Bernardinoda baş verən qanlı terror zamanı bunu psixoloji problemləri olan bir ağdərilinin törətdiyini eşitməyi ümüd edirdim, çünki bu cür hadisələr müsəlmanlara qarşı münasibətlərin daha da pisləşməsinə səbəb olur”.

Samuel L. Jackson aktyor.

Aktyor milyarder Donald Trampın və digər prezidentliyə nazmizədlərin müsəlmanlara qarşı yürütdüyü siyasətin məscidlərə və müsəlmanlara hücumların artmasına səbəb olduğunu vurğuladı.

Jackson siyasətçilərin müsəlmanları hədəf göstərməsini səhv adlandıraraq “ İndi amerikalıların müsəlman qonşularından ya da dostlarından şübhələnmək üçün qanuni bir səbəbi var. Artıq zəncilərə qarşı haqsızlıqlar öz yerini müsəlmanlarla qarşı ayrı-semkiliklə əvəzləyib”deyə fikirlərini bildirdi.

Aktyor 1994-cü ildə çəkildiyi “Kriminal qiraət” filmində oynayaraq məşhurlaşıb. …read more

From:: ANS

İlham Əliyev xalqı təbrik etdi (VİDEO)

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir:

Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

2015-ci il arxada qalır. 2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi.

Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq.

Ancaq təbii ki, bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır, milli valyutamız manat devalvasiyaya uğradı. Ancaq yenə də biz çalışırdıq, çalışırıq və çalışacağıq ki, bu vəziyyət insanların yaşayış səviyyəsinə təsir etməsin. Xüsusilə istehlak qiymətlərinin sabit saxlanması bizim əsas vəzifəmizdir.

Bu il “Kənd təsərrüfatı” ilidir. Şadam ki, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bütövlükdə götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik.

Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, …read more

Kim Çen Inın yataq şəkli gülüş hədəfində

Qəribə qərarları və qalmaqallarla yadda qalan Koreya Xalq Demokratik respublikasının başçısı Kim Çen In internetdə yayılan qəribə fotoşəkilləri ilə gündəmə gəlib.

ANS PRESS-in Britaniya mətbuatına istinadən məlumatına görə, Şm Koreya liderinin əyilərək yatağın keyfiyyətini yoxlayarkən çəkilən şəkli əsasında gülməli fotolar yaratmaq üçün internet istifadəçilərinə çox vaxt lazım olmayıb.

Bir istifadəçi Kim Çen Inı müğənni Mayli Sayrusun klipindəki qəhrəmana çevirib.

Digər fotoda o, “hörümçək adam” kimi ABŞ prezidenti Barak Obamanın kabinetinin tavanında təsvir edilib.

33 yaşlı KXDR başçısını reper Psy-ın cizgi qəhrəmanları ilə bir sırada görən də olub. İnternet istifadəçilərindən bəziləri isə Kim Çen Inı fillərin sırasında, göydələnə çıxan Qodzillanın yerində və quşun belində təsvir edib.

Kim Çen Inın gülüş hədəfinə çevrilən fotoları

Şimali Koreya prezidenti Kim Çen In dünyanın ən qəddar dövlət başçılarından biri hesab edilir. Onun ölkəsində verdiyi qəribə qərarlar bütün dünya tərəfindən maraqla izlənilir.

Bir müddət öncə Şimali Koreya lideri paytaxt Pxenyanda yaşayan əcnəbilərə qəribə xəbərdarlıq etmişdi. Xəbərdarlığa əsasən əcnəbilərə Şimali Koreya vətəndaşları ilə öz fləş kartlarının tərkiblərini bölüşmək qadağan edilmişdi. Ölkə vətəndaşlarının böyük əksəriyyəti internetdən istifadə hüququna malik deyil. Onlar USB-nin köməyi ilə filmlər, musiqi və ədəbiyyatla tanış ola bilir. Belə fləş kartlar kiçik olduğundan onları gizlətmək asan olur. Sənəddə deyilir ki, əcnəbilərə Pxenyana məlumat daşıyıcılarının istənilən növləri, həmçinin çap materialları, mobil telefonlar və yaddaş kartları gətirilməsi qadağan edilir.

Kim çen In – Şm Koreya lideri

Kim Çen In 2011-ci ilin dekabrında atası Kim Çen İrin ölümündən sonra hakimiyyətə gəlib. O liderliyə keçərkən ölkədə hesab edirdilər ki, gənc və təcrübəsiz olması səbəbindən Kim Çen In ölkəyə yalnız formal olaraq başçılıq edəcək. Amma o, hakimiyyəti necə əlində saxladığını tezliklə sübut etdi. Yeni prezident rəhbərliyi dövründə 109 yüksək vəzifəli şəxsdən 79-nu yeniləməklə öz prinsiplərini möhkəmləndirib.

Kim çen Inın başına gələn bu gülməli hadisə isə ilk deyil. Bundan əvvəl …read more

From:: ANS

Azərbaycanın 2016-cı il hədəfləri

Azərbaycan bu dəqiqələrdə 2016-cı ilə qədəm qoydu. Xalq və siyasi hakimiyyət 2016-ci ilə bir çox arzular, məqsədlər və nailiyyətlər ümidi ilə daxil olur.

Bu il Azərbaycanda müxtəlif sahələrdə realaşacaq və ya planlaşdırılan siyasi, iqtisadi, sosial, hərbi və idman sahələrindəki bəzi yeniliklər və hadisələrə qısaca nəzər salaq:

Siyasi – Azərbaycan xalqının 2016 –cı ildə reallaşamasını gözlədiyi əsas arzularından biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir.

ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündən sonra verdiyi açıqlamalarından birində dövlət başçılarının növbəti il görüşlərinin təşkil ediləcəyinə ümidli olduğunu deyib. Belə görüşlərin keçirilməsi isə münaqişənin həllinə öz tövhəsini verə bilər.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında son görüş (19 dekabr 2015-ci il)

İlin ilk ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonunda vəziyyətin gərginləşməsi” və “İşğal olunmuş ərazilərdə sudan məhrum etmə və cəbhə xəttində bundan əziyyət çəkən insanlar” adlı məruzələr dinləniləcək.

Bu il həm də Azərbaycana bir sıra dövlət başçılarının səfərləri gözlənilir. Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana 2016-cı ilin ilk yarısında rəsmi səfər etmək niyyətindədir. Bu barədə Ukrayna prezidenti administrasiyasının rəsmi saytında bildirilir. Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi 2016-ci ilin martında Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir. Həmçinin prezident İlham Əliyev ötən il noyabrın 27 – 28 –də Belarusa səfəri zamanı Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.

Prezidenti İlham Əliyevin Belarusa son səfəri

Azərbaycan bu gündən GUAM təşkilatına sədrlik edəcək. 2016-cı ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun Bakı şəhərində keçiriləcək.

İqtisadi – 2016-cı il həm də iqtisadi sferada yeniliklər gözlənilir. …read more

From:: ANS