Davudoğlu Səudiyyədən Rusiyanı hədələdi

Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanında Rusiyanı hədələyib.

ANS PRESS-in məlumatına görə, rəsmi görüşlərdən sonra paytaxt Ər-Riyadda açıqlamalar verən Əhməd Davudoğlu Rusiyanın Su-34 döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə sərhədini pozmasına toxunub.

“Rusiya törətdiyi sərhəd pozuntusunun üstünü örtə bilməz. Türkiyə Rusiya ilə gərginliyi artırmağın tərəfdarı deyil. Rusiyanın Suriya məsələsində xoş niyyətli olmadığını görürük”,- deyə Türkiyə baş naziri bildirib.

Əhməd Davudoğlu Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanı ilə Türkiyənin həmfikir olduğunu vurğulayıb: “Suriya, İraq və bölgə barədə siyasətimiz eynidir. Səudiyyə Ərəbistanı ilə birlikdə mülayim müxalifətə dəstək verəcəyik”.

Rusiya hərbi təyyarəsi – Xmeymim hərbi bazası, Latakiya, Suriya

Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) dünən yayıb. XİN bildirib ki, hadisə dünən – 2016-cı il yanvarın 29-da baş verib – Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. “Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”,- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.

Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək “dəhşətli hadisələrə” Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazı onun nəzərinə çatdırılıb.

Suriyada koalisiya qüvvələrinin və Rusiyanın aviazərbələri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın Su-34 döyüş təyyarəsinin Türkiyənin hava sahəsini pozması ilə bağlı dünən sərt çıxış edib. O, məsələni çözmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.

Türkiyə prezidenti bu fikri hadisənin baş verdiyi axşam Rusiya səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilməsi zamanı səsləndirdiyini deyib: “Həmin vaxt …read more

From:: ANS

      

Neftin qiyməti 60% bahalaşacaq

Bir sıra qiymətləndirmələrə əsasən, neftin bir barelinin qiyməti 2017-ci ildə 55 dollara çata bilər.

ANS PRESS-in məlumatına görə, bunu Yaxın Şərq üzrə analitik, Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri Teodor Karasik deyib.

Neftin qiymətinin cari artımının müvəqqəti olduğunu bildirən ekspert qeyd edib ki, neft bazarında vəziyyətin inkişafını heç kim dəqiq bilə bilməz.

Teodor Karasik – Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri

“Trend”ə müsahibə verən Teodor Karasik bildirib ki, neft bazarında indiki vəziyyətin günahkarı ABŞ, Rusiya və İranı zəiflətmək məqsədilə iqtisadi və siyasi böhran yaratmaq istəyən Səudiyyə Ərəbistanıdır.

Yanvar ayında Brent neftin qiymətinin dəyişməsi (dollar/barrel)

Yanvar ayında neftin qiymətinin dəyişməsi analitkin dediklərini müəyən qədər təsdiqləyir. Məsələn, yanvarın 20-də bir barrelinin qiyməti 27,88 dollara düşmüş Brent nefti hazırda 34,74 dollardan satılır. Amma istənilən halda neftin qiymətinin müəyyən qədər qalxaraq istehsalçı ölkələrə üçün əlverişli vəziyyətdə sabitləşməsi OPEK və kartelə daxil olmayan ölkələr arasındakı anlaşma nəticəsində baş tuta bilər.

Nikolas Madura – Venesuela prezidenti

Bu məsələyə diqqət yetirən Venesuela prezidenti Nikolas Madura bildirib ki, artıq OPEK və kartelə daxil olmayan ölkələr anlaşmaya yaxındırlar: “Biz artıq OPEK və kartelə daxil olmayan neft ölkələri arasında anlaşmaya yaxınıq. Amma yaxınıq demək, anlaşma əldə olunub demək deyil”.

“PetroleumWorld” agentliyinin neft analitiki Elio Oep isə bildirib ki, bu anlaşma əldə edildikdən sonra bazar Rusiya və Səudiyyə Ərəbistanının addımlarından asılı olacaq. Hər halda, birlikdə gün ərzində təxminən 20 milyon neft hasil edən bu iki ölkə bazara nəzarət edə bilər. Analitikin fikrincə, bu, neftin barrelinin qiymətini 30-40 arasında qərarlaşdırmağa imkan yaradar. …read more

From:: ANS