Dənizdən dövlət üçün pul çıxaranlar

Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev ANS TV-nin efirində Mir Şahinin qonağı olub. Söhbət zamanı yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun gücləndirilməsindən və Səhmdar Cəmiyyətin neftdən sonraya hazırlanmasından bəhs edilib.

– Post-neft periodu uçün Xəzər Dəniz Gəmiçiliyi nə gədər hazırdır? Biz bu gün əlimizi ürəyimizin üstünə qoyub deyə bilərikmi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlət üçün pul qazanır?

– Xəzər Dəniz Gəmiçiliyi bu gün artıq bir səhmdar cəmiyyət kimi fəaliyyət göstərir, 100% səhimləri dövlətə məxsus olan bir Səhmdar Cəmiyyəti kimi. İstənilən səhimdar cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətin əsas məqsədi fəaliyyəti təşkil eləmək, pul qazanmaq və səhmdara dividendləri ödəməkdir. B istiqamətdə mən hesab edirəm ki, çox qısa bir müddətdə – 2 il müddətində bizim müəyyən nailiyyətlərimiz olub və gələcəkdə də biz hesab edirik ki, dövlətin büdcəsinə vergi ödənişində ən aparıcı şirkətlərdən biri olaraq öz fəaliyyətini tənzimləyəcəyik və təşkil edəcəyik.

– Aktauda vəziyyət nə yerdədir? Bir ara ajiotaj yaranmışdı ki, Rusiya – Türkiyə münasibətlərində yaranmış bu problemlərdən Azərbaycan bəhrələnə bilər, hətta bununla bağlı mülahizələr var idi…

– Bildiyiniz kimi, Türkiyə və Rusiya arasında olan bəlli səbəblərdən, Türkiyə – Rusiya sərhədlərində çoxlu sayda tırlar yığışmışdı və bu tırlar günlərin bir günü, yəni bir həftə – 10 gün ərzində yığılmış tırlar bir gündə Azərbaycana istiqamət götürdü. Dövlət başçısı tərəfindən göstəriş verilmişdi ki, bu tırlarən ən yaxın zamanda daşınmasını təmin edək. Biz həmin vaxt ona kommersiya məsələsi kimi yox, xüsusi bir tapşırığın yerinə yetirilməsi kimi yanaşdıq. Amma təəssüflər olsun ki, dekabr ayında hava şəraiti Xəzərdə kəskin dərəcədə dəyişmişdi və gəmilərin hərəkəti üçün mümkünsüz bir hava şəraiti var idi. Bundan əlavə, bildiyiniz kimi, bizim Ələt limanında cənab Prezidentin iştirakı ilə ilkin bərə terminalı açılmışdı. Bizdə iki bərə körpüsü var və həmin bərə körpülərdən tırların yüklənməsi vaxtı-vaxtında həyata keçirilir. Amma onları yola salmaqla bərabər qarşı tərəfin bu yükün qarşılanmasına hazır …read more

From:: ANS