Nardaran hadisələrini gərginləşdirmək lazım deyil (VİDEO)

Noyabrın 29-dan Bakının Nardaran qəsəbəsində yaşanan gərginlik artıq başa çatıb.

ANS TV-nin məlumatına görə, qəsəbə sakinlərin toplaşdığı imam Hüseyn meydanı boşalıb.

Texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib. Mərkəzi meydanda qurulmuş çadır sökülüb. Sakinlər öz evlərinə dağılışıblar.

Nardaran hadisələrinə Milli Məclis sədrinin müavini Bahar Muradova da münasibət bildirib və məsələləri gərginləşdirən açıqlamalara lüzum görmədiyini deyib. Millət vəkili hüquqa zidd hərəkətlər baş verdiyini, hüquq-mühafizə orqanları da bu hadisələri araşdırdığını bildirib:

“Hesab edirəm ki, Hüquqa zidd hərəkətlər baş verib, hüquq-mühafizə orqanları da bu hadisələri araşdırır və hüquqi qiymət də veriləcək. Bütün vətəndaşlardan dini inancından, siyasi, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərmək tələb olunur”.

…read more

From:: ANS

      

Bəzi göydələnlərdə qaz problemi davam edir (VİDEO)

Bakıdakı qöydələnlərdən birinin sakinləri yaşadıqları binaya hələ də təbii qaz çəkilməməsindən şikayətçidirlər. Onlar, 10 ildir burada məskunlaşıblar, amma buna baxmayaraq mənzilləri qazla təmin edilməyib.

Söhbət Nərimanov rayonu, Heydər Əliyev prospekti, 81-89 ünvanında yerləşən “Şəlalə” MTK-ya məxsus olan çoxmərtəbəli binadan gedir.

Qonşular deyir ki, hər dəfə MTK-ya qazla bağlı şikayət edəndə onlara bu il qaz veriləcəyini deyirlər. Amma artıq bu cavab 10 ildir ki, təkrarlanır. Binaya qaz borusu çəkilibdə. Bu il də havalar soyuyandan sakinlər yenə MTK-ya müraciət ediblər.

Sakinlər isə mənzillərini işıq enerjisilə isitməyə məcbur olurlar ki, bu da onlara qış aylarında baha başa gəlir. Qış aylarında mənzil sahibləri 150-200 manat işıq üçün pul ödəyirlər.

Şikayətçi Sərkar Nəzərov deyir ki, neçə illərdir ki, bu binanın sakinlərini aldadırlar, hər il bizə söz verirlər ki, bu il qaz vercəyik.

Şikayətçi Elnur Məmmədov isə qeyd edir ki, onların işi qaz balonu daşımaqdır.

Binaya qazın verilməməsilə bağlı “Şəlalə” MTK-ya üz tutduq. Qapını döysək də, amma açan olmadı.

“Azəriqaz” İstehsalat Birliyindən bildirdilər ki, “Şəlalə” MTK binaya qazın verilməsilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməyib.

Deyəsən sakinlər bu ildə qışı qazsız keçirməli olacaqlar.

…read more

From:: ANS