2015-ci ildə boşanan məşhurlar (VİDEO)

Ötən il incəsənət nümayəndələri arasında boşananlar xeylidir.

ANS TV-nin məlumatına görə, dörd il əvvəl ailə quran azərbaycanlı model Günay Musayeva ilə aktyor Tolqa Karel rəsmi şəkildə boşanıblar. Onların qalmaqallı şəkildə ayrılması Türkiyə və Azərbaycan mediasında uzun müddət gündəmdə qaldı.

Müğənni Elton Hüseynəliyev və prodüser Toma cütlüyü avqustda rəsmən boşanıb. Cütlüyün iki qız övladı var.

Yola salmaqda olduğumuz 2015-ci ildə yerli şou-biznesdə boşanma hadisələrinə o qədər də rast gəlinmədi. Amma xarici şou-biznesdə bir çox məşhurlar yollarını ayırıblar.

10 ildir ki, birgə yaşayan aktirisa Cennifer Qarner və aktyor Ben Afflek bu il xəyanətə görə böyük problemlər yaşadı. Ben Afflek uşaqlarının dayəsilə olan söz-söhbət onların ayrılmasını səbəb olub. İlin sonuna yaxın isə uşaqlarına görə eyni evə köçən cütlük hazırda psixoloqun yayına gedir.

Münasibətlərinə son qoyan daha bir çütlük isə model İrina Şeyk və futbolçu Kriştian Ronaldo olub. İdeal çütlüklərin ayrılma səbəbi kimi isə Ronaldonun Rus modelinə tez-tez xəyanət etməsi göstərilir.

2015-ci ilin əvvələrində ayrılan sevgililərin xəbəri uzun müddət gündəmdə qaldı. O zamandan sonra Ronaldonun müxtəlif sevgi hekayələrində adı hallansa da, İrina artıq hollivud ulduzu Bredli Kuperlə ailə qurmağa hazırlaşır. Elə Bredli Kuper də bu il iki illik sevğilisindən ayrılıb. Qısa müddət sonra Bredli İrina Şeyklə sevği romanına başlayıb.

Aktirisa Şarliz Teron və aktiyor Şon Penn ilin ən təəccüblü ayrılıqlarından sayılır. Ötən ilin əvvəlində sevğili olduqları bəlli olan cütlük qısa zamanda ideal ikiliyə çevrilmişdir.

Hətta Şon Penn Şarliz Teronun uşaqlarının rəsmi atası olmaq üçün müraciət də etmişdir. Amma nişanladıqdan qısa müddət sonra, ayrılan cütlük ciddi münasibət istəmədiklərini deyiblər.

…read more

From:: ANS

      

Yeni ilin ilk günündə Rusiya üçün dollar şoku

2016-cı ilin birinci günündə Rusiyada dolların məzənnəsi rekord dərəcədə yüksək qiymətə dəyişdiriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankı xəbər yayıb.

Mərkəzi Bankın 2016-cı il yanvarın 1-ə valyuta kurslarının açıqlamasında bildirilir ki, dolların məzənnəsi 72 rubl 93 qəpik təşkil edəcək. Beləliklə Rusiyada dolların qiymətində kəskin artımlar davam edir.

Bu gün məzənnə bir dollar 72 rubl 88 qəpik təşkil edir. Dollar bu həddə ilk dəfə 17 il əvvəl, 1998-ci ildə olub. 2016-cı ilin ilk günündə avronun kursu 79 rubl 64 qəpik təşkil edəcək.

Azərbaycanda da milli valyuta dollar qarşısında dəyər itirir. Bu ilin ilk 5 ayında neftin dünya qiyməti artıma meyl göstərərək 1 barelə görə 68 ABŞ dollarınadək yüksəlsə də, sonradan yenidən kəskin azalaraq 1 barelə görə 37 ABŞ dollarına enib. Bu, son 11 ilin ən aşağı səviyyəsidir. Ümumilikdə 2014-cü ilin iyun ayından neftin qiyməti 3 dəfədən çox aşağı düşüb.

Neftin bu dərəcədə ucuzlaşması manatın da dəyərdən düşməsinə səbəb olub. Hazırda 1 manat 1,5594 dollara, 1,7046 avroya dəyişdirilir.

Mərkəzi Bankın valyuta bazarında satışları 8 mlrd. ABŞ dollarını ötmüş, valyuta ehtiyatları isə 5 mlrd. ABŞ dollarınadək düşüb. Bunu nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edib. …read more

From:: ANS

      

Rövnəq Abdullayev: Qənaət rejiminə keçid sürətləndirilməlidir

SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

SOCAR-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yığıncaqda dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli” yatağındakı 10 saylı, Neft Daşlarındakı 501 saylı dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olan və itkin düşən neftçilər anılıb.

SOCAR-ın prezidenti R.Abdullayev bu hadisələrin neftçilərin əhvali-ruhiyyəsinə təsir etdiyini söyləyib, itkin düşənlərin axtarışı və yanğının söndürülməsi istiqamətində aparılan işlər haqqında ən son məlumatları iştirakçiların diqqətinə çatdırıb.

Daha sonra 2015-ci ilə yekun vuran R.Abdullayev dünyada mövcud iqtisadi durumla əlaqədar ötən ilin bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini söyləyib. Bütün çətinliklərə baxmayaraq, SOCAR prezidenti dünyada yaranmış mövcud iqtisadi durum fonunda 2015-ci ilin istehsalat nəticələrinin qənaətbəxş olduğunu qeyd edib.

Son on ildə şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri üzərində dayanan R.Abdullayev TANAP, STAR zavodunun, Petkim limanın tikintilərinin vacibliyini qeyd edib, habelə Azərbaycanda həyata keçirilən layihələrin uğurla davam etdiyini diqqətə çatdıraraq, şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid proseslərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

R.Abdullayev neft və qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyinin prioritet vəzifə olduğunu diqqətə çatdırıb və qeyd edib ki, qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə – məhz təhlükəsizlik məsələləri olmalıdır.

Daha sonra 2016-cı ildə qarşıda duran vəzifələrdən danışan şirkət prezidenti dünyada yaranmış mövcud iqtisadi durumla əlaqədar SOCAR-ın dayanıqlığının qorunması və saxlanılması üçün prioritet istiqamətləri qeyd edib.

Yığıncaqda SOCAR-ın idarə və müəssisələrinin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, anbar təsərrüfatında ciddi inventarizasiyanın keçirilməsi, xərclərin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Şirkətin vitse-prezidentləri Tofiq Qəhrəmanov, Süleyman Qasımov, Rəhman Qurbanov, Mikayıl İsmayılov, David Məmmədov, Xalik Məmmədov, “Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və başqaları 2016-ci ildə qarşıda duran vəzifələr haqqında müzakirələrdə iştirak ediblər.

Yığıncağa yekun vuran SOCAR prezidenti R.Abdullayev səslənən fikirlərlə əlaqədar …read more

From:: ANS

      

Azərbaycanlılar Rusiyada qan tökdü

Rusiyada Azərbaycan vətəndaşını bıçaqlayaraq, öldürüblər.

ANS PRESS-in məlumatına görə, hadisə Zelenaqrad şəhərində baş verib. Böyük şəhərin gölü ətrafında bir nəfər bıçaqlanmış şəxs tapılıb. Hal-hazırda bu cinayət ətrafında araşdırmalar aparılır. Ölən kişinin ailə münaqişəsi zəminində bıçaqlandığı güman edilir.

Hadisə ötən gün olub. Zelenaqrad şəhər hüquq-mühafizə orqanlarının məlumatına görə, bir qrup azərbaycanlı qohumlar öz aralarındakı münasibətləri aydınlaşdırmaq üçün Böyük şəhərdə yerləşən gölün ətrafında görüşüblər. Yaranmış qarşılıqlı anlaşılmamazlıq nəticəsində qohumlardan biri digərini çiyin və baldır nahiyəsindən bıçaqlayıb. Zərərçəkən aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Zelenaqrad, Rusiya

Polis bölməsindən verilən məlumatlara əsasən, şübhəli şəxs artıq həbs olunub. O, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərərvurma maddəsi ilə ittiham olunur. Həbs olunan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Azərbaycanlılarla bağlı Rusiyada bu ay yenə buna bənzər hadisə olub. Belə ki, Rusiyanın Voronej şəhərində Azərbaycandan olan kriminal avtoriteti güllələyiblər. Hadisə Voronejin “Lenaya skazka” kafesində baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 37 yaşlı avtoriteti öz qohumu 32 yaşlı Xanlar adlı şəxs öldürüb. Hazırda bununla bağlı istintaq işləri aparılır, şahidlər dindirilir.

Varonij, Rusiya …read more

From:: ANS

      

Putin məmurların kütləvi ixtisarına başladı (FOTO)

Rusiya prezidenti Vladimir Putin bəzi idarə və təşkilatlarda ştatların sayının azaldılması barədə fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncama əsasən bu, Prezident Administrasiyası, FHN , Müdafiə Nazirliyi, Məhkəmə İcraçıları Federal xidməti, prokurorluq orqanları və bir sıra digər idarələrin işçilərinə aid edilir.

Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, qanun layihəsi müxtəlif nazirliklərdə və idarələrdə, o cümlədən İstintaq komitəsi və Baş Prokurorluq və onlara tabe olan idarələrdə məmur aparatının azaldılmasına yönələn ardıcıl işlərin davamıdır. Qanunda 10 % məmurun işdən azad olunacağı nəzərdə tutulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov.

21 dekabrda Baş nazir Dmitri Medvedyev yanvarın birindən dövlət mülki qulluqçularının sayının 10% azaldılması haqqında qanun imzalayıb.

Eynilə dekabr ayında dövlət qulluqçularının, hakimlərin və hərbçilərin əmək haqlarının 2016-cı ildə indeksləşdirilməsi haqqında qanun qəbul edilib. …read more

From:: ANS

      

2015-ci ilin dünya və Azərbaycan üçün ən yadda qalan hadisələri (FOTO)

2015-ci ildə fotomüxbirlər təbii fəlakətlərin, hərbi münaqişələrin, idman yarışlarının, qələbə anlarının, sadə insanların kədər, sevinc, çarəsiz məqamlarının şahidi olub.

ANS PRESS başa çatmasına saatlar qalan ilin ən yadda qalan hadisələrini yada salır.

Fransanın paytaxtı Parisdə satirik jurnal olan “Charlie Hebdo”nun mərkəzinə hücum olub. İki naməlum şəxs jurnalın Nicolas Apper küçəsindəki mərkəzinə silahla basqın edib. Jurnal daha öncə Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkərək yerləşdirdiyi üçün sərt reaksiyalara məruz qalıb.

Tarixdə ən böyük faciə 2015-ci ildə Nepalda baş verib. Aprelin 25-də səhər saatlarında Nepalda Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Təxminən 5 0000 adam ölüb. Ölkədə 3 gün matəm olub.

19 mayda Bakının Binəqədi rayonunda binada baş verən dəhşətli yanğın da insan ölümü ilə nəticələndi.

16 mərtəbəli binadakı yanğında həlak olanları anarkən ölən uşaqlar üçün qoyulmuş oyuncaq

Bakıda yanan binadan polis əməkdaşı ilə FHN işçisi körpə uşağı xilas edən zamanı
Yunanıstan Baş Naziri Aleksis Tsipras yunanları Avropanın təkliflərinə “Yox” deməyə səsləyib.

Rusiyaya məxsus “Airbus-321″ təyyarəsi Sinay yarımadası üzərində qəzaya uğrayıb. Misirin rəsmi qurumlarının verdiyi məlumata görə, qəzaya uğramış təyyarənin sərnişinlərindən heç kim sağ qalmayıb.

ABŞ-ın Ali Məhkəməsi bütün ştatlarda eynicinsli nikahı qanuni elan edib.

Prezident İlham Əliyev və İlham Zəkiyev Avopa oyunları zamanı fəxri kürsüdə.
Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması nəticəsində azı 107 nəfər həlak olub, 238 nəfər yaralanıb. Şəkildə təcili yardım maşınları xəsarət alanları daşıyırlar.

Zakir Həsənov əsgər yeməkxanasında

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda sahildə cəsədi tapılan 3 yaşlı oğlan suriyalı Ayla Kurdinin şəkli dünyanı silkələyib.

“New Horizons” apparatı ilə insan oğlu ilk dəfə Plutonun səthinin şəkillərini görüb.
Çinin Tyantszin şəhərində yerləşən sənaye bölgəsindəki partlayışda 160-dan çox insan həyatını itirib, 700-dən çox insan yaralanıb.
FİFA-da rüşvət qalmaqalı. Qurumun prezidenti Yozef Blatter 8 il futboldan …read more

From:: ANS