Müsəlman ölkəsindən Zükerberqə zərbə

Misir “facebook”un “Free Basics” pulsuz xidmətini bloklayıb.

ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Misir, Hindistandan sonra belə bir addım atan ikinci ölkə olub.

Misirin bu addımı atmasına səbəb adı çəkilən “Free Basics” proqramı ölkə ərazisində qadağan edilən bəzi sosial şəbəkələrə giriş proqramı rolunu oynayırdı. Bağlanılan proqram vasitəsi ilə iki ay ərzində 3 milyon istifadəçi sosial şəbəkələrə giriş əldə edib ki, onlardan 1 milyon adam ilk dəfə çıxış əldə edənlər olub.

Məsələni şərh edən “facebook ” rəhbərliyi Misirin bu addımından məyus olduqlarını, bundan sonra bu proqramın misirlilər üçün əlçatmaz olacağını bildiriblər.

“Facebook” sosial şəbəkəsi 2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaranıb. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanıb.

Yeni “facebook” şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq edib və o, universiteti atıb. 2010-cu ilin oktyabrında Microsoft şirkəti “Facebook”un 1,6% səhmini 240 milyon dollara alıb.

“Facebook”un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb.

Sayt artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir.

“Facebook”yarananda ilk dəfə 20 nəfər qeydiyyatdan keçib ki, onlar “facebook”da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.

Sosial şəbəkədə ilk qeydiyyatdan keçən onun qurucusu Mark Zükerberq, daha sonra isə onun otaq yoldaşları Dastin Moskovits və Kris Hyuz olublar. …read more

From:: ANS

      

Ronaldo Yeni il gecəsini onunla keçirmək üçün otelə 2,400 avro ödəyib

Məşhur futbolçu Ronaldo Kriştiano Yeni ilini Mərakeşdə hollandiyalı kikboksçu Badr Hari ilə keçirəcək.

ANS PRESS-in xarici KİV-lərə istinadən veridiyi məlumata görə, dekabrın 25-də Ronaldo Milad bayramını anası və 5 yaşlı oğlu ilə birgə keçirib. Yeni ilini isə o, Mərakeşə gedərək, mərakeşli dostu Badr Hari ilə keçirmək fikrindədir. Futbolçu artıq Mərakeşdə yerləşən “The Pearl Marrakech” dəbdəbəli otelində bir gecəyə 2,400 avro pul ödəyərək yer də sifariş verib.

Məlumatlarda iki dostlarla bərabər “Real Madrid” komandasının fransız futbolçusu Karim Benzemanın olduğu da deyilir. Ümumiyyətlə, bu il Mərakeşdə dünya futbolçularından Neymarın və “Bavariya” futbol klubunun baş məşqçisi Pep Guardiolanın olacağı xəbərləri də sosial şəbəkələrdə yer alıb.

Yeni ili Mərakeşdə keçirən məşhur futbol sahəsinin nümayəndələri

Bu il Məşhur futbolçu Ronaldo Kriştiano və kikboksçu Badr Hari haqqında xoşagəlməz xəbərlər yayılıb. Fransanın “Touche” televiziya şousunda aparıcı Daniel Riolo dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə hollandiyalı kikboksçu Badr Harinin sevgili olduqlarını bəyan edib.

Badr Hari – kikboksçu və Kriştiano Ronoldo – futbolçu

“Ronaldo və Hari öz səmimi dostluqlarını heç kəsdən gizlətmirlər. Birlikdə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşırlar. Hətta, bir dəfə şəkillərin altından “yeni cütlüklər” yazısı ilə hərəkətlərini daha aydın şəkildə cəmiyyətə çatdırırlar”, – deyə aparıcı əlavə edib.

Badr Harinin instaqram səhifəsində paylaşdığı foto

Daniel Ronaldonun rusiyalı model İrina Şeykdən də elə bu səbəbdən ayrıldığını vurğulayıb. Aparıcı deyir ki, Kriştina tez-tez öz şəxsi helikopteri ilə Şimali Afrika gedərək kinkboksçu ilə görüşür.

Aparıcı iddia edib ki, futbolçu həftədə 3-4 dəfə Hari ilə görüşmək üçün Avropadan Mərakeşə yola düşür. O, gecə gedir, səhər isə geri qayıdır. O, bu uçuşlara indiyənədək 21 milyon dollardan çox pul xərcləyib.

Daniel Riolo – aparıcı

Kriştiano Ronaldo – Real Madrid futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan portuqaliyalı futbolçusudur. Ronaldo karyerasına gənc oyunçu kimi

From:: ANS

      

Avropada Yeni il günü terror həyacanı yaşanır

Avropa Yeni ilə terror gərginliyi ilə girir.

ANS PRESS-in məlumatına görə, Moskvadan Parisə qədər bir çox şəhərlərdə fövqəladə təhlükəsizlik tədbirləri görülür. Belçikanın paytaxtı Brüsseldə isə ümumiyyətlə Yeni il qeyd etmək ləğv olunub.

Brüssel Bələdiyyə Sədri Yvan Mayeur Yeni il gecəsi terror hücumu təhdidi səbəbindən bayramın keçirilməsi planlarının ləğv edildiyini bildirib. Lakin bayram təxirə salınmasaydı, De Broouckre meydanında keçiriləcək atəşfəşanlığı izləmək üçün ən azı 50 min nəfərin gəlməsi gözlənilirdi.

Bələdiyyə sədri Yvan Mayeur qərarı Daxili İşlər naziri Yan Vetçina ilə birgə verdiyini söyləyib. Belçikanın baş naziri Çarlz Mişel qərarın çətin, amma düzgün olduğunu düşünür. Onun sözlərinə əsasən, miqyası böyük olan izdihamlara nəzarət etmək mümkünsüzdür.

Çarlz Mişel – Belçikanın baş naziri

Avropanın digər ölkələrində də Yeni ili qeyd etmək çərçivəsində təhlükəsizlik tədbirləri hazırlanıb. Almaniyanın paytaxtı Berlində Brandenburq Qapısı ətrafında bir milyona yaxın insanın toplaşacağı gözlənilir. Buraya gələn insanlara özləri ilə birgə kürək çantası, çamadan və böyük çanta gətirmək qadağan olunub.

Almaniyada Brandenburq Qapısana gələnlərə çanta qadağası

Türkiyənin Ankara şəhərində Yeni il günü intihar etmək aksiyası planlaşdıran İŞİD terror təşkilatının iki üzvi polis əməkdaşları tərəfindən tutulub. Terror təşkilatçılarının aksiyanı həyata keçirmək üçün bir alış-veriş mərkəzini hədəf seçdikləri deyilir.

Yeni illə bağlı təhlükəsizlik tədbirləri Fransadan da yan keçməyib. Belə ki, Fransanın paytaxtı Parisdə xüsusi fövqəladə tədbirlər görülüb. Yeni il gecəsinin sakit keçməsi üçün 11 min polis, hərbçi və yanğınsöndürənlər keşik çəkəcəklər.

Rusiyada paytaxtı Moskvada isə Qızıl Meydan təhlükəsizlik səbəbi ilə bağlanıb. Çünki hər il Yeni ili keçirmək üçün on minlərlə insan buraya üz tutur.

Terror hadisələrinə görə Yeni ildə təhlükəsizlik tədbirləri görən ölkələr …read more

From:: ANS

      

ABŞ İrana yeni sanksiyalar tətbiq edir

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.

ANS PRESS-in məlumatına görə, ABŞ İranda ballistik raketlərin yaradılmasına görə, yaxın günlərdə İranın bəzi şəxsləri və şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.

ABŞ agentlərinin verdiyi məlumatlara əsasən, BƏƏ və Honkonqdan olan bəzi fiziki şəxslərə də İranda yaranmış ballistik raketlərinin hazırlanmasında iştirakına görə qadağalar qoyulacaq.

Bildirilir ki, sanksiyalara düşmüş şəxslərlə iş aparan ABŞ şirkətlərinə də bundan sonra qadağalar qoyulacaq. Eyni zamanda, sanksiya siyahısında olan şəxs və ya şirkətlərin ABŞ banklarında aktivləri varsa, onlar da avtomatik olaraq dondurulacaq.

Bu ABŞ Maliyyə Nazirliyi tərəfindən İrana qarşı tətbiq olunan ilk sanksiyalar olacaq. Əslində, bu barədə qabaqcadan ABŞ İrana xəbərdarlıq edib. Belə ki, İran ballistik raket hazırlayacağı təqdirdə ABŞ İrana qarşı sansiyalar sürəcəyini hələ iyul ayında deyib. ABŞ hökümətinin sözlərinə görə, əgər İranın yaratdığı ballistik raket təhlükəli görünərsə, o zaman bu ölkənin şirkətlərinə qarşı sansiyalar planı hazırlana bilər.

Bu ayın 15-də Ağ Evin rəsmi nümayəndəsi Con Ernest bu barədə artıq İrana xəbərdarlıq edib. “Əgər hökümət hər hansı bir təhlükə hiss edərsə, İrana qarşı mütləq bir addım atılacaq. Şübhəsiz, bu tədbirlərin sanksiyalardan ibarət olacağını mən istisna etmirəm”, – deyə Con əlavə edib.

Con Ernest – Ağ Evin rəsmi nümayəndəsi

Oktyabr ayında ABŞ prezidenti Barak Obama da çıxış edərək, Tehranın sonuncu sınaqları ilə əlaqədar narahatlığını belə dilə gətirib:

“İranla əldə olunan nüvə proqramı razılaşması xüsusi bir razılaşmadır və bu razılaşma İranın nüvə silahına sahib olmayacağını təmin edir. Lakin bu, İranla aramızda ziddiyət təşkil edən çoxsaylı məsələlərin həlli demək deyil. Ona görə də biz beynəlxalq ictimaiyyət və ya ikitərəfli kanallar vasitəsi ilə İrana qarşı təzyiqləri davam etdirəcək və onlara bildirməyə çalışacağıq ki, onlar üçün pis davranışların ağır nəticəsi ola bilər”, – deyə o, bildirib.

Barak Obama – ABŞ prezidenti

Amerikalılar iddia edirlər ki, İran ballistik raketlərin sınağı ilə BMT-nin 2010-cu …read more

From:: ANS

      

Türkiyənin Rusiyaya cavabı ağır oldu

Türkiyə və Rusiya arasındakı gərginlik hər ötən gün artır. ANS PRESS-in məlumatına görə, Türkiyə xarici işlər naziri Tanju Bilgiç rusiyalı həmkarı Sergey Lavrovun Ankaranın ünvanına səsləndirdiyi çağırışların cavabını verib.

Nazir bildirib ki, Rusiyanın başqalarına insan haqqı dərsi verməsi qara yumor nümunəsidir.

“Demokratik və nə qədər hüquqi dövlət olması, insan haqları çox yaxşı bilinən, beynəlxalq hüququ açıq şəkildə pozaraq Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə birbaşa və ya hibrit müharibə yolu ilə etdikləri bütün dünyada etiraza səbəb olan, Suriyada əli qanlı diktatorun insanlığa qarşı işlətdiyi cinayətlərə hər cür siyasi və hərbi dəstək verən, son olaraq yüzlərlə dinc sakinin ölümünə səbəb olan bombardmanları həyata keçirən bir ölkənin başqalarına insan haqqı dərsi verməyə çalışması sadəcə qara yumor nümunəsidir”, deyə Tanju Bilgiçin yazılı açıqlamasında bildirilir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva Türkiyənin cənub-şərqində yaranmış son vəziyyətdən xeyli narahatdır və Ankaranı kürt problemini sadəcə siyasi yollarla həll etməyə çağırır.

Dünən isə Sergey Lavrov Türkiyə Silahlı Qüvvələrinin İraqın Başika bölgəsinə əlavə hərbi qüvvə göndərməsinə münasibət bildirərkən bir az da irəli gedərək Ankarının ünvanına təhqir dolu ifadələr işlədib.

Lavrov bildirib ki, Türkiyə İraqa hərbçilərini göndərməklə həyasızca addım atıb.

Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölədəki 80-90 türk əsgəri sayı 138-ə çatdırılıb.

Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb. Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib. …read more

From:: ANS

      

Rusiyalılara dollar proqnozu (FOTO)

Rusiyalı astroloq Pavel Qloba insanlara dollar almaq üçün meymun ilini gözləməyi məsləhət görüb.

ANS PRESS-in məlumatına görə, məşhur astroloq rusiyalılara ən azı fevral ayına qədər dollar almaq fikrindən vaz keçməyi məsləhət görüb. Şərq təqviminə əsasən 2016-cı il alovlu meymun ili üzərində təhvil olunur.

Pavel dollar almaq istəyən rusiyalılara təxminən 8 fevrala qədər səbr etməyi tövsiyyə edir. Parlaqlığı, rəngarəngliyi sevən meymun ilində dolların məzənnəsi dəyişməkdə davam edəcək.

Pavel Qloba

Onun fikirlərinə görə, dolları qısa müddətlik də olsa “parlaq gələcək” gözləyir. O, əmindir ki, Rusiya böyük səbr nümayiş etdirir və bundan sonrada etdirəcək.

Dollar Moskva birjasında fəal olaraq bahalaşmağa davam edir. Beləki dollar tarixində ilk dəfə olaraq 73 rubla qədər bahalaşıb. Dolların bahalaşması fonunda neftin qiyməti ucuzlaşmaqda davam edir. …read more

From:: ANS

      

Suriyada prartlayış: 5 erməni öldü

Suriyada partlayış nəticəsində 16 nəfər həyatını itirib.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində həyatını itirən suriyalılardan 5 nəfəri ermənidir.

Bu barədə Ermənistan mətbuatı Suriyadakı erməni katolik icmasının nümayəndələrinə istinadla məlumat yayıb. Partlayış Suriyanın şimal-şərqində Qamışlı şəhərinin mərkəzində 3 ayrı yerdə törədilib.

Bundan əvvəl bir neçə dəfə Suriyanın erməni əhalisinin və hərbçilərinin öldürülməsi barədə məlumatlar yayılıb. 2013-cü ildə Dəməşq şəhəri yaxınlığında müxalifət döyüşçüləri ilə Suriya ordusu arasında baş verən silahlı toqquşmada 1, 2014-cü ildə Hələb şəhərində 2 erməni öldürülüb.

Suriyanın Qamışlı şəhərində partlayış

Münaqişədən əvvəl Suriyada 100 min erməninin yaşadığı məlum idi. Amma Suriyada hərbi əməliyyatlar başladıqdan sonra onların əksəriyyəti ölkədən qaçaraq Ermənistana sığındılar.
BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (UNHCR) son açıqladığı məlumatda bildirilir ki, azı 15 mindən çox Suriya ermənisi Ermənistanda yerləşdirilib. Onlar Ermənistanın və Azərbaycandan işğal olunmuş Dağlıq Qarabağın ərazisində məskunlaşdırılırlar.

Suriyalı ermənilərin Ermənistana qayıdışı

Ermənistan höküməti Suriya qaçqınlarına ölkə pasportlarını hətta pulsuz paylayır. Onlar Hələb, Kessab, Qamışlı, Kobani və Dəməşqdə yaşayırdılar. İndiyə qədər şəhər uğrunda gedən döyüşlərdə 40-dan artıq erməni öldürülüb.

Suriyanın şimal – şərqində yerləşən Qamışlı şəhəri …read more

From:: ANS