Çox maraqlı təsadüf! 31 oktyabr tarixə keçdi (FOTO)

Misirdən Rusiyaya gedən Metrojet Hava yollarına məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, qəza nəticəsində 214 sərnişin və 7 ekipqaj üzvü ölüb.

Qəza dünən – 31 oktyabr tarixində baş verib. 31 oktyabr təyyarə qəzalarının baş verdiyi tarix kimi yadda qalıb. Bu tarixdə son qəa ilə birlikdə 6 təyyarə qəzası baş verib. 6 qəzada ümumilikdə 740 nəfər həyatını itirib.

Dünənki qəzadan əvvəl 5 təyyarə qəzasının baş verdiyi 20 aprel tarixi “lənətlənmiş gün” kimi xatırlanırdı.

Oktyabrın 31-də baş verən təyyarə qəzalarını sizə təqdim edirik.

– 31 oktyabr 1994-cü il – ABŞ-ın İndiana ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb: 68 nəfər ölüb.

– 31 oktyabr 1999-cı il – Misirə məxsus sərnişin təyyarəsi ABŞ-ın Massaçusets ştatında qəzaya uğrayıb: 217 nəfər ölüb.

– 31 oktyabr 2000-ci il – Sinqapur sərnişin təyyarəsi havaya qalxarkən qəza edib: 83 nəfər ölüb.

– 31 oktyabr 2000-ci il – Rusiya sərnişin təyyarəsi Anqolada partlayıb: 50 nəfər həyatını itirib.

– 31 oktyabr 2015-ci il – Rusiya sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb: 224 nəfər ölüb.

Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub. Ölənlərdən 25-nin uşaq olduğu bildirilir.

Qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları

Baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin 1 noyabrın tarixini matəm günü elan edib.

İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsini vurduğunu iddia edərək buna görə məsuliyyəti öz üzərinə götürüb.

Həmçinin oxuyun: Qəzaya uğrayan təyyarədən bunlar qaldı (FOTO)

İŞİD qruplaşması “Tvitter”də dərc etdiyi məlumatda Sinay yarımadası üzərindən uçan təyyarəni vurduğunu bildirib. Bu məlumat İŞİD-in qeyri-rəsmi xəbər agentliyi hesab edilən “Amaq” saytında da dərc edilib.

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Yerli silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı qeyd olunur.

Rusiyanın Nəqliyyat Nazirliyi və Misirin …read more

From:: ANS

      

“Leonardo Di Kaprioya görə əziyyət çəkirəm” (FOTO)

İsveç vətəndaşı Konrad Annerud qısa bir zamanda mətbuatın və “İnstagram”ın ulduzuna çevrilib.

ANS PRESS-in məlumatına görə, xarici görünüşcə məşhur aktyor Leonardo Di Kaprioya bənzəyən 21 yaşlı barmen artıq bir sıra məşhur jurnallara müsahibələr verir, açıqlamalarla gündəmə gəlir.

Konrad Annerud özü isə bu məşhurluqdan əziyyət çəkdiyini söyləyir: “Məni küçədə “Leo” çağırmaqları çox zaman əsəblərimə toxunur. Bir tərəfdən də xoşdur. Axı Leo yaraşıqlı oğlandır.”

Konrad Annerud

Leonardo Di Kapriodan yaşca iki dəfə kiçik olsa da, nədənsə hələ də bu 21 yaşlı oğlanı onunla səhv salanlar var. Konrad deyir ki, İsveçdə ona münasibət İtaliyadakı qədər səs-küylü deyil. Bu yay İtaliyada baş verənləri Konrad indi təbəssümlə xatırlasa da, o zamankı əhvalı heç də təbəssüm doğurmurmuş: “Qaldığım evə hücum edir, şəkil çəkdirmək istəyir, bütün günü qışqırırdılar. Elə bir an olmuşdu ki, əsəbimdən saçlarımı qırxmaq istəmişdim.”

Hazırda Konradın “İnstagram”da 42 mindən artıq izləyicisi var.

Leonardo di Kaprio və Konrad Annerud

Bir çox məşhur ulduzların oxşarı var. “Real Madrid”in forvardı Kriştianu Ronaldunun oxşarı türkdür. ABŞ prezidenti Barak Obamanın oxşarı həmyerlimiz Asif Mustafayevdir.

Leonardo Di Kaprio ik dəfə “Oskar” mükafatına namizədliyi də 19 yaşında ikən “Qilbert Qreypi nə qıcıqlandırır?” adlı filmdəki roluna görə irəli sürülüb. “Avator” və “Qanlı almaz” filmlərindəki rolları da daxil olmaqla, 3 dəfə “Oskar”a namizədliyi irəli sürülsə də, Leonardo di Kaprio hələ bu mükafatı ala bilməyənlərin siyahısındadır.

Aktyora dünya şöhrəti gətirən rolları isə 1995-ci ildə “Romeo və Cülyetta”, 1997-ci ildə isə “Titanik” filmlərində canlandırdığı obrazlar olub. …read more

From:: ANS

      

Qəzaya uğrayan təyyarədən bunlar qaldı (FOTO)

Dünən Misirin Sinay yarımadası üzərində qəzaya uğrayan Rusiyaya məxsus A-321-i sərnişin təyyarəsinin qalıqlarının şəkilləri yayılıb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə yayılan şəkillərdə təyyarənin qalıqları əks olunub.

Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” avia şirkətinin A-321 təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünun hamısı həlak olub. Faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin fərmanıyla noyabrın 1-i Rusiyada matəm günü elan edilib.

Qəzaya uğrayan “Koqalımavia” avia şirkətinin A-321-i təyyarəsi

Artıq bir çox avia şirkətlər Misirin Sinay yarımadası üzərindən hava uçuşlarını dayandırıb. Fransanın “Air France” avia şirkətinin Sinay yarımadası üzərindən hava reyslərini təxirə salmasının ardından Almaniyanın “Lufthansa” avia şirkəti də analoji addım atıb. Avia şirkətlər “Koqalımavia” məxsus A-321-i təyyarəsinin qəza səbəbləri tam aydınlaşmayana kimi həmin ərazidən uçmayacaqlar.

Qəzanın baş verdiyi ərazi

Qəzadan sonra təyyarədən bunlar qaldı

…read more

From:: ANS

      

Azərbaycan idmanında biabırçılıq (VİDEO)

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən “Hünər meydanı” Respublika seçim turnirində zamanı xoşagəlməz hal yaşanıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan güləşçiləri arasında elə yarış vaxtı döşəkçədə dava düşüb.

Dava oktyabrın 29-u 55 kq çəki dərəcəsində keçirilən yarımfinal görüşünündə baş verib. Tofiq Sadıqlı və Əfqan Xaşalov arasında keçirilən görüşün son hissəsində hesab 1:0 birincinın xeyrinə olarkən güləşçilər arasında dava düşüb.

Güləşçılər bir birinə əl qol atıb. Idmançılar arasında düşən davaya bir anda digərləri də qoşulub. Bir müddət sonra tərəfləri sakitləşdirmək mümkün olub.

“Zenit” İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov sonda turnirin qalibi olub. Zenit İC üzvü finalda Qax güləşçisi Məhəmməd Abdullayevi 11:1 hesabı ilə məğlub edib.

Əfqan Xaşalov

Yarışda respublikanın bütün rayon və şəhərlərindən 172 sərbəst güləşçi 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində mübarizə aparıb.

Məsələ ilə bağlı ANS PRESS-ə açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mais Musayev yarış zamanı anlaşılmazlıq olduğunu bildirib.

“Orda yüngül mübahisə yaşandı, idmanda belə hallar baş verir. Bazar ertəsi bu barədə rəsmi açıqlama olacaq”, – deyə Musayev qeyd edib.

…read more

From:: ANS

      

Məmmədyarov Sergey Lavrova başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çoxsaylı insan itkisinə səbəb olmuş təyyarə qəzası ilə əlaqədar Rusiyalı həmkarı Sergey Lavrova məktub ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, Məmmədyarov məktubunda dərin kədərini ifadə edib və qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Lavrov və Məmmədyarov

Bu gün Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” avia şirkətinin A-321-i təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünun hamısı həlak olub. Faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin fərmanıyla noyabrın 1-i Rusiyada matəm günü elan edilib. …read more

From:: ANS