Bakılı prodüser məşhur NTV telekanalına rəhbər seçildi

Rusiyanın nüfüzlu NTV telekanalının baş prodüseri “Vayt Media” prodakşn-şirkətinin banisi Timur Vaynşteyn olacaq.

ANS PRESS-in məlumatına görə, həmyerlimiz yeni vəzifəsinə sabahdan başlayır.

Vaynşteyn 2014-cü ildən telekanalda bu vəzifədə işləmiş Danil Şarapovu əvəz edəcək. Bu barədə xəbəri Timur və NTV telekanalının nümayəndəsi təsdiq edib.

“TNS Russia”nın məlumatına görə, NTV telekanalının 18+ məqsədli auditoriyada payı son beş il boyunca enib. 2014-cü ildə NTV kanalına 11,8% tamaşaçı baxıb, 2013-cü ildə bu 13,3% təşkil edib, 2012-ci ildə – 14,7%, 2011-ci ildə – 15%, 2010-cu ildə -15,9%. Vaynşteynin gəlişiylə kanalın konsepsiyasının necə dəyişəcəyi barədə tərəflər danışmağa başlamayıb. Kanal rəhbərliyi yalnız belə peşəkarın gəlişinə çox şad olduğunu qeyd edib.

Timur Vaynşteyn – Rusiyanın tanınmış tele və kinoprodüseri

NTV telekanalı “Qazprom-media”ya daxildir. Holdinqə həmçinin “Pyatniça”,TV-3,TNT, 2х2, “Matç TV” kanalları aiddir. “Comedy Club Production” şirkəti, GoodStory Media və bir sıra başqa radiostansiyalar “Qazprom-media”ya daxildir.

1971- ci il martın 1-də Bakıda anadan olan Timur Vaynşteyn 1991-ci ildə “Parni iz Baku” Şən və Hazırcavablar klubunun bədii rəhbəri olub. Rusiya televiziya akademiyasının üzvüdür. O, ən iri Rusiya telekanallarında yayımlanan 150-dən çox layihənin prodüseridir. “Vayt Media” Timur Vaynşteyn tərəfindən 2010-cu ildə yaradılıb. Prodüserin ən məşhur layihələri arasında – “Soldatı”, “Şaslivi v meste”, “Rodina” serialları var. …read more

From:: ANS

      

İlhamə Quliyeva xəstəxanaya əlvida deyir (VİDEO)

Azərbaycanın xalq artisi İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq.

Xalq artistinin xalası oğlu Vüqar ANS PRESS-ə primadonnanın sağlamlığı haqqında danışıb.

O, xalq artistinin pərəstişkarlarına şad xəbər verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın vəziyyəti əladır və Allahın köməyi ilə 2-3 günə xəstəxanadan çıxacaq.

İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətçinin səhhətində yaranan ciddi problemlərə görə, həkimə müraciət edəcəyini bir neçə gün öncə açıqlamışdı. ANS PRESS-ə açıqlama verən İ.Quliyeva dizimə qədər çiban yaraları çıxdığını deyib:

“Görünür, bir vaxtlar mənim köməkçimin mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Problemlər indi üzə çıxmağa başlayıb”.

Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub. Bu əməliyyatdan sonra damarlarında problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanmalı olub.

İlhamə Quliyeva – “Nə xoş gündür”

İlhamə Quliyeva – Azərbaycanın və Dağıstanın xalq artistidir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə qastrol səfərlərdə olub. Ailəlidir, bir oğlu var. …read more

From:: ANS

      

Nardarandakı məscidlərlə bağlı qərar veriləcək

Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna müxtəlif əlavə və dəyişikliklər etməlidir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus model daha da təkmilləşdirilməlidir: “İmkan verməməliyik ki, kimlərsə din adı altında milli maraqlarımıza, dövlətimizin əsaslarına, milli ideologiyamıza qarşı fəaliyyət göstərə bilsinlər. Bizi birləşdirən azərbaycançılıqdır, bizim milli kimliyimiz var”.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda dini etiqad azadlığı var, dövlət tərəfindən dini icmalara yardımlar göstərilir: “Ona görə də, belə olan şəraitdə kimlərinsə din adı altında öz çirkin məqsədlərini həyata keçirməsi yolverilməzdir”.

Azərbaycanın dini ayinlər icra olunan məbədlərində, həmçinin digər qeyri-islam ocaqlarında bu və ya digər dini ayini, mərasimi icra edən şəxsin ilk dini təhsilini mütləq Azərbaycanda almasının vacibliyini vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, dini təhsil sahəsində ciddi addımlar atılmalıdır:

“Hesab edirəm ki, Azərbaycanın dini ayinlər icra olunan məbədlərində, həmçinin digər qeyri-islam ocaqlarında bu və digər dini ayini, mərasimi icra edən şəxs ilk dini təhsilini mütləq Azərbaycanda Azərbaycanda almalıdır. Biz ilkin dini təhsil məsələsini ortaya qoymuşuq, çünki bəziləri 5-10 il başqa ölkələrdə təhsil aldıqdan sonra burada təkrar təhsil alırlar və deyirlər ki, bəli, Azərbaycanda təhsil almışam. Bu da məntiqli deyil. İlkin dini təhsildən sonra hansısa ölkəyə dini təhsil almaq üçün getməyi də sistemləşdirmək lazımdır”.

M.Qurbanlının sözlərinə görə, din-dövlət münasibətlərinin elə bir modeli yaradılmalıdır ki, burada kimlərsə dini siyasiləşdirə, dindən sui-istifadə edə bilməsin.

Nardaranda məscid

Komitə sədri Nardaran qəsəbəsində olan məscidlər qeydiyyat məsələsindən də danışıb. Qəsəbədə olan məscidlərin qeydiyyatdan keçmədiyini deyən Mş.Qurbanlı bildirib ki, onlar qeydiyyatdan keçməli, məscidlər ətrafında dini icmalar yaradılmalı və həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidirlər.

Onun sözlərinə görə, həmin məscidlər qeydiyyata alınandan sonra oraya Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyinatı ilə axundlar göndərilməlidir: “Bundan sonra həmin məscidlərdə dini mərasim və ayinlərin keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı …read more

From:: ANS

      

مراسم چهلمین روز درگذشت راضیه شکرانه در دانشگاه مراغه

raziye

اختصاصی اویان نیوز: جمعی از دانشجویان دانشگاه مراغه در دانشکده علوم پایه این دانشگاه چهلمین روز درگذشت راضیه شکرانه را گرامی داشتند.

بنا به اطلاع اویان نیوز، دوشنبه ۹آذر۹۴ جمعی از دانشجویان دانشگاه مراغه و هم کلاسی های راضیه شکرانه در دانشکده علوم پایه این دانشگاه چهلمین روز درگذشت این دانشجو را گرامی داشتند.

پنجشنبه ۳۰مهر۹۴ راضیه شکرانه دانشجوی ترم چهار رشته شیمی کاربردی اهل کلیبر دانشگاه مراغه بر اثر مسمومیت در بیمارستان امیرالمومنین مراغه درگذشت.

وی روز چهارشنبه ۲۹مهر۹۴ با مصرف قرص برنج در خوابگاه دخترانه ولیعصر این دانشگاه اقدام به خودکشی کرده بود.

علت دقیق خودکشی این دانشجو مشخص نشد.

نزدیکان وی، “فشارهای خانواده» و “حراست دانشگاه» را دلیل خودکشی وی عنوان کرده اند.

نزدیکان راضیه شکرانه به اویان نیوز گفتند، پیش از اقدام به خودکشی چندین بار از سوی حراست دانشگاه مراغه “بازجویی» شده بود.

با این همه مسئولان دانشگاه مراغه واکنشی به این حادثه نشان ندادند.

ماه گذشته حراست دانشگاه مراغه یکی از دانشجویان دانشگاه سراسری مراغه را به دلیل اقدام به “خودکشی» از خوابگاه این دانشگاه اخراج کردند.

پریسا.خ دانشجوی جغرافیای دانشگاه سراسری در سال تحصیلی گذشته اقدام به خودکشی کرده بود.

دلیل خودکشی نافرجام وی “احضار مکرر از سوی حراست به دلیل وضعیت ظاهری و فشارهای روانی این نهاد» عنوان شده بود.

به گفته نزدیکان وی، حراست دانشگاه دلیل اخراج این دانشجو را “تحریک دانشجویان برای خودکشی» عنوان کرده است.

سابقه خبر در اویان نیوز:

دانشگاه مراغه: اخراج از خوابگاه به دلیل اقدام به “خودکشی»

دانشجوی دانشگاه مراغه در بیمارستان درگذشت

اقدام به خودکشی یک دختر دانشجو در دانشگاه مراغه

The post مراسم چهلمین روز درگذشت راضیه شکرانه در دانشگاه مراغه appeared first on پایگاه خبری – تحلیلی اویان نیوز.

…read more

From:: Oyan News

      

KİV: Türk ordusu bu ölkə ilə Suriyaya girir (FOTO)

Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada hərbi əməliyyatlara başlayacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir bildirib ki, Türkiyə Səudiyyə Ərəbistanı krallığı və başqa yaxın ölkələrlə birgə Suriya Ərəb Respublikasının ərazisində terrorçuluğa qarşı yerüstü hərbi əməliyyatlara başlayacaq. Bu haqda bu gün Qətərin “Əl-Cəzirə” telekanalı öz rəsmi “Twitter” hesabında bildirib. Hələ heç yerdə bu informasiya yayılmayıb. Həmçinin bu barədə hələ rəsmi təsdiq etmə də olmayıb.

Əhməd Davutoğlu – Türkiyənin baş naziri

Ötən ayın sonlarında Livan mətbuatı Suriyada hərbi əməliyyatlar keçirən Rusiya hərbi kontinigentini təşvişə salacaq iddialar yaymışdı. Livanın “əl Əxbər” qəzeti Türkiyənin və Səudiyyə Ərəbistanının Rusiya bombardımanına qarşı müdafiə olunmaq üçün Suriya müxalif qüvvələrinə raket verəcəyini, veriləcək silahların Ukrayna ordusuna aid “SAM-8” və “SAM-9” raketləri olacağını qeyd etmişdi.

“Türkiyə və Səudiyyənin planına görə, Ukrayna ordusundan alınacaq raketlər Suriyanın şimalındaıkı müxalif qüvvələrə verilərək onların Rusiyanın qırıcılarına və helikopterlərinə qarşı silahlanması təmin olunacaq.” – deyə qəzetin xəbərində yazılıb.

Plana, Rusiya ilə müharibə şərasitində olan Ukraynanın da dəstək verdiyini qeyd edən qəzet bildirib ki, bu barədə məlumat əldə edən Rusiya bu istiqamətdə strateji tədbirlər görməyə başlayıb.

Sentyabrın 30-da Rusiya hərbi aviasiyası Suriyada hərbi əməliyyatlara başlayıb. Rusiya tərəfi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu bildirsə də bombardımanlar nəticəsində çox sayda dinc əhalinin öldüyü də bildirilir. Bu əməliyyatlar zamanı rus pilotlar bir neçə dəfə Türkiyənin hava sərhədini pozmuş, nəticədə iki ölkə arasında siyasi gərginlik yaşanmışdı.

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhədə Rusiyaya məxsus hərbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhədi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Vurulan “Su-24″də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Suriya-Türkiyə sərhədində təyyarənin vurulması

Suriya ilə sərhədə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da pik nöqtəyə çatıb. Rusiya Türkiyə ilə …read more

From:: ANS