آتش گرفتن بخاری نفتی مدرسه‌ای در هشترود حادثه‌ساز شد

اویان نیوز:آتش گرفتن بخاری نفتی، کلاس درس مدرسه‌ی روستای قوپوز شهرستان هشترود در استان آذربایجان شرقی را طعمه‌ی حریق کرد.

به گزارش اویان نیوز به نقل از تقاطع، این حادثه که بعد از چند روز خبر آن رسانه‌ای شده، تلفات جانی نداشته و تنها مدیر مدرسه در هنگام خاموش کردن آتش، از ناحیه‌ی دست دچار سوختگی شده است.

آن‌گونه که ابراهیم سلمانی، دهیار روستای قوپوز به خبرگزاری دولتی ایرنا” گفته، این حادثه در اثر “نشتِ نفت از بخاری» اتفاق افتاد و “به دلیل نبود امکانات اولیه در مدرسه برای مهار آتش، از کپسول‌های آتش‌نشانی دهیاری برای خاموش کردن آتش استفاده شد».

سلمانی هم‌چنین با اشاره به این‌که در روستای قوپوز گاز طبیعی وجود دارد، افزوده: “توسط خودیاری اهالی، لوله‌کشی گاز برای این مدرسه انجام شده است اما تا کنون اداره‌ی آموزش و پرورش هشترود نسبت به نصب کنتور و خرید انشعاب اقدام نکرده است.»

وی در گفتگوی دیگری با خبرگزاری فارس نیز درباره‌ی علت تاخیر در رسانه‌ای شدن این اتفاق گفته “مسوولانی که در محل بودند اجازه ندادند از خبرنگار شهرستان برای پوشش این اتفاق دعوت شود».

از سوی دیگر، محمدرضا سلیم‌پور، بخش‌دار مرکزی هشترود نیز در گفتگو با ایسنا، آموزش‌و‌پرورش این شهرستان را مقصر این حادثه معرفی کرده و افزوده رییس این اداره در جلسه چند روز قبل با مدیرکل نوسازی مدارس آذربایجان شرقی، ادعا کرده بود “تمام مدارس هشترود به بخاری استاندارد مجهز شده‌اند» و “هیچ‌گونه بخاری غیر استانداردی وجود ندارد».

سلیم‌پور در عین حال تایید کرده که “از طرف آموزش و پرورش خواسته شده بود قضیه آتش‌سوزی مدرسه روستای قوپوز رسانه‌ای نشود».

روستای قوپوز با حدود ۱۵۰ نفر جمعیت در ۳۰ کیلومتری شهر هشترود واقع شده است. سال گذشته نیز حادثه مشابهی در روستای آق‌بلاغ‌ حمیدیه شهرستان هشترود روی داد که آن حادثه نیز خسارت جانی نداشت.

با این وجود استفاده از بخاری‌های غیراستاندارد در مدارس …read more

From:: Oyan News

      

Ermənilər Rusiyaya görə Türkiyədən imtina etdi

Erməni samboçuları Türkiyədə keçirilən yarışa getməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, dekabrda İstanbulda Avropa birinciliyi keçiriləcək. Lakin bu dəfə burada iki komanda iştirak etməyəcək. Bunlar Ermənistana məxsus komandalardır.

Ermənistanın Sambo Federasiyası Suriya səmasında Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına qarşı etiraz əlaməti olaraq, İstanbulda keçirilən Avropa birinciliyində iştirakından imtina edib. Bu barədə təşkilatın bəyannaməsində yazılıb.

Daha əvvəl Ermənistanın yarışlarda iştirakının ləğvi barəsində Sambonun Ümumrusiya Federasiyasının icraiyyə komitəsi elan edib.

Analoji hal Rusiyaya da aiddir. Belə ki, Rusiya İdman naziri və Rusiya Futbol Federasiyasının prezidenti Vitali Mutko yeni ildən sonra Türkiyədən futbolçu transferinə icazə verilməyəcəyini söyləyib.

Vitali Mutko – Rusiya İdman naziri və Rusiya Futbol Federasiyasının prezidenti

Rusiyanın “Rubin” futbol komandasında oynayan Gökdəniz Karadeniz haqqında isə Mutko deyib ki, o, çox yaxşı insandır. “Hər kəs onun kimi olsa, hər şey yaxşı olar. Gökdəniz, əslində, rus sayılır. O, ölkəmizdə qalacaq”, – deyə İdman naziri əlavə edib.

Klubun icra heyəti rəhbəri İlgiz Faxriyev də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin Gökdəniz Karadənizə təsirinin olmayacağını vurğulayıb.

Gökdəniz Karadeniz – Rusiyanın “Rubin” futbol komandasında oyunçusu

Bütün bunlar noyabrın 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi ilə vurulması səbəbindəndir. Türkiyə höküməti bu addımı təyyarənin onun hava məkanını pozduğu üçün atdığını desə də, Rusiya tərəfi bunu təkzib edir. Hətta, Rusiya buna görə, Türkiyənin üzr istəməsini və həlak olmuş pilotlara görə, konpensasiya verməsini də tələb edir. Türkiyə isə üzr istəməyəcəyini və yeganə günahkarın Rusiya olduğunu bildirir. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Hətta bu gün Fransada baş tutan BMT-nin İqlim Dəyişikliyi sammitində Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməkdən imtina edib. …read more

From:: ANS

      

Rəis dünyasını dəyişdi

Dünən gecə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, M.Süleymanov təzyiqdən əziyət çəkirdi.

Məhyəddin Süleymanov peşəkər zabit, hərbi pilot olub. Süleymanovun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində paraşütçuların hazırlanmasında müstəsna xidməti və rolu olub.

Balakən Aviasiya Mərkəzi

1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirən Məhyəddin Süleymanov 1988-ci ildən Balakən Aviasiya Mərkəzində çalışıb. 9 min 238 saat uçuş keçirən Süleymanov aviasiya mərkəzinin əsas pilotu da özü olub.

Süleymanov Şəkinin Dəhnə kəndində doğulub. Polkovnik-leytenantın dörd övladı var idi. Allah rəhmət eləsin. …read more

From:: ANS

      

Putin savaşı böyütdü: Döyüş təyyarələri göndərildi

Rusiya Suriyaya yeni döyüş təyyarələrini göndərib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik İqor Klimov açıqlama verib.

Onun sözlərinə görə, havadan havaya raket atəşi aça bilən döyüş təyyarələrindən bu gündən etibarən Suriyadakı hərbi əməliyyatlarda istifadə edilməyə başlanılıb.

“Bu gün Rusiyanın Su-34 bombardmançı təyyarələri ilə ilk dəfə terrorçuların mövqelərinə zərbələr endirilib. Təyyarələrimizdə sadəcə güclü partlayıcı qüvvəyə malik bombalar deyil, eyni zamanda qısa və orta mənzilli havadan havaya raketlər də var”, deyə Klimov bildirib.

Polkovnik təyyarələrdəki raketlərin müdafiə xarakterli olduğunu bildirib.

İqor Klimov – Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı noyabrın 24-də Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurduqdan sonra prezident Vladimir Putin Suriyada hərbi gücünü artımağa başlayıb.

Bir sıra hərbi ekspertlər hesab edirlər ki, Putin təyyarənin vurulmasından istifadə edərək Suriyaya yeni döyüş təyyarələri, S-400 və S-300 zenit-raket komplekslərini göndərir. Putin bununla bölgəni nəzarətə götürməyə çalışır.

Çünki S-400 və S-300 hava hücumundan müdafiə sistemləri Türkiyənin 50 kilometrliyində yerləşən Latakiya əyalətindəki Rusiya bazasında yerləşdirilib və 400 kilometrlik hədəfi vura bilir. Rəsmi Moskva bildirib ki, bü cür addımlar uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün atılıb.

Su-34 bombardmançı təyyarəsi

Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir. …read more

From:: ANS

      

Kakaolu və armudlu keks (FOTO)

Şirniyyat sevənlərin könlünü fəth etmək üçün onları bol şirniyyatlı çay süfrəsinə dəvət etmək yetər. Amma elə bir şirniyyat təklif etməlisiniz ki, dadı da unudulmaz olsun. Bir düşünün, kakau üzərinə armud dilimləri düzülmüş, təzə bişmiş bir piroqdan kim imtina edə bilər.

Siz də belə bir şirniyyat resepti axtarışındasınızsa, o zaman ANS PRESS-in sizə təqdim etdiyi armudlu keksi sınayın.

Hazırlanması üçün çox da ərzaq lazım olmayan bu keks ağız dadınızı dəyişəcək və sizə xoş əhval ruhiyyə bəxş edəcək. Vaxtınızın azlığından şikayət edirsinizsə, həm vaxtınıza, həm də cibinizə qənaət edərək bu şirniyyatı hazırlayın.

Lazım olan ərzaqlar:

2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
½ stəkan duru yağ
½ stəkan qatıq
½ stəkan kakao
1 ədəd qabartma tozu
1 çay qaşığı soda
2 stəkan un

Üzəri üçün:

2 ədəd armud

Hazırlanma qaydası:

Yumurtaları köpənə kimi çalxalayın. Şəkər əlavə edib qabarana kimi çalmağa davam edin. Süd, qatıq, duru yağı əlavə edərək, üzərinə kakao, un, qabartma tozu və sodanı əlavə edib yaxşıca qarışdırın.

Yağlanmış ortaboy normal yuvarlaq bir qaba tökün. Armudların qabığını soyub alma dilimi şəkilində incə dilimləyin. Armud dilimlərini istədiyiniz şəkildə xəmirin üzərinə düzdükdən sonra 180 dərəcədə bişirin. Bişdikdən sonra üzərinə şəkər pudrası səpərək süfrəyə verə bilərsiniz.

Armudu bu cür də dilimləyib xəmirə yerləşdirə bilərsiniz. …read more

From:: ANS