Azərbaycanda yeni qalmaqallı həbs

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə “Azadlıq” qəzetinə Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda Qazax Rayon Polis Şöbəsində saxlanılır”.

Azad Mürsəliyev

Bu günlərdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev də prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb. Virtualaz.org saytı xatırladır ki, Elşad Abdullayev 2011-ci ildən etibarən KİV-də yüksək rütbəli məmurlar əleyhinə kampaniyaya başlamışdı. Siyasi müşahidəçilər sabiq rektorun bu hücumlarının arxasında MTN-in keçmiş rəhbərliyinin dayana biləcəyini təxmin edirdilər. Azərbaycanda E.Abdullayev barədə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsi sabiq rektor barədə həbs-qətimkan tədbiri seçilməsinə dair hökm çıxarıb. O isə ölkəni tərk edərək Fransaya qaçıb və bu ölkəyə sığınıb.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Eldar Mahmudov

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

Milli Təhlükəsizlik Nazirliyinin ondan çox vəzifəli şəxsi həbs edilib. Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.Həbs edilənlər barəsində artıq 3 aylıq həbs qətimkan tədbiri seçilib. …read more

From:: ANS

      

Azərbaycanda müəmmalı qətl

Ağdamda 58 yaşlı qadın boğularaq öldürülüb. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Ergi adlanan ərazisində, məcburi köçkünlər üçün salınan qəsəbədə baş verib. Əslən Ağdamın Güllücə kəndindən olan Südabə Bəşirova qonşuları tərəfindən məskunlaşdığı evində kəndirlə boğulmuş vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, Südabə Bəşirova qəsəbədə, 18 saylı evdə tək yaşayırmış.

Yaxınları Südabə Bəşirovanın qarət məqsədiylə boğulduğunu düşünür

“Biz içəri girmək istədik ki, baxaq. Polis dedi ki, girməyin özü ölməyib. Qəsdən öldürülmədir. Kəndirlə boğub öldürüblər. Pəncərəni açıblar, ayaq izləri hamısı orda idi”, – deyə mərhumun bacısı oğlu Səbuhi Mehdiyev bildirib.

Səbuhi Mehdiyev – Mərhumun bacısı oğlu

Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək

Yaxınları onun qarət məqsədiylə öldürüldüyünü güman edir. Hələlik evdən oğurluq olub-olmadığı bilinmir. Meyit artıq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Faktla bağlı araşdırma başlayıb. …read more

From:: ANS

      

Ukraynada erməni azərbaycanlını öldürüb

Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovu erməni general Anton Luqasyanın öldürtdürdüyü məlum olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Vüqar Nuruşovun qardaşı İlqar Nuruşov APA –ya bildirib.

Onun sözlərinə görə, ötən gün keçirilən məhkəmə iclasında qətldə təqsirli bilinən Rostislav Brinski məhkəmədə çıxış edərək istintaqa verdiyi ifadəsindən fərqli olaraq azərbaycanlı iş adamını özünün yox, erməni biznesmen Anton Luqasyan və onun iki qardaşı oğlunun öldürdüyünü bildirib.

R.Brinski deyib ki, obyektində mühafizəçi olduğu istefada olan general, iş adamı A.Luqasyan zəng edərək adamlarının ona bağlama gətirəcəyini bildirib: “Tanımadığım iki nəfər məni onlara məxsus bazarın yanına çağırıb maşında döyülməkdən tanınmaz hala düşmüş kişi meyiti göstərdi, onu gizli yerdə basdırmağı tapşırdı. Mən də şefimin əmrinə əməl edərək meyiti basdırdım. Yalnız meyit tapılandan sonra onun kim olduğunu bilmişəm. Meyiti gətirənlərin Luqasyanın qardaşı oğlanları olduğunu da sonradan öyrənmişəm. Əvvəldən heç nədən xəbərim olmayıb”.

Məhkəmə noyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, R.Brinski ibtidai istintaqa ifadəsində V.Nuruşovu təkbaşına öldürdüyünü bildirmişdi. V.Nuruşovun yaxınları isə erməni biznesmenlə ədavətlərini əsas gətirərək qətldə A.Luqasyanı ittiham edirdilər.

Əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti bu il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb.

Avqustun 17-də isə Xerson Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən bir azərbaycanlı – Allahverdiyev Naim Balakişi oğlu saxlanılıblar. Lakin yaxınları onun da qətlinin sifarişçisinin A.Luqasyan olduğunu iddia edirlər.

Bir müddət əvvəl Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ukraynada öldürülən azərbaycanlıların cinayət işləri Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən izlənəndiyini bildirmişdi.

Hikmət Hacıyev – XİN-nin mətbuat xidmətinin rəhbəri

Onun sözlərinə görə, bu il iyunun 25-də Ukraynanın Xerson vilayəti, Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilmiş 4 sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və …read more

From:: ANS

      

Azərbaycanda yolları qar basdı (FOTO)

Quba – Xınalıq yolunda qar yağması nəticəsində ciddi fəsadlar yaranıb. ANS əməkdaşları Xınalıqdan qayıdan zaman tufana düşüblər.

ANS PRESS-in məlumatına görə, Xınalıq yolunda oktyabrın son günü yağan qar həm də qar sorağı ilə Xınalığa gedən turistlərə də sürpriz yaşadıb. Yolun Qrız Dəhnə kəndindən keçən hissəsində küləklə müşahidə olunan qar yolda ciddi problem yaradıb – avtomobillər sürüşdüyündən hərəkəti saxlamalı olublar. Hətta bəzi sürücülər yolun qəfil buz bağlamasından ehtiyatlanaraq avtomobillərin təkərlərinə zəncir bağlayıblar.Həm xarici,həm də yerli turistlər çətinliklə qarşılaşıblar.

Quba – Xınalıq yolu

Yolda qar yağması nəticəsində yol bərbad vəziyyətə düşüb. Yolda sürüşmə yaranıb. Bu, avtomobillərin hərəkətində olduqca çətinlik yaradıb. Xınalıqdan gələn turistlər yolu piyada düşürlər.

Paytaxt sakini Aytən Səmədova da Xınalığa turist kimi gəldiyini deyir: “Amma havanın qarlı olacağını bilmirdik. Bir az çətindir, bu yollara nəzarət olsa, daha yaxşı olar. Yollar sürüşkəndir”.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Qarlı havaların isə qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Qrız Dəhnə kəndinin yaxınlığı:

…read more

From:: ANS

      

Emin Ağalarovun qeyri-adi fotosu

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “İnstaqram” hesabında oğulları ilə çəkdirdiyi şəkil paylaşıb.

ANS PRESS-in məlumatına görə, əkiz övladları ilə birlikdə vaxt keçirməyi sevən ifaçı oğulları ilə çimərlikdə qeyri-adi şəkil paylaşıb. Şəkildə əkiz oğulları qumda oturub, Emin isə tullanır.

Emin Ağalarovun “İnstaqram” hesabı

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə “İlin İş Adamları” namizədləri arasından birinci yerə çıxıb.

E.Ağalarov iş adamı Araz Ağalarovun oğludur. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. Leyla Əliyeva və Emin Ağalarov “Stick Together” adlanan klipdə bir yerdə yer alıblar.

Amma bu il Leyla Əliyeva öz “İnstagram” səhifəsindən onun Eminlə nikahının son illər formal xarakter daşıdığını təsdiqləyib və bu sözləri yazıb. “Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim,”. …read more

From:: ANS

      

"Qarabağ" qalib gəldi

Azərbaycan Premyer Liqasında XI tura start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki matç başa çatıb, biri yarımçıq qalıb.

Günə “İnter”-“Zirə” oyunu ilə start verilib. Saat Paytaхt klublarının görüşü 0:0 hesabı ilə yekunlaşıb.

“Qəbələ” – “Kəpəz” oyunu

İki saat sonra başlayan “Qəbələ” – “Kəpəz” oyunu 30-cu dəqiqədə dayandırılıb. Buna səbəb güclü duman olub. Oyunun qalan hissəsinə sabah 20:00-da davam etdiriləcək. 30-cu dəqiqəyədək “Kəpəz” Aleksandr Sitnikin vurduğu qolla hesabda irəli olub – 1:0. Günün son oyununda “Qarabağ” son iki turda 4 хal qazanmış AZAL-ı qəbul edib. Oyun ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə Əfran İsmayılov açıb. 90+3-cü dəqiqədə Raydell Pupon hesabı artırıb.

Tura oktyabrın 2-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XI tur

31 oktyabr
İnter – Zirə 0:0

Qəbələ – Kəpəz 0:1
Qol: Aleksandr Sitnik, 2.

Qarabağ – AZAL 2:0
Qol: Əfran İsmayılov, 49. Raydell Pupon, 90+3. …read more

From:: ANS

      

Sabah qar yağacaq

Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Gecə 7°-dək, gündüz 7-9° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-8° isti, gündüz 8-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-7° isti təşkil edəcək. …read more

From:: ANS

      

مرگ ۴۰۷ نفر در اثر سوانح رانندگی در استان آذربایجان شرقی

اویان نیوز: مدیرکل پزشکی قانونی آذربایجان شرقی گفت: در شش ماهه نخست سالجاری، ۴۰۷ نفر در اثر تصادفات رانندگی، جان خود را از دست دادند.

به گزارش اویان نیوز به نقل از خبرگزاری ایسنا، بهرام صمدی راد با بیان این خبر در جمع خبرنگاران گفت: ۷۵ درصد این تلفات مربوط به حوادث برون شهری است.

وی با اشاره به فوت ۳۵ درصد مصدومان این حوادث در بیمارستان افزود: پنج درصد مصدومان هم در حین انتقال به بیمارستان جان خود را از دست داده اند.

وی با اشاره به اینکه ۲۴ درصد تلفات حوادث درون شهری در محل حادثه اتفاق افتاده است، گفت: ۶۹ درصد مصدومان این نوع حوادث در بیمارستان و هفت درصد در حین انتقال به بیمارستان فوت کرده اند.

مدیر کل پزشکی قانونی آذربایجان شرقی، با اعلام اینکه ۵۰ درصد فوت شده ها در حوادث رانندگی امسال، راننده وسیله نقلیه بوده اند، افزود: ۳۵ درصد دیگر سرنشینان خودرو و ۱۵ درصد عابر پیاده بودند.

صمدی راد با اشاره به اینکه آذربایجان شرقی با ۷۰۰ فوتی در سال گذشته در رتبه نهم تلفات حوادث رانندگی کشور قرار داشت، افزود: از نظر تعداد مصدومان این حوادث هم استان آذربایجان شرقی با ۱۴ هزار و ۷۵۳ مصدوم در مرتبه هفتم کشوری قرار دارد.

The post مرگ ۴۰۷ نفر در اثر سوانح رانندگی در استان آذربایجان شرقی appeared first on پایگاه خبری – تحلیلی اویان نیوز.

…read more

From:: Oyan News