“Beatles”in ilk müqaviləsi auksionda satışa çıxarılacaq (VİDEO)

Əfsanəvi “Beatles” qrupunun ilk müqaviləsi auksiona çıxarılacaq.

ANS TV-nin məlumatına görə, məşhur Britaniya qrupu “The Beatles”in səsyazma studiyası ilə ilk müqaviləsi sentyabrda Nyu-Yorkda “Heritage” auksion evində satışa çıxarılacaq.

Müqavilə 1961-ci ildə kvartetin Almaniyada çıxışı zamanı bağlanıb.

Müqaviləni Con Lennon, Pol Makkartni, Corc Harrison və Pit Best imzalayıb.

Auksion evi sənədin satışından 150 min dollar əldə etməyi planlaşdırır.

…read more

From:: ANS

      

Dünyanın ilk günəş enerjisi ilə işləyən aeraportu (FOTO, VİDEO)

Dünyada ilk dəfə tamamilə günəş enerjisi ilə işləyən hava limanı istifadəyə verilib.

Ans PRESS-in məlumatına görə, bu hava limani Hindiastanın Kerala əyalətinin Kochai bölgəsində tikilib. Hava limani təntənəli mərasimlə sərnişinlərin isitfadəsinə verilib.

Aeraportda 46.150 günəş panelində ibarət 12 meqavatlıq günəş enerjisi stansiyası var.

Əyalətin ən geniş və ən çox sərnişin qəbul edən hava liman dünyada ilk tam günəş enerjisi ilə işləyən aeraport kimi tarixə adını yazdırdı. Günəş enerjisi ilə işləyən hava limanı 200 min metrlik ərazini salınıb. Burada yeni günəş enerji sistemi tətbiq edilir.

Kochai hava limanında günəş panelləri

Aeraport ekoloji təmizliyə öz tövhəsini verəcək. Bu isə qarşıdakı 25 il ərzində 300 min ton karbondioksitin yayılmasının qarşısını alacaq və 3 milyon ağac əkilməsinə imkan yaradacaq.

…read more

From:: ANS

      

Təranə Muradova konsert verməyə hazırlaşır (VİDEO)

Azərbaycan peşəkar rəqs sənətinin gözəl ifaçılarından Təranə Muradova bu il yubileyilə yanaşı, səhnə həyatının 33 illiyini qeyd edir. Təranə Muradova. Bu adı deyəndə yəqin ki, bir çoxlarının gözü qarşısında “Qoçəli”, “Uzun dərə” və ya digər milli rəqslərimiz canlanacaq.

Bu da əbəs deyil, artıq uzun illərdir rəqslə məşğul olan Təranə xanım Azərbaycanın xalq artisti adını qazanıb. İfa etdiyi rəqslərdə hər bir incəliyi ustalıqla yerinə yetirən Muradova Dövlət Rəqs ansambılının solisti – baletmeysteridi.

Artıq 33 ildi ki, səhnə fəaliyyətilə məğul olan mahir rəqqasə, bu yaxınlarda yubileyini qeyd etdi. Milli rəqslərlə yanaşı əcnəbi rəqslərində sərrast ifaçısı olan Təranə xanımdan daha çox hansı rəqsləri sevdiyini öyrəndim:

“Argentina rəqsi xarektercə mənə daha uyğundu. Mən onu gözəl ifa elədim. Və “Vağzalı” “Mirzeyi” rəqsi o mənim üçün çox yaxın oldu. Ən uğurla alqışlanan “Cəngi” və “Uzun dərə” rəqslərim olub”.

O Əfrasiyyəb Bədərbəylinin “Qız Qalası” baletində gürcü qızı “Topal Teymur” televiziya tamaşasında isə xareoqrafiya üzrə solist olub. Həmçinin xalq artisti Heydər Əliyev adına Sarayda onun yaradıcılığına həsr olunmuş konsertin də keçiriləcəyini bildirdi.

Dünyanın əksər dövlətlərində Azərbaycan incəsənətini və mədəniyyətini özünə məxsus ustalıq və incəliklə təmsil edən Muradova Azərbaycan rəqslərinin xaricdə çox sevildiyini və o bu rəqslərlə ölkəmizi təmsil etməkdə qürur duyduğunu bildird.

…read more

From:: ANS

      

Xan məzarı başında anıldı (VİDEO)

Ötən gün Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin doğum günü olub. 114 il əvvəl dünyaya göz açan xanəndənin yaxınları məzarı başında yad ediblər.

ANS TV-nin məlumatına görə, Azərbaycan musiqisinin Xanı 1901-ci ildə Şuşada dünyaya göz açıb. Onun doğulmasının 114-cü ili övladları və qohumları tərəfindən ikinci Fəxri Xiyabanda yad edildi.

“Bir övlad tək atamdan doymadım. Onun haqqında nə qədər danışsam belə bu azdı. Bu gün onun tək atalar çox azdır. Ailəcanlı, uşaqları isə çox sevərdi. O, hər tərəfli bir insan idi. Sözün əsil mənasında əsl şəxsiyyət idi”, – deyə Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva bildirib.

Onu yaxşı tanıyanlardan biri də Azərbaycanın xalq artisti tarzən Fikrət Verdiyevdir. Sənətkar deyir ki, Xan əmi indi yaşasaydı muğamata görə keçirdiyi narahatlıqdan arxayın olardı. O vaxt muğamın sıxışdırıldığı bir dövrdə Xan Şuşinski sənəti qorumaq üçün canını belə təhlükəyə atmağa hazır idi.

Xalq artisti Fikrət Verdiyev deyir ki, əgər Xan əmi bu gün dövlət tərəfində muğama göstərilən qayğı dövründə yaşasaydı Xan əmi uca zirvələrə ucalardı, onsuz da Xan əmi zirvədədir.

Xan Şuşinski tarixdə bənzərinə nadir rast gəlinən səs sahibi idi. Onun möcüzə deyiləcək qədər güclü səsi dinləyən hər kəsi sehrinə qərq edirdi.

O, öz adını belə səsilə qazanmışdı.

Əsl adı İsfəndiyar Cavanşirov olan sənətkar hələ 12 yaşı olanda məclislərin birində oxuduğu “Kürd Şahnazı”na görə müəllimi İslam Abdullayev Xan Şuşinski adını verir.

Xalq Şuşinski xalq mahnılarının, muğamların mahir ifaçısı olmaqla yanaşı həm də bəstəkar idi. İndi çoxlarımızın sevə-sevə dinlədiyi, hətta bəzilərinin xalq mahnısı zənn etdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Dağlarda çiçək”, ”Gözəl yarım” və s. təsniflər məhz onun bəstələridir.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

…read more

From:: ANS

      

Lady Gaganın yeni ifası (VİDEO)

Qərb ulduzunun ekstvaqantı Lady Gaga yenə də diqqəti özə cəl edə bilib.

ANS TV-nin məlumatına görə, ekstravaqant müğənni Lady Gaganın video portallarda yeni mahnısı peydə olub.

Amerikalı pop ifaçının yeni kompazisiyası “Till İt Happens to You” adlanır.

Əldə edilən məlumata görə, adıçəkilən ifa “Hunting Ground” adlı sənədli filmin soundtreki olacaq.

Filmin bu ilin payızında işıq üzü görməsi planlaşdırılır.

Trekin praduseri dünyü şöhrətli musiqiçi və bəstəkar Nail Rodcersdi.

Bəstənin sözləri isə Daiyan Vorren və Lady Gagadır.

Filmdə Birləşmiş Ştatlarda kolleclərdəki seksual təcavüzdən bəhs edəcək.

Artıq ifaçı Lady Gagganın pərəstişkarları baş verənləri böyük maraqla qarşılayıblar.

…read more

From:: ANS

      

Baş nazir istefa verdi

Yunanıstanın baş naziri Aleksis Sipras istefa verib.

ANS PRESS-in məlumatına görə, bu barədə yerli telekanallar məlumat yayıb. Siprasın istefa verməsinə səbəb “Siriza” partiyasının 35-dən çox üzvünün Yunanıstana beynəlxalq kreditorlar tərəfindən 86 mlrd avro dəyərində təklif olunacaq 3-cü yardım paketinin qəbul olunmasının leyhinə səs verməsi olub.

Britaniyanın “The Guardian” qazetinin verdiyi məlumatda deyilir ki, Sipras prezident seçilərsə, onun keçmiş vəzifəsini müvəqqəti olaraq ali məhkəmənin prezidenti Tan Kristofil icra edəcək.

Ekspertlər hesab edir ki, Sipras seçkilərdə onun partiyasının qələbə qazanmağına çox ümid bəsləyir. Amma parlamentə isə yalnız partiyanın indiki siyasətini dəstəkləıyən üzvlər daxil olacaq. Ölkədə aparılan sorğular da Seçkilərdə Siprisin partiyasının qələbə çalacağının gözlənilən olmasını təsdiq edir.

Yunanıstanın Energetika naziri Panaqiotis Skurletis deyir ki, parlamentin aparıcı partiya üzvlərinin Siprası dəstəkləməməsi artıq onun faktiki olaraq çoxluğun dəstəyini itirməsi deməkdir. …read more

From:: ANS