Separatçı kürdlərin həqiqi siması üzə çıxdı

Türkiyədə PKK terrorçularının yaratdığı gərginlik zəminində İstanbulda ictimai nəqliyyat kimi fəaliyyət göstərən şəxsi avtobus yandırılıb. ANS PRESS-in məlumatına görə, naməlum maskalı bir qrup tərəfindən yandırılan avtobus separatçı bir kürdə aid olub.

Bildirilir ki, 2 gün əvvəl içərisində sərnişinlərin də olduğu avtobus gecə 22.30-da maskalı şəxslər tərəfindən dayandırılıb. Sərnişinləri və sürücünü düşürən aksiyaçılar daha sonra molotof kokteylləri ilə avtobusa od vurublar. Az vaxt ərzində alovlanan avtobus yanaraq istifadəyə yararsız hala düşüb.

Bundan sonra məlum olub ki, avtobusun sahibi kürd əslli Süleyman Ayırkan separatçı kürdlərin dəstəklədiyi və PKK terror təşkilatının siyasi qolu olan HDP-nin üzvüdür.

Sürücünün qızı Dilan Ayırkanın baş verənlərə etiraz etmək üçün sosial şəbəkədə yazdığı etiraz ismarışları bir il əvvəlki tviti ilə təzad təşkil edib. Yerli “Vətən”qəzetinə açıqlama verən Dilan Ayırkan baş verənlərə üsyan edib və aksiyaçılara qarğış töküb:

“Müharibənin də bir əxlaqı var. Sən durub zəhmətkeş bir insanın 40 illik əməyini yandırırsan. Daha da pisi kürd uşaqlar kürd ailənin avtobusunu yandırıblar. Bu nə ağıla, nə məntiqə, nə də vicdana sığışar. Bu axmaqlardan soruşsan bu aksiyaları xalq üçün, xalqın qurtuluşu üçün elədiklərini deyəcəklər. Təmənam budur ki, bu alov buna səbəb olanları da, bunu edənləri də yandırar. Təmənna edirəm ki, yandırdıqları alovda boğulsunlar”.

Ötən il isə prezident seçkisi zamanı HDP-nin həmsədri Səlahəddin Demirtaşın fotosunu şəxsi tvitter səhifəsində paylaşan Dilan onun barəsində, “Prezidentliyə, gəlmiş-keçmiş ən xarizmatik namizəd” – yazmışdı.

Polis faktla bağlı araşdırmalara başlasa da baş vermiş hadisənin məsuliyyətini PKK-nın gənclər təşkilatı öz üzərinə götürüb. …read more

From:: ANS

      

Terrorçular 70 girovu azadlığa buraxdı (VİDEO) (YENİLƏNİB)

Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq 70 nəfəri girov götürən PKK terrorçuları girovları azadlığa buraxıb. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

01.21

Türkiyədə terrorçular 70 nəfəri girov götürdü

Türkiyədə PKK terrorçuları növbəti terror aktı törədiblər. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Qars-Ərzurum-İqdır magistral yolunu bağlayan terrorçular çox sayda sərnişini girov götürüblər.

Bildirilir ki, yolun bir tərəfində xəndək qazan terrorçular digər tərəfdə bomba partladaraq yolda avtomobillərin hərəkətini iki tərəfli olaraq tamamilə məhdudlaşdırıblar. Bundan sonra PKK terrorçuları iki arada qalan Kağızman bələdiyyəsinə aid sərnişin avtobusu ilə digər avtomobillərdə olan təxminən 70-ə yaxın mülki insanı girov götürüblər.

Artıq polis və jandarm qüvvələri girovların xilas olunması istiqamətində əməliyyatlara başlayıb. Hazırda bölgədə xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.

Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi.

Xəbərdarlıqdan sonra Türkiyə Hərbi Hava Donanması iyulun 25-də PKK silahlılarına havadan zərbələr endirmişdi.

PKK-ya qarşı əməliyyat

Həmin gün səhərə yaxın Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərək qaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.

İki gün əvvəl isə Şırnak vilayətində 3 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsi baş verib.

Bu səhər isə Adana vilayətinin Pozantı rayonunda PKK terrorçuları polis bölməsinə hücum etmiş, baş vermiş insident zamanı 2 polis şəhid olmuş, 2 terrorçu isə məhv edilmişdi. …read more

From:: ANS

      

Azərbaycanda böyük taxıl sahələri yanıb

Ötən gün Azərbaycanın bir sıra rayonlarında böyük taxıl sahələri yanıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyininmətbuat xidmətinə istinadən xəbər verir ki, Goranboy rayonu, Gürzallar kəndində bələdiyyəyə məxsus ərazidə 60 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Qusar rayonunda qeydə alınıb. Rayonun Hil kəndində (rayon mərkəzindən 15 km aralı) kənd əhalisinə məxsus 250 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı ferma və yaşayış evləri yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonunda isə Pirvahid kəndində (rayon mərkəzindən 17 km aralı) bələdiyyəyə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi və 0,5 ha quru ot yanıb. Yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS