ABŞ-da ixtişaşlar başladı (FOTO, VİDEO)

ABŞ-ın Missuri əyalətinin Sent-Luis şəhərində qaradərili Mansur Ball-Beyinin polis tərəfindən öldürülməsi yenidən ixişaşların başlamasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, polis etirazçıları dağıtmaq üçün bibər qazından istifadə edib. İxtişaşlarda 9 nəfər həbs edilib.

Şəhərin Bələdiyə rəisinin etirazçılara evlərinə qayıtmaları barədə müraciət etdiyi bildirilir. İxtişaşlarla bağlı açıqlama verən polis öldürülən gəncin silahlı olduğunu iddia edib.

İxtişaşlarda polislə qarşıdurma

İki polis əməkdaşı axtarış üçün bir evə gedərkən Ball-Beyin qaçmağa başladığını deyən polis rəisi Sam Dotson, gəncin daha sonra silahını polislərə tuşladığını bildirib. Bunu görən polislər gəncə atəş açıblar.

Etirazların baş verdiyi Sent-Luis şəhəri

Hadisənin baş verdiyi yer 18 yaşlı Mişel Brounın ağdərili polis tərəfindən vurularaq öldürüldüyü Ferquson qəsəbəsindən 13 km uzaqlıqdadır. Mişel Braun cinayəti 2014 cu ildə ölkədə böyük ixtişaşlara səbəb olmuşdu. Çünki, Mişel Braunun qatili ağ dərili polis Darren yerli məhkəmənin veriyi qərarla bəraət alıb. Bu qərardan sonra ABŞ-ın bir sıra ştatlarında qaradərili vətəndaşlara qarşı təzyiqlərin artması insanların küçələrə çıxması ilə nəticələnib.

…read more

From:: ANS

      

Ərdoğan seçkiyə qərar verdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdopğan təkrar parlament seçkisinə qərar verdi. ANS PRESS-in məlumatına görə, bu barədə Ərdoğanın müşaviri Burhan Kuzu sosial şəbəkədəki səhifəsində yazıb. Kuzu twitterdəki səhifəsində parlamentdə olan partiyaların koalisiya hökuməti qurulmasına yanaşmaması səbəbindən seçkiyə gedildiyini qeyd edib.

Ərdoğanın müşaviri Burhan Kuzu

“CHP və MHP AKP ilə koalisiya hökuməti qurmağa yanaşmadılar. 45 günün başa çatması və hökumətin qurulmaması səbəbindən prezident seçkiyə qərar verdi. Qurulacaq seçki bir konstitusion məcburiyyətdir. Çünki 116-cı maddə bunu tələb edir. Bütün yolları MHP, HDP və CHP tıxadı. Bunu da belə bilək. Seçki hökumətini prezident qurmalıdır. Çünki konstitusiyanın əmri belədir. Parlament funksiyasını yerinə yetirmədi. Beləcə HDP 3 nazirlik aldı. Necə oldu ki, HDP seçki hökumətinə 3 nazir Verdi? Bunu MHP və CHP-dən soruşmaq lazımdır. AKP-nin heç bir günahı yoxdur. İndi gəldiyimiz yerə baxıram, 7 iyun gecəsi yazdığım tvit nə qədər mənalı və doğru imiş. Yenə də gecikmiş sayılmaz. 4 partiyanın qrupu toplanar, ortaq bir təkliflə seçki qırarını məclisdən keçirər. Yaraşan budur.” – deyə Burhan Kuzu mesajında bildirib.

Seçki bülleteni

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qaldı.

Son seçkidə sadəcə 4 partiya Türkiyə partlamentinə daxil olub

Türkiyədə iyulun 10-da koalisiya hökumətinin qurulması prosesinə start verilib və 45 gün ərzində bu mümkün olmasa ölkədə yenidən parlament seçkisi keçiriləcək.

Həmçinin baxın:
Türkiyədə vaxtından qabaq seçki gözlənilir
Türkiyədə vaxtından əvvəl seçki keçirilməsi üçün imzalar hazırdır
Noyabrda Türkiyədə seçki olacaq
…read more

From:: ANS

      

Azərbaycan Xarici İşlər Nazirliyi cavab verdi

“Nezavisimaya Gazeta”da sifariş əsasında hazırlandığı aydın şəkildə görünən “Колокольни и минареты Карабаха” sərlövhəli məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib.

Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın “Nezavisimaya Gazeta” nəşrində Anton Yevstratovun məqaləsinə münasibət bildirərkən deyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Hikmət Hacıyev bildirib: “Müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim vardır ki, bu da yalnız işğal və təcavüzün nəticəsidir. İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl – 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət monoetnik tərkibdir”.

H.Hacıyev deyib: “Ermənilər Cənubi Qafqaz regionuna yad və gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda və indiki Ermənistan ərazisindəki “tarixi” rolundan danışmaq cəfəngiyatdır. Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır. Gəncəsar monastırı sırf “erməni” monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündə “mənim alban xalqım” üçün ucaldılmış “Albaniya paytaxt məbədi” yazdırmışdı? Eləcə də Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra məhv edilmişdir”.

Bildirilib ki, ümumiyyətlə regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər. Müəllif işğal edilmiş ərazilərdə Azərbaycan …read more

From:: ANS

      

Çox sayda PKK silahlısı məhv edilib (VİDEO)

Türkiyədə terror hücumları ara vermir. Bingöldə dəmir yolunda qatarın partladıldığı vaxtda, İtanbulda mərkəzdə “Star media” Holdinqin rəhəbri PKK-nın hədəfində olub. Bu terror təşkilatı ilə mübarizədə bir anda 8 hərbçisini şəhid verən Türkiyə övladlarını son mənzilə yola salmaqla yanaşı, hadisə yerində əməliyyatları genişləndirib.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Siirt vilayətində əsgər konvoyunun keçidi zamanı terrorçular tərəfindən yerləşdirilmiş mina partlayışında 8 əsgərini itirən türk ordusu bu hadisənin ardınca PKK-ya qarşı əməliyyatları genişləndirib. Türk Silahlı Qüvvələri həm havadan, həm də qurudan genişmiqyaslı əməliyyatlara başlayıb.

Bingöl vilayətində də kəndi hədəfə alan PKK terrorçuları ilə könüllü dəstələri arasında silahlı toqquşma yaşanıb.

Bunun ardınca məhz elə Bingöldə demir yol qatarı partladılıb. Terror aktı nəticəsində qatarın 4 vaqonu sıradan çıxıb xoşbəxtlikdən hadisədə ölən olmayıb.

17 PKK-çı zərərsizləşdirilib, biri yaralı olmaqla iki silahlı yaxalanıb.

İki aya yaxındır ki, terror hadisələrinin xəbəri Türkiyənin Qərb vilayətlərindən gəlirdi. Lakin terror qruplasmaları artıq İstanbulda daxil olmaqla böyük şəhərləri də hədəfə alır.

Bu gün İstanbulda növbəti terror aktı isə “Star media” qrupunun rəhbəri Murat Sancaka qarşı törədilib.

Avtomobilnə 20-dən çox güllə dəysə də, Murat Sancak və digər iki nəfər yüngül xəsarətlə qurtara biliblər.

Hazırda İstanbulda, şəhərin mərkəzi kücələrində əli silahlı polis əməkdaşlarının sayı artıb.

…read more

From:: ANS

      

Doroxin Rusiyada ali məktəblərə qəbul olan tələbələrlə görüşdü (VİDEO)

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiyanın ali məktəblərinə qəbul olan azərbaycanlı tələbələrlə görüşüb.

ANS TV-nin məlumatına görə, dövlət proqramı ilə Rusiyanın müxtəlif ali məktəbəlirinin tələbəsi adını qazanmış azərbaycanlı məzunlarının sayı 145 nəfərdir.

Ali təhsil almaq üçün Rusiya universitetlərini seçənlərin sayının hər il artdığını yüksək dəyənləndirən səfir bunu iki ölkə arasındakı dostluq münasibətlərinin təcəssümü kimi qiymətləndirir.

“Öncə sizi bizim ölkəmizdəki, universitetlərə qəbul olmağınız münasibətilə təbrik edirəm. Hesab edirəm ki, Rusiyada təhsil almaq istəyilə siz çox düzgün seçim etmisiniz. Rusiyada yaşanan mövcud iqtisadi çətinliklərə baxmayaraq bizim ali təhsil ocaqları beynəlxalq təhsil standartlarını qoyuyub saxlayır. Hər il bizim ölkəmizdəki universitetlərdə təhsil almaq istəyənlərin sayı artır. Onlarin içərisində azərbaycanlıların sayının çox olması bu ölkədə fəaliyyət göstərən bir diplomat kimi mənim üçün çox qürurvericidir”, – deyə səfir Vladimir Doroxin bildirib.

…read more

From:: ANS