Ernan Krespo İtaliya klubunu çalışdıracaq

İtaliya B seriyasınsda mübarizə aparan “Modena” klubuna yeni baş məşqçi təyin olunub.

ANS PRESS-in məlumatına görə, növbəti mövsüm aşağı dəstə təmsilçisini sabiq argentinalı ulduz Ernan Krespo çalışdırcaq.

39 yaşlı veteran futbolçu “Modena” klubuyla 1+2 müqavilə bağlayıb. Futbolçu kimi “Parma”, “Latsio”, “Milan” və “İnter”də çıxış etmiş argentinalı ulduzun məşqçilik karyerasında çalışdırcağı ilk peşəkar komanda “Modena” olacaq.

Qeyd edək ki, Argentina yığma komandasının sabiq üzvü 2014-cü ildə “Parma”nın gənclərdən ibarət komandasına başçılıq edib. …read more

From:: ANS

      

İŞİD-çilər bu dəfə onları edam etdi

İŞİD terrorçu qruplaşması xəyanətə gorə 80-dən çox döyüşçüsünü edam edib.

ANS PRESS-in məlumatına görə, xəyanətdə və itaətsizlikdə ittiham olunan İŞİD terror qruplaşmasının döyüşçülərinin edamının səbəbi “xəlifə”nin əmrlərinə tabe olmamaları göstərilir.

İŞİD terrorçu qruplaşmasının döyüşçüləri 80-dən çox silahdaşını Suriyanın şimal-şərqində yerləşən Deyr-ez-Zor əyalətindəki Mayadin şəhərində bir gündə edam ediblər.

Bu barədə Suriya milli telekanalı xəbər verib. Edam edilən terrorçular İraqla sərhəddə tutulublar. …read more

From:: ANS

      

SMS-in yaradıcısı öldü

İyunun 26-da 63 yaşında SMS fin texnologiyasını yaradan Matti Makkonen ölüb.

ANS PRESS-in məlumatına görə, bu barədə BBC xəbər yayıb.

Makkonen mobil telefonların köməyi ilə qısa xəbərlərin (mesajların) göndərilməsi ideyasının yaradıcısı kimi məşhurdur. Bununla belə, o, həmişə bildirib ki, mesaj xidmətinin yaradılması onun şəxsi deyil, kollektiv işin bəhrəsidir.

Makkonen uzun sürən xəstəlik nəticəsində ölüb, ancaq onun ölümü haqqında informasiya yalnız indi yayılıb.

Qeyd edək ki, “SMS”-in yaranma tarixi Danimarka ilə bağlıdır. Belə ki, 1984-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən mobil rabitə üzrə konfransa gəlmiş finlandiyalı mühəndis Matti Makkonen iki həmkarı ilə pizzaxanada keçirilmiş qeyri-rəsmi görüşdə “GSM” şəbəkələrdə qısa mesajlarla mübadilə sisteminin konsepsiyasını müzakirə edib. “GSM” o dövrdə sırf Skandinaviya standartı olub və yalnız bir neçə il sonra ümumavropa standartı kimi təsdiq edilib. …read more

From:: ANS