ABŞ Azərbaycan məhsullarının rüsumsuz idxalını bərpa etdi

Azərbaycan ixracatçıları 2018-ci ilədək ABŞ ərazisinə rüsumsuz və ya güzəştli şərtlərlə məhsul ixrac edə biləcəklər.

ANS PRESS-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, bu, ABŞ Konqresi tərəfindən “Ticarətin təşviqi səlahiyyəti”nin və “Ümumiləşdirilmiş imtiyazlar sistemi”nin (Generalized System of Preferences (GSP) müddətinin uzadılması ilə bağlıdır.

Məlumata əsasən, “GSP” üzrə qəbul edilmiş yeni akt benefisiar ölkələr üçün proqramdan istifadə hüququnun 31 dekabr 2017-ci il tarixədək uzadılmasını nəzərdə turur.

“GSP” üzrə qəbul edilmiş yeni qərar 29 iyul 2015-ci il tarixində qüvvəyə minib və əvvəlki müvafiq qərarın qüvvədə olma müddətinin bitmə tarixindən (31 iyul 2013-cü il) qeyd olunan tarixədək olan dövrə də şamil ediləcək. Belə ki, ixracatçılar 31.07.2013 – 29.07.2015-ci il tarixlərində “GSP” proqramı çərçivəsində güzəştlər nəzərdə tutulan məhsullar üzrə ABŞ-a ixrac zamanı ödədikləri gömrük rüsumlarını geri əldə edə biləcəklər.

ABŞ-ın təqdim etdiyi “GSP” proqramından istifadə etməklə ixracatçılarımız beş minə yaxın mal mövqeyi üzrə Azərbaycan mənşəli məhsulları həmin ölkə bazarına rüsumsuz və ya aşağı dərəcəli rüsumlarla ixrac imkanı əldə edib.

Həmçinin oxuyun: Bu marketlərdən uzaq durun …read more

From:: ANS

      

Böyük hərbi əməliyyatların başlayacağı tarix

Türkiyə ordusunun PKK və İŞİD-ə qarşı böyük hərbi əməliyyatlarının başlayacağı tarix açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Radikal qəzetində nəşr edilən məqalədə deyilir.

Qəzet Türkiyə Silahlı Qüvvələrində olan yüksək rütbəli mənbəsinə istinadən xəbər verir ki, PKK düşərgələri bombardman edilsə də, bu, Türkiyə ordusunun əsas hədəfi deyil.

“PKK son hərbi əməliyyatlarla hədələnir, əsl hədəf isə İŞİD-dir. Terrorçulara qarşı böyük hərbi əməliyyatların başlanması üçün ABŞ döyüş təyyarələrinin Türkiyədə yerləşən “İncirlik” hərbi bazasına gəlməsi gözlənilir. 30 ədəd F-15, F-16 qırıcısı Böyük Britaniyadan və Almaniyadakı hərbi bazalardan Türkiyəyə gələcək. Qırıcılar gələn kimi hərbi əməliyyatlara strart veriləcək”, deyə yüksək rütbəli mənbə bildirib.

F-15, F-16 qırıcılarının Türkiyəyə gəlişi gözlənilir

Bundan başqa qəzet yazır ki, ordunun terrorçulara qarşı böyük hərbi əməliyyatları yeni Baş Qərargah rəisinin təyin olunması və onun qərar verməsi ilə başlanacaq.

“Əməliyyatlar iki həftə ərzində də başlaya bilər. Bu qərarı Necdet Özelin yerinə gələcək yeni Baş Qərargah rəisi verəcək. Bəs. niyə uzadılır? Çünki ABŞ-ın F-15 və F-16 döyüş təyyarələri, ən azı iki ədəd “Reaper” pilotsuz uçan aparatın “İncirlik” hərbi bazasına gəlişi gözlənilir”

Türkiyə Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə bildirib ki, ordu terrorçulara qarşı böyük əməliyyatların başlanmasına tam hazırdır.

“Reaper” pilotsuz uçan aparatı …read more

From:: ANS

      

Xəzərdə 20 yaşlı gənc boğuldu

Xəzər dənizində 1 nəfər batıb.

ANS PRESS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəgəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin cimərkən dənizdə boğulması barədə məlumat daxil olub.

“Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:41-də başa çatıb.

Həmçinin oxuyun: Xəzər dənizindən 2 meyit çıxarıldı …read more

From:: ANS

      

Dərman "ucuzlaşması" kimə xidmət edir

Tarif Şurasının aptekdə satış qiymətini məcburi endirdiyi dərmanlar sırasında ən böyük ucuzlaşma antibiotiklərin payına düşür. ANS PRESS-in araşdırmasına görə, antibiotiklər orta hesabla 5 dəfə ucuzlaşıb. Məsələn, 50 milliqram/millilitr tərkibli 2 millilitrlik bir ampulu 3,45 manata satılan Azərbaycan istehsalı “Azikasin”in qiyməti 0,68 manata salınıb. 2 millitlik ampulalardan götürdükdə, hər ampulanın qiyməti təxminən 14 qəpikdən 3 qəpiyə salınıb. Təsiredici maddəsi “Amkasin” olan “Azikasin”in 250 milliqram/millilitr tərkibli ampulları isə 6,4 manatdan 2,09 manata salınıb, yəni 3 dəfədən çox ucuzlaşma qeydə alınıb.

Tarif Şurasının qərarından sonra bəzi dərmanların qiymətində yaranacaq fərq

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Tarif Şurası sentyabrın 15-dən tətbiq ediləcək bu qiymətləri beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsulu olan referans qiymət yanaşması metodu ilə müəyyən edib. Metoda görə, 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyada) qeydə alınmış topdan satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymətin əsasında ölkədaxili topdan satış əczaçılıq müəssisələri üçün şərti satış qiyməti hesablanır. Bunun üzərinə əczaçılıq müəssisələri və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilir. Son qiymətin üzərinə əlavə dəyər vergisi də gəlir. Nəticədə, dərman vasitəsinin pərakəndə satış qiyməti təsdiq olunur.

Göründüyü kimi, dərman satan firmalar uzun illər Azərbaycanda 5 dəfəyə qədər şişirdilmiş qiymətlərlə izafi gəlir əldə edirlər. Bu gəliri artırmaq üçün həkimlər də bu iqtisadi cinayətə cəlb edilir. Onların təyin etdikləri antibiotiklərin satış qiymətinin təxminən 20 faizə qədəri həkimlərin özlərinə qayıdıb. Və bu həkimlər üçün də çox “əlverişli” olub. Məsələn, xəstədən 20 manat alaraq müayinə edən həkim dəxli olub-olmadan ona 300 manatlıq antibiotik yazıb və buna görə də dərman satan firma tərəfindən 60 manat “mükafatlandırılır”. Bu “mükafatlar” bəzən o qədər cəlbedici olur ki, həkimlər hətta körpə uşaqlara böyüklər üçün nəzərdə tutulmuş dozada antibiotik yazırlar. Xəstəxana kluarlarında antibiotiklərin təsiri altında gözləri tutulmuş, qulağı kar olmuş körpələr barədə …read more

From:: ANS

      

AFFA-da fövqəladə iclas: Yeni klub yaradıldı

AFFA İcraiyyə Komitəsinin bü gün fövqəladə iclası keçirilib və müəyyən qərarlar qəbul olunub.

ANS PRESS-in məlumatına görə, komitə Peşəkar Futbol Liqasının müraciətinə əsasən “Rəvan”nın 2015/16 mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciətini qəbul edib.

İcraiyyə Komitəsi AFFA-nın “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin və “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunmasına qərar verib.

AFFA İcraiyyə Komitəsi

Komitə həmçinin 2016/17 mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalarını təsdiq edib.

Həmçinin oxuyun: Peşəkar Futbol Liqasının …read more

From:: ANS