Türkiyədə terrorçular məhv edildi

Türkiyənin Van vilayətində daha iki PKK terrorçusu zərərsizləşdirilib.

ANS PRESS-in məlumatına görə, PKK terrorçuları vilayətin Çatak rayonunda Jandarma Komandanlığı və polis bölməsinə silahlı hücum ediblər.

Belə ki, terrorçular eyni zamanda Jandarma Komandanlığını və ondan 1 kilometr aralıda yerləşən polis bölməsini atəşə tutublar. Əsgər və polislər terrorçulara dərhal qarşılıq verib.

Atışma zamanı iki terrorçu öldürülüb, biri isə yaralanıb.

Hücumlardan sonra bölgədə havadan dəstəkli əməliyyat başladılıb. “Kobra” helikopterlərinin dəstəyi ilə həyata keçirilən əməliyyatlar davam edir. Terrorçular havanın qaranlığından istifadə edərək gizlənməyi bacara bilib.

Terrorçuların hücum etdiyi ərazi

Ölkənin şərqində yerləşən Ağrı vilayətində isə 3 PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə terrora qarşı mübarizə idarəsi və xüsusi xidmət orqanlarının dəstəyi ilə Ağrı vilayətində aparılan əməliyyat nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Evlərdən birinə axtarış aparmaq üçün daxil olan polisə PKK üzvləri silahlı müqavimət göstəriblər. Nəticədə terrorçular məhv edilib.

“Kobra” helkiopterlərinin dəstəyi ilə əməliyyat başladılıb …read more

From:: ANS

      

Azərbaycanlıların olduğu təyyarə qəzaya düşdü (VİDEO)

İyunun 31-də axşam saatlarında Moskvanın Domodedovo aeroportunda həyacanlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, qabaq şassisi açılmayan Embraer şərnişin təyyarəsi qəzalı eniş edib. Xoşbəxtlikdən içində azərbaycanlıların da olduğu təyyarədə xəsarət alan olmayıb. Ulyanovsk-Moskva reysini yerinə yetirən təyyarənin içində 33 nəfər olub. Sərnişin və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Qəzalı enişdən sonra sərnişinlər həkim nəzarətindən keçərək aerovoğzal kompleksinə aparılıb.

Təyyarənin qəzalı enişi

Pilotların ustalığı sayəsində böyük faciənin qarşısı alınıb. Onlar təyyarəni yalnız arxa şassi ilə yerə endirməyi bacarıb. Pilotlar nasazlıq barədə qabaqcadan dispeçerlərə məlumat veriblər. Sərnişinlər arasında iki azərbaycanlının olduğu və bunlardan birinin Qurbanova soyadlı olduğu məlumdur.

Embraer EMB 120 – kiçik turbovintli sərnişin təyyarəsidir. Embraer bortu otuz sərnişinə qədər daşıya bilər. Bortun uzunluğu və qanadın imkanı təxminən 20 metr təşkil edir, maksimal surət – 550 km/saat. Tam dolu çənlə təyyarə iki min kilometrə qədər uçmağa qaidrdir.

Embraer EMB 120 – kiçik turbovintli sərnişin təyyarəsi

Rusiyada bu tip layner bir neçə aviaşirkət tərəfindən sərnişin daşınmaları üçün fəal istifadə olunur. Amma indi Embraer yalnız yerli hava xətlərində “Ruslayn” aviaşirkəti tərəfindən daha çox istifadə olunur. Model 1983-cü ildən 2001-ci ilə qədər Braziliyada istehsal edilirdi. Bu vaxt ərzində onlardan yalnız 350 ədəd düzəldilib. Bu modelin təyyarələri istehsal olunandan bəri 20-dən çox qəza keçirib. Bu qəzalar zamanı 150 dən çox insan həlak olub.

Həmçinin oxuyun: Uçuşa hazırlaşan “Boeing” asfaltda ilişdi …read more

From:: ANS

      

دومین حمله به قطار مسافری تهران-آنکارا؛ حرکت «ترانس آسیا» لغو شد

اویان نیوز: برای دومین بار در دو روز گذشته یک قطار مسافری در مسیر ایران-ترکیه با مین کنترل از راه دور مورد حمله قرار گرفته است.

به گزارش اویان نیوز به نقل از بی بی سی، این اتفاق در نزدیکی روستای کچیکایاسی در استان وان ترکیه و کمی بعد از نیمه‌شب به وقت محلی اتفاق افتاد. در این حادثه راننده قطار به طور سطحی زخمی شده است.

قطاری که گزارش شده اوایل بامداد امروز مورد حمله قرار گرفته از ایران به ترکیه فرستاده شده بود تا مسافران قطاری را که دیروز با انفجار یک مین دیگر متوقف شد به ایران بازگرداند.

در هیچ یک از این دو انفجار کسی کشته یا به طور جدی زخمی نشده است اما به واگن‌ها و ریل راه‌آهن آسیب رسیده و همچنین در انفجار بامداد امروز لوکوموتیو قطار آسیب دیده است.

مدیر روابط عمومی راه آهن ایران به ایسنا گفته است که برای اطمینان از ایمنی قطارها و مسافران، حرکت قطار تهران-آنکارا (ترن آسیا) متوقف شده است.

شرکت رجا اعلام کرد که برای راه‌اندازی مجدد قطارها منتظر اعلام نظر رسمی مقامات ترکیه خواهد بود.

خبرگزاری آناتولی ترکیه همچنین می‌گوید چریک‌های پ‌ک‌ک در استان قارص ترکیه ریل قطار را بمبگذاری کردند و پس از آن به روی کارگرانی که برای تعمیر ریل فرستاده شده بودند آتش گشودند. معاون فرماندار منطقه گفته یکی از کارگران در این حمله کشته شده است.

به غیر از این دو حمله، آسوشیتدپرس به نقل از منابع دولتی ترکیه نوشته است که شب گذشته در حمله‌‌ای به یک پاسگاه پلیس در استان آدانا دو پلیس و دو چریک پ‌ک‌ک کشته شده‌اند.

پس از حمله مرگبار دو هفته پیش به اعضای فدراسیون انجمن‌های جوانان سوسیالیست در سوروچ خشونت‌ها در ترکیه بالا گرفته است. در این حمله بیش از ۳۰ نفر کشته شدند.

The post دومین حمله به قطار مسافری تهران-آنکارا؛ حرکت …read more

From:: Oyan News

      

Bakıda mağaza yandı

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan mağazada yanğın baş verib.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mağazanın dam örtüyü 10 kv.m sahədə, ərazidə 2 ha quru ot və şam ağacları qismən yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS

      

Həkimlərin reseptlərinə nəzarət ediləcək

Bu gün Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilib.

Məlum olduğu kimi, Səhiyyə Nazirliyində 14 iyun tarixində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və bir sıra çatışmazlıqların aradan qaldırılmasına dair verilən tapşırıqların icrası məqsədilə səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə geniş toplantı keçirilmişdi. Toplantıda dərman vasitələri ilə təchizat sahəsində problemlərin aradan qaldırılması məqsədilə geniş tədbirlərin həyata keçirilməsi, müvafiq planların hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilmişdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, dərman vasitələrinin qiyməti sahəsində mövcud vəziyyəti tənzimləmək məqsədilə sosial sahədə tarixi nailiyyət kimi qiymətləndirilə biləcək addım atılıb. Ölkə başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif (qiymət) Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib və nəticədə baxılmaq üçün təqdim olunmuş dərmanların qiyməti nəzərəçarpacaq dərəcədə aşağı salınıb. Sentyabrın 15-dən etibarən artıq bu qərar tətbiq olunmağa başlanılacaq.

Qeyd olunanları əhalinin dərman təminatının yaxşılaşdırılması sahəsində olduqca mühüm addım kimi qiymətləndirmək olar.

Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq. Bu isə öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək. Səhiyyə Nazirliyi dərmanların qiymətlərinin tənzimlənməsi sahəsində Tarif Şurası ilə sıx əməkdaşlığı davam etdirəcək.

Bundan başqa, müşavirədə qeyd edilib ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə …read more

From:: ANS

      

Məşhur Hollivud ulduzlarından İrana dəstək (VİDEO)

Hollivud ABŞ-da getdikcə genişlənən İranla nüvə sazişinə dəstək kampaniyasına qoşulub.

ANS PRESS-in məlumatına görə, məşhur Hollivud aktyorları Morqan Friman, Cek Blək və Nataşa Layon İranla sövdələşməni dəstəkləməyə çağıran videoçarxda çəkilib.

Onlarla birlikdə üç dəqiqə sürən siyasi reklamın çəkilişlərində İordaniya Kraliçası Ülyahəzrət Nur, ABŞ-ın BMT yanında sabiq nümayəndəsi Tomas Pikerinq və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşı Valeri Pleym iştirak edib.

Videoçarx YouTube portalında 250 min dəfədən artıq izlənib. O dünyada silahsızlanma uğrunda mübarizə aparan Global Zero təşkilatı tərəfindən hazırlanıb.

“Əldə edilən razılşma İranın nüvə silahını yaratmayacağına dair ən yaxşı zəmanətdir. Əqər Konqres bu sövdələşmənin həyata keçirilməsinə mane olsa artıq İranı atom bombası yaratmaqdan heç nə çəkindirə bilməyəcək və Yaxın Şərqdə “silahlanma yarışı” başlanacaq, – deyə videoçarxda bildirilir.

Dünya şou-biznes və siyasət ulduzları amerikalılara öz ştatlarının senator və konqresmenlərinə müraciət edərək onları BMT Təhlükəsizlik Şurası və Almaniyanın İranla əldə etdiyi razılaşmanı dəstəkləməyə çaxırmağı təklif edib.

Məşhur Hollivud aktyoru Morqan Frimen

ABŞ prezidenti Barak Obama həmvətənlərinə televiziya müraciəti zamanı həmçinin amerikalıları sözü gedən sazişi dəstəkləməyə çağırıb. “Razılaşmanı həyata keçirmək mümkün olmasa biz yenədə hərbi münaqişə təhlükəsi ilə üzləşə bilərik” , – deyə ABŞ prezidenti bildirib.

O qeyd edib ki, sazişin əleyhdarları da hərəkətə keçib və artıq öz siyasi reklamları üçün 20 milyon dollardan artıq vəsait toplayıb. Amerika televiziyası artıq bir neçə gün ardıcıl olaraq Konqres üzvlərini İslam Respubliksaı ilə sövdələşməni rədd etməyə çağıran videoçarx nümayiş etdirir.

Senat və nümayəndələr palatasında keçirilmiş silsilə dinləmələr zamanı bu məsələ ətrafında ciddi fikir ayrılığının mövcud olduğu məlum olub. Belə ki, sazişi əsas etibarilə ABŞ Demokrat Partiyasının nümayəndələri dəstəkləyir, respublikaçılar isə rədd edir.

Birləşmiş Ştatlar Konqressi sentyabr ayının ikinci yarısında sənədə münasibət bildirəcək.

İran və “altılıq” ölkələri arasında danışıqlar
© Joe Klamar/Pool Photo via AP

…read more

From:: ANS