İkimərtəbəli qatar artıq Bakıdadır FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı 5 ikimərtəbəli elektrik qatarından biri artıq Bakıdadır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, qatarın nə zaman istifadəyə veriləcəyi vaxt hələ dəqiq müəyyən edilməyib. O bildirib ki, hazırda dəmiryol vağzalının gediş-gəliş yollarının tam yenidən qurulması və vağzalın binasının təmiri işləri davam etdirilir.

Qeyd edək ki, qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “ADY” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. Mayın 13-də Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti ilə KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması ilə bağlı saziş imzalanıb.

…read more

From:: ANS

      

Türkiyə polisi jurnalisiti döydü VİDEO

Türkiyənin İstanbul şəhərində Gəzi Parkı etirazlarının ildönümündə parka girməyə çalışan fəalların qarşısı alınıb. Aksiya zamanı İstanbul polisinin jurnalistə qarşı zorakılıq törətməsi görüntüləri yayılıb. Saxlanılan şəxs “Zaman” qəzetinin fotomüxbiri olduğunu bildirsə də, polis əməkdaşı ondan əl çəkmir. Qarşıdurma zamanı Əmrə Səncan adlı şəxs polisə ondan şikayət edəcəyəni deyir. Polis isə, “Məndən Amerikayamı şikayət edəcəksən, yoxsa, Fətullah Gülənəmi” – deyə jurnalistə cavab verir.

Səncan Tvitter səhifəsində polisin ona ağır zərbələr yetirdiyini deyib.

2013-cü ildə Gəzi Parkının sökülməsinə qarşı başlayan etirazlar daha sonra hökumətə qarşı genişmiqyaslı aksiyalara çevrilmişdi. Polislə qarşıdurmalar nəticəsində 1 polis olmaqla 8 nəfər ölmüşdü.

Aksiya axşam saatlarında baş tutub. Fəallar Gəzi Parkı qarşıdurmaları nəticəsində ölənlərin xatirəsini yad ediblər. Aksiyada qarşıdurmalarda ölən şəxslərin adları xatırlanıb.

…read more

From:: ANS

      

Qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik FOTO

Rusiyanın paytaxtı Moskvadan müstəqil Azərbaycanın paytaxtı Bakıya qayıdarkən təyyarəyə mindim və müstəqil dövlətimizin iyirmi beş ilinin mədəni nailiyyətlərindən ləzzət almaq istədim. Nəzakətli stüardessa xanım mənə planşet verdi.

Bu planşetə girib Azərbaycan Hava Yollarının təklif etdiyi menyuya baxdım. Filmlərimiz bölməsində müstəqillik dövrümüzün bir filmi belə yox idi… Musiqi videoları bölümündə müstəqillik dövrümüzün bir müsiqili videosu belə yox idi. “TV Şou”lar bölümünə baxdım. Müstəqillik dövrünə aid bir teleşoumuz belə yox idi… Və nəhayət uşaqlar üçün bölümünə daxil oldum. Burda da “Tom və Cerri”dən tutmuş daha haranın itinə-qurduna qədər var idi. Bizim doğma, müstəqil bir məhsulumuz yox idi. Mən bir azərbaycanlıyam, təbii ki, bilirəm nə var, nə yox. Amma Azərbaycana qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik axı. Mən əcnəbi olsam şəxsən bu menyu və planşet vasitəsilə hara getdyimi anlamaram.

Azərbaycan 25 ildir müstəqildir. Təyyarəmiz isə, eee laaap sovetin ucqar bir cənub şəhərində ilişib qalıb… Dövlətimiz müstəqildir, amma biz özümüz deyəsən axı hələ müstəqil deyilik…

Heydər Əliyev Hava Limanına enirik. Müasir Azərbaycanın qurucusunun bu məşhur kəlamını xatırlayıram.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Bəs biz? Biz niyə fəxr etmirik. Və ya fəxr ediriksə bu nə planşet və nə menyudur belə. Belə hara qədər uçacağıq və belə uçmaqdan niyə qorxmuruq?! Axı stüardessaların xəbərdarlığı ancaq simvolik olur… Başlıcası biz özümüzük…

…read more

From:: ANS

      

Səudiyyə bombalamağa davam edir

Səudiyyə Ərəbistanının komandanlığı altında müttəfiqlərin hərbi aviasiyası Yəmənin paytaxtı Sənaya növbəti aviazərbələr endiriblər.

ANS PRESS-in məlumatına görə, Husilərin nəzarətindəki telekanal bildirib ki, aviazərbələr aeraport və prezident sarayı yaxınlığına yönəlib. Lakin aviazərbələr nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hazırda isə Səudiyyə Ərəbistanı və Yəmən sərhədində qanlı döyüşlər davam edir.

Bu arada Yəmən kanalının bildiridiyinə görə, Husilər də mayın 30-da Səudiyyə Ərəbistanına hava zərbəsi endiriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Husilərə qarşı hava zərbələri martdan başlayıb, məqsəd devrildikdən sonra Səudiyyə Ərəbistanına qaçmış prezident Abd-Rabbu Mansur Hadini hakimiyyətə qaytarmaqdır.

BMT-nin məlumatına görə, münaqişənin başladığı martdan bəri 1900 adam ölüb, təqribən 7 min adam yaralanıb. …read more

From:: ANS

      

Bu polislər günə iki nəfər öldürür

ABŞ-da polisin əlində ölən insanların sayı rəsmi statiskanın göstərdiyi rəqəmi ikiqat üstələyir.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “Washington Post” qəzeti dərc edib.

Qəzetin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində polis tərəfindən 385 vətəndaş dünyasını dəyişib. Bundan əlavə polis tərəfindən öldürülənlərin arasında qaradərili Afrika mənşəli amerikalı vətəndaşların sayının qeyri-mütənasib dərəcədə yüksək olduğu diqqəti çəkib.

Hesabatda rəsmi statistik rəqəmlərin hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib olunduğu qeyd edilir. Həmin rəsmi statistikaya əsasən, 2008-ci ildən ABŞ-da hər il polis əməkdaşlarının əlilə orta hesabla 400 vətəndaş öldürülüb.

Qeyd edək ki, son zamanlar ABŞ-da ağdərili polis əməkdaşları tərəfindən bir neçə qaradərili vətəndaşın güllələnməsi küçə toqquşmaları, kütləvi etirazlar və siyasi qalmaqallara səbəb olub. …read more

From:: ANS