İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin genişlənməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına daim sülh və rifah diləyirəm”. …read more

From:: ANS

      

İlham Əliyev sədr müavinini işdən çıxardı

“Bakı Metropoliteni” QSC sədrinin müavini Zaur Babayev vəzifəsindən azad edilib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncam iyunun 17-də imzalanıb.

Qeyd edək ki, Zaur Babayev ötən ilin 24 iyulunda İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” QSC-yə sədr müavini təyin edilmişdi. O, əvvəllər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışıb. …read more

From:: ANS