ANS-in həyətinə 3 uşaq atıldı (VİDEO)

Bu gün şəxsiyyəti məlum olmayan bir valideyin 3 uşağını ANS kanalının qarşısına qoyaraq ərazini tərk edib.

ANS TV-nin məlumatına görə, bundan sonra “Sən tək deyilsən” verlişinə dəvət olunan 3 uşaq anası bunun səbəbini maddi durumun aşağı olması ilə əlaqələndirib.

Eyni zamanda ana uşaqlarını atmaq istəmədiyini, çalışmaq üçün bir neçə yerə müraciət etdiyini, amma müraciətinə müsbət cavab verilmədiyinin birdirib. Uşaqları saxlamaq üçün evinin olmadığını və bir həftədir ki, həyat yoldaşının da həbs olunduğunu qeyd edib.

Bundan sonra məsələ ilə bağlı Azərbaycan uşaq birliyinin sədri Kamalə Ağazədə ilə birbaşa telefon əlaqəsi saxlanılıb. O, bildirib ki, bu cür faktlar getdikcə ölkədə kütləvi hal alır: “Hər dəfə bunlara qucaq açdıqca, dəstək verdikcə bunlarda biganəlik yaranır. Belə ki, mən baxmasam da baxanlar tapılacaq. Bunun ancaq bir yolu var. Əgər uşaqlarından imtina edirlərsə, o zaman bunu rəsmiləşdirsinlər. Bundan sonra o uşaqlara dövlət qayğı göstərəcək. Ancaq gəzmək və kapriz xətrinə olunacaqlarsa, sığınacaqlarda da yerlər məhdudur. Bu gün Azərbaycanda sığınacaqlar demək olar ki, yox dərəcəsindədir. Özəliklə sığınacaqlar müvvəqqəti xarakter daşıyır. Təəssüf edirəm ki, o qadın uşaqlarını gətirib ANS-in həyətinə atıb. Bu gün uşaqı ANS-ə atan, sabah başqa bir yerə atacaq. Təklif edir ki, qısa bir müddət ərzində uşaqlarını qəbul edə bilərik. Amma bir yaşlı uşağı biz qəbul edə bilmirik. Çünki ona baxmaq üçün mütəxəssis lazımdır”.

“Sən tək deyilsən” verlişində qonaq qismində iştirak edən Doğuş birliyin sədri Kamalə xanıma ananın orada hər hansı bir işlə təmin edilə biləcəyi ilə bağlı sual ünvanladı.

Kamalə xanım bildirdi ki, sığınacaq dövlət tərəfindən maliyyələşmir: “Və sığınacaq onlara heç bir yerdən maliyyə dəstəyi almırıq. Sadəcə olaraq burada sığınan insanlar buradakı işləri özləri görürlər, eləcə də köməklik də göstərirlər. O qadını sığınacaqda qalması üçün ona sınaq müddəti veriləcək. Əgər qadın sınaqdan keçəcəksə, o zaman biz qadına sığınacaqda qalmağa icazə verəcəyik”.

Bundan sonra verlişin aparıcısı Xoşqədəm Hidayətqızı qadın Kamalə xanımın yanına göndərildi.

…read more

From:: ANS

      

Top havada partladı (VİDEO, FOTO)

Rusiyanın “Zenit” klubunun braziliyalı futbolçusu Halk yenə diqqət mərkəzinə düşüb.

ANS PRESS-in məlumatına görə, “Zenit”in məşqi zamanı komanda uzaqdan zərbələr üzərində çalışarkən Halkın vurduğu zərbə nəticəsində top elə havadaca partlayıb.

Bir müddət öncə “Zenit” klubunun braziliyalı legioneri Halka aid məşq zamanı çəkilmiş qeyri-adi videoçarx yayılmışdı.

Braziliyalı legionerin zərbə ilə qapıya vurduğu topu yaxalayan qapıçı güclü zərbənin təsirindən topla birlikdə toru yararaq qapının arxa tərəfinə düşmüşdü.

…read more

From:: ANS

      

Çempionlar Liqasında ilk sevinən ermənilər oldu

Çempionlar Liqasında 2015/16 mövsümünə start verilib. ANS PRESS-in məlumatına görə, bu gecə I təsnifat mərhələsində ilk oyunlar keçirilir.

Mərhələnin 4 oyunundan 3-ü bu gecə baş tutacaq. “Qarabağ”ın azad olduğu mərhələdə qitənin ən zəif reytinqə sahib olan ölkələrinin çempionları, o cümlədən Ermənistan təmsilçisi meydana çıхıb.

Qonşu ölkəni təmsil edən “Pünik” San Marino çempionu “Folqor” u 2:1 məğlub edib.

Günün digər qarşılaşmalarında “Linkoln” “Santa Koloma”nı, “Kruzaders”i “Levadiya”nı qəbul edəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin son oyunu sabah “B-36 Torshavn” (Farer adaları) – TNS (Uels) arasında baş tut

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar

30 iyun
Pünik (Ermənistan) – Folqor (San-Marino) 2:1
Qollar: Vardges Satumyan, 45+2. Sezar Romero, 48 – Jose Hirş, 71.
Qırmızı vərəqə: Fabio Keşi, 71.

23.00 Linkoln (Cəbəllütariq) – Santa Koloma (Andorra)
23.45 Kruzaders (Şimali İrlandiya) – Levadiya (Estoniya) …read more

From:: ANS

      

Rusiyanın ermənilərlə bağlı ən böyük səhvi - Etiraf

Moskva və bütün Rusiya partriarxı Kiril Ermənmistanda baş verən hadisələri şərh edib.

ANS PRESS-in məlumatına görə, Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb.

Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib:

“Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür”. …read more

From:: ANS

      

Xoşqədəm övladlığa götürmək istədiyi uşaqdan danışdı (VİDEO)

ANS-in efirdən yayımlanan “Sən tək deyilsən” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı tamaşaçılara həyatı ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Xoşqədəm Hidayətqızı bir müddət öncə verlişə gələn bir xanım uşağını övladlığa vermək niyyətində olduğunu deyib. X.Hidayətqızı həyat yoldaşı Doğuşla məsləhətləşib və qərara gəliblər ki, uşağı övladlığa götürsünlər.

“Bu vaxt uşağın atası ortaya çıxdı və övladını heç kimə verməyəcəyini dedi. Buna görə həm mən, həm də Doğuş çox sevindik. Veriliş bitəndən sonra uşağın atası mənə yaxınlaşaraq bildirdi ki, əgər uşağı övladlığa götürmək istəyirsinizsə, onun nənəsilə deyil, mənimlə razılaşmalısınız”.

“Sən tək deyilsən” verlişində qonaq kimi iştirak edən Doğuş da məsələyə münasibətini bildirdi: “Belə bir vəziyyətdə biz üzülürük, bundan isə daha çox uşaq üzülür”.

Xoşqədəm Hidayətqızı onu da bildirdi ki, hazırda Doğuş İstanbulda yeni albom üzərində işləyir, amma o, uşağa görə işlərini yarımçıq qoyaraq Azərbaycana gəldi.

…read more

From:: ANS

      

Metroda ağlasığmaz hərəkət (FOTO)

Moskvanın Preobrajenski rayon məhkəməsi həddi-buluğa çatmamış moskvalı qızı 25 min rubl cərimələyib.

ANS PRESS-in məlumatına görə, qızın cərimələnməsinə səbəb Moskva metropoliteninin xidməti xəttində sekslə məşğul olması olub.

Hadisə keçən ilin dekabrında baş verib. Qız və onun sevgilisi Kalininski metrosunun xidməti xəttinə girərək burada sekslə məşğul olublar. Daha sonra cütlük burada çəkilən fotonu internetə yerləşdiriblər.

Bundan sonra metropolitendə hadisə ilə bağlı yad şəxslərin xətlərə keçməsi və obyektlərin təhlükəsizlik sistemlərinin plandan kənar yoxlanmasına başlanılıb. Bir müddət aparılan axtarışlardan sonra xuliqanlar tapılaraq cəzalandırılıb. …read more

From:: ANS