“Müharibə o vaxt bitəcək ki...

Ukrayna dövlət başçısı ölkə televiziyalarından birinə müsahibə verib.

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko STB televiziyasında aparıcının suallarını cavablandırıb.

O, çıxışı zamanı Krımın və Donbassın Ukraynaya qaytarılacağı təqdirdə müharibənin bitəcəyini vurğulayıb.
P.Poroşenko aparıcının qarşıdurmaların nə vaxta qədər davam edəcəyi barəsində verdiyi suala lokanik cavab verib: “Lazım olan qədər.”

Bundan başqa, Ukrayna lideri ötən gün bölgədə keçirdiyi görüşlərdə ölkəsinin Vətən Müharibəsi apardığını dilə gətirmişdi. …read more

From:: ANS

      

Bakıda oğru bacı-qardaş saxlanıldı (VİDEO)

Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının iştirakı ilə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə martın 24-də Yasamal rayonu, Kazımzadə küçəsində Allahyar Həsənovun evindən pəncərədən keçməklə 450 manat pul oğurlamaqda şübhəli bilinən 30 yaşlı Abdullayeva Leyla Namiq qızı tutulub.

ANS TV-nin məlumatına görə, şübhəli şəxsin ətrafında keçirilən araşdırmalarla müəyyən olunub ki, o, ötən ilin sentyabrın 17-də Xəzər rayonu Şağan qəsəbəsində Fuad Dadaşova, noyabrın 18-də Şüvəlan qəsəbəsində Zülfüqar Babayevə, cari ilin fevralın 23-də Binə qəsəbəsində Rafael Talıbova məxsus evlərdən qızlı-zinət əşyaları və 3 min manat nağd pulu açıq qapıdan və ya pəncərədən daxil olmaqla gizli yolla talayıb.

Həmçinin Leyla Abdullayeva bu il martın 2-də Binə qəsəbəsi Donuzçuluq sovxozunda yaşayan Rasib Ələkbərovun evində onun etibarından sui-istifadə edərək 3 500 manat dəyərində qızıl-zinət əşyalarını isə dələduzluq yolu ilə ələ keçirib.

“Açarın harada saxlanıldığın görmüşdüm və bundan istifadə edərək qızıl –zinət əşyalarını götürdüm. Eyni zamanda ketdiyim evlərdə görürdüm ki, ev sahibinin başı qarışıqdır tez girib oğurluyurdum”, – deyə saxlanılan şəx Leyla Abdullayeva bildirib.

Araşdırmalar zamanı Leyla Abdullayevanın qardaşı 20 yaşlı Vəliyev İsmayıl Namiq oğlunun da cinayət törətdiyi məlum olub.

İsmayıl Vəliyev aprelin 19-da M.Müşfiq küçəsində İsgəndər Əzimovun evindən pəncərənin şüşəsini çıxarmaq yolu ilə 7 900 manat və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

Bakı şəhər baş polis idarəsi əməkdaşı Elşad Hacızadənin sözlərinə görə, oğurluq cinayətlərində şübhəli bilinən 85-ci ilə təvəllüdlü Leyla Abdullayevanın başqa cinyətlərdə iştirakı istisna olunmur: “Fakt üzrə başlanmış iş Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən davam etdirilir. Şübhəli şəxsləri tanıyanlardan Bakı Şəhər Baş Polis İdarəsinə, eləcə də ərazi polis orqanlarına müraciət etmələri xahiş olunur”.

Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

…read more

From:: ANS

      

Bu sürücü polisdən 3 həftə qaça bildi (VİDEO)

Bakıda 24 gün əvvəl piyadanı vuraraq onun ölümünə səbəb olan sürücü saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, aprelin 5-də saat 05:30-da Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mahmudov Teymur Əlimövsüm oğlu naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Paşayev Vüsal Məhərrəm oğlu idarə etdiyi “Daewoo” markalı avtomobillə birlikdə müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxs Vüsal Paşayevin sözlərinə görə, sürət həddi saatda 60 kilometr olan yolda, avtomobili saatda 100 kilometr sürətlə idarə edib: “Yolu geriyə qayıdan zamanı qarşıda gələn maşının işıqları gözümə düşdü, amma buna baxmayaraq yoluma davam etdim. Bu an gördüm ki, qabaqdan iki nəfər gedir. Maşını anidən sola çəkdim və gördüm ki, yolun ortasında bir nəfər yerə yıxılıb. Qorxudan hadisə yerindən uzaqlaşdım”.

O, ifadəsi zamanı hadisədən sonra izi itirmək məqsədilə avtomobilini öz həyətində təmir etdiyini bildirib. Vüsal Paşayev deyib ki, ailə üzvləri qəzadan xəbərsiz olub.

Qeyd edək ki, piyadanın ölümünə səbəb olan sürücü Vüsal Paşayev sürücülük vəsiqəsi olmayıb.

“Hadisədən sonra maşını aparıb həyətdə saxladım. Daha sonra avtomobil ehtiyatları bazarından “patpres” alıb dəyişdim. Bütün bunlara baxmayaraq baş verən hadisə ilə bağlı ailəmə məlumat vermədim”, – deyə Vüsal Paşayev bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

…read more

From:: ANS

      

Yeni Qarabağ bəyanatı verildi

“Nə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi, nə də hər hansı bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır”.

Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrılıqda baş tutan görüşlərinin yekunu ilə bağlı verdikləri bəyanatda deyilir.

Bəyanata əsasən, həmsədrlər keçiriləcək “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər: “Bildiririk ki, bu heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir”.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andryu ilə bərabər görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bəyanata əsasən, görüşdə hər iki ölkənin xarici işlər naziri aprelin 24-25-də müvafiq olaraq Bakı və İrəvanda Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti Fransua Oland ilə görüşü barədə məlumat verib:

“Biz hər iki nazirə Azərbaycan və Ermənistan prezidentlərinin dialoqu intensivləşdirmələrinin və bu ilin sonuna kimi prezidentlərin növbəti görüşünün keçirilməsinin vacibliyini qeyd etdik. Nazirlər həmçinin prezidentlərin görüş zamanı müzakirə edəcəyi gündəliyi müəyyənləşdirmək üçün həmsədrlərin iştirakı ilə görüşməyə razılıq verdilər və həmsədrlərin bu yaxınlarda regiona reallaşdıracaqları səfərlərini dəstəklədilər”. …read more

From:: ANS