آثار گرافیست های اردبیلی در نمایشگاه «ترناوا اسلواکی» به نمایش در می آید

اویان نیوز: اثر دو طراح گرافیک اردبیلی “سید مهدی موسوی» و “سعید مجنون» در سه سالانه بین المللی پوستر ترناوا به نمایش در خواهد آمد.

به گزارش اویان نیوز به نقل از حوزه هنری اردبیل، اثر دو طراح گرافیک اردبیلی به بخش نمایشگاهی نهمین دوره سه سالانه بین المللی پوستر ترناوا ۲۰۱۵ راه یافته است.

سه سالانه بین‌المللی پوستر تراناوا توسط گالری جان کانیورک و گروه اجرایی نمایشگاه سه‌سالانه‌ پوستر تراناوا با همکاری انجمن طراحان پوستر، مرکز طراحی اسلواکی در براتیسلاوا، آکادامی طراحی و هنرهای زیبا براتیسلاوا و موزه‌ غربی اسلواکی در تراوانا برگزار می‌شود.

در این دوره بالغ بر چهار هزار اثر از نقاط مختلف جهان برای شرکت در این سه سالانه جهانی ارسال شده بود که در نهایت هیئت داوران ۳۷۰ پوستر را از میان آثار ارسالی شایسته حضور در نمایشگاه این رویداد تشخیص دادند.

در میان اسامی صاحبان آثار منتخب نام سیدمهدی موسوی و سعید مجنون از هنرمندان طراح گرافیک حوزه هنری استان اردبیل نیز دیده می شود.

نمایشگاه آثار منتخب سه سالانه بین المللی پوستر ترناوا از ماه سپتامبر الی نوامبر ۲۰۱۵ در کشور اسلوواکی برگزار خواهد شد و در طول برگزاری نمایشگاه برگزیدگان اصلی معرفی خواهند شد.

The post آثار گرافیست های اردبیلی در نمایشگاه “ترناوا اسلواکی» به نمایش در می آید appeared first on پایگاه خبری – تحلیلی اویان نیوز.

…read more

From:: Oyan News

      

Britaniyanın iki bankı FİFA-da korrupsiya qalmaqalı ilə bağlı yoxlamaya başlayır

Böyük Britaniyanın iki bankı futbol federasiyasında bir il ərzində bu iki maliyyə təsisatı vasitəsilə edildiyi iddia edilən korrupsiya transaksiyaları ilə bağlı yoxlamaya başladığını bildirib.

Barclays və Standard Chartered ABŞ-ın keçən həftə açıqladığı ittihamnamədə FİFA-nın media və marketinq rəsmilərinin federasiyada 150 milyon dollarlıq korrupsiya qalmaqalı ilə bağlı adları çəkilən banklar arasındadır.

Hələlik bankların heç birinə qarşı ittiham irəli sürülməyib.

Lakin ittihamnamə elan edilən zaman ABŞ-ın prokuroru Kelli Kürri deyib ki, təhqiqatın bir hissəsi olaraq maliyyə təsisatlarının bu rüşvət transaksiyalarına kömək etdiyi faktını bilib-bilmədiyi araşdırılacaq. “Hələlik problemli davranışın olduğunu demək tezdir”-deyə o bildirib.

Cümə günü Britaniyada ciddi fırıldaqçılıq hallarının araşdırıldığı idarə əldə edilən materialların öyrənildiyini və beynəlxalq cinayətə dair təhqiqata yardım etməyə hazır olduğunu bildirib. (Amerikanın səsi) …read more

From:: ANS

      

Elza Seyidcahan Mişel Obamaya təşəkkur etdi (VİDEO)

“Mən tay-keş ayaqqabı geyinəndə çoxları mənə istehza etdi. Lakin xəbər tutdum ki, məndən sonra Barak Obamanın xanımı da tay-keş ayaqqabı ilə idman zalına gedib. Bu da onu göstərir ki, Elza heç vaxt səhv etmir”.

ANS TV-in efirində yayımlanan “Şəbəkə” verilişi xəbər verir ki, Elza Seyidcahanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Bu barədə “Şəbəkə” verilişinə danışan müğənni belə deyib:

“Əgər kimsə fikirləşirsə ki, ola bilməz Mişel Obama mən geyindiyim ayaqqabılar tərzində ayaqqabı geyinsin. Nəyə görə də geyinməsin?. Çünki Elza Seyidcahan nə geyinibsə, nə edibsə, hələ bunun ardı gəlir. Mişel xanıma burdan təşəkkürlərimi bildirirəm ki, o uzaqdan-uzağa Azərbaycanın əməkdar artistini dəstəklədi. Ledi Qaqaya təşəkkürümü bildirirəm ki, məndən sonra gəlib. Özünün də xəbəri olmadan. Mən etdiyim işləri o təkrarlayır”.

Müğənni onu qınayanlara da öz mesajını göndərib:

“Sadəlövh deyiləm. Bilirəm harada necə olmaq lazımdı. Yerimi bilirəm. Heç kim mənə sataşmasın, söz deməsin. Kimliyindən asılı olmayaraq, hamını yerində otuzdurmağı qadir ola bilən silahlarım var”.

…read more

From:: ANS

      

Bakıda özünü 5-ci mərtəbədən atmaq istəyən şəxs xilas edildi

Bakıda intihara cəhd edən şəxs xilas edilib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda bir nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində məlum olub ki, bu şəxs çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyir.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilib. …read more

From:: ANS

      

Zaqatalada yanğın

Zaqatala rayonunun Car kəndində yanğın hadisəsi baş verib.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayon mərkəzindən 5 km aralıda yerləşən bu yaşayış məntəqəsində ümumi sahəsi 180 kv.m olan birmərtəbəli binanın dam örtüyünün bir hissəsi yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. …read more

From:: ANS

      

Avropa Oyunlarının məşəli Xızıda

Mayın 31-də Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basıb.

ANS PRESS-in məlumatına görə, bu regionda məşəlin ilk qarşılanma mərasimi Xızı şəhərində keçirilib.

Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılandı. Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olundu. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edib Ümummilli Liderin adını daşıyan parka gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər. …read more

From:: ANS

      

İŞİD Liviyada 5 nəfər öldürdü

Liviyanın Misrata şəhəri yaxınlığında İŞİD terrorv qruplaşmasının məsuliyyəti öz üzərinə götürdüyü bomba hücumu nəticəsində beş nəfər ölüb.

ANS PRESS “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, partlayıcılarla doldurulmuş avtomobil şəhərin qərb hissəsində yoxlama məntəqəsinin qarşısında partladılıb.

Siyasi baxımdan bölünmüş Liviyada Misrata şəhəri paytaxt Tripolidə qeyri-rəsmi hökumətə yaxındır. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ölkə rəhbərliyi isə Liviyanın şərqində Tobruk şəhərində qərargahlanıb.

Tripolidə yerləşən hökumətin baş naziri Xəlifə Ghvell xaricilərin ölkəyə gətirdiyi zorakılıq adlandırdığı hadisəni pisləyib. “Biz İslamı təmsil etdiklərini iddia edərək, Liviyaya gələn bu xainlərə qarşı mübarizə aparmaq və onları təqim etmək üçün ordu, polis və inqilabi qüvvələrə dəstək verəcəyik”-deyə o bildirib.

Qeyd edək ki, İŞİD tərəfdarları keçən ildən başlayaraq Liviyada xarici işçilərin edam edilməsi də daxil olmaqla, bir neçə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. …read more

From:: ANS

      

Türkiyə vətəndaşları Bakıda səs verdilər (VİDEO)

Türkiyədə 2015-ci il parlament seçkilərinə bir həftə qalmış, ölkə xaricində səsvermə prosesləri start götürüb.

ANS TV-nin məlumatına görə, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs vermək üçün səfirlik və konsulluqlardakı məntəqələrə gəliblər.

Azərbaycanda səsvermə prosesi Bakıdan əlavə Gəncə və Naxçıvandakı konsulluqlarda davam edir.

Səsvermə saat 20:00-dək davam edəcək. Seçkidə Azərbaycanda yaşayan 6500-dən çox türk vətəndaşı iştirak edir.

Türkiyə xaricində vətəndaşların səsvermə prosesi iyunun 7-dək davam edəcək.

…read more

From:: ANS

      

“Sehirli alma”nın premyerası keçirildi (VİDEO)

Bəstəkar Oqtay Zülfüqarov ömrünün 86-ci ilini uşaqlara yazdığı yeni baletin təqdimatı ilə qeyd etdi. Uşaq mahnılarının müəllifi kimi tanınan xalq artisti Oqtay Zülfüqarov 86 illik yubileyi bu il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirildi.

ANS TV-nin məluatına görə, Opera və Balet Teatrında xalq artisti Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı “Sehrli alma” ikipərdəli baletinin premyerası baş tutdu. Premyeraya gələnlər bəstəkarın bu yaşda yazdığı baleti böyük maraqla izləyirdilər.

Bu yaşda insan sadəcə müdrik olmur, həm də uşaqlaşır. Ömrünü uşaqlara həsr edən bəstəkar elə bu gün də uşaqların əhatəsindəydi.

“Sehirli alma”nın premyerası anşlaqla keçdi. Balet sadəcə uşaqların deyil həm də elə valideynlərin də ürəyincəydi. Bunu onların alqışlarından da anlamaq olurdu.

Çünki Oqtay Zülfüqarov onların da uşaqlığının bəstəkarıdır. Oqtay Zülfüqarov baletin uğurlu olacağına hələ məşqlər zamanı inanırdı:

“Əsəri bəstəkar yazanda bilmir ki, orkestirdə bu necə səslənəcək. Məşq zamanı isə gördüm ki, bu çox gözəl səslənir. Mən düşündüm ki, ömrümüm axırında bir dənə uşaqlar üçün balet yazım. Üç opera, bir operetta yazmışdım. Amma balet yox idi. Baleti ona görə yazdım ki, uşaqları səhniyə alışdırım. Məqsədim isə uşaqlar həddi-buluğa çatanda bilsinlər ki, opera və balet nədir. Mən dünyamı dəyişəndə sonra, bunlar bizim balalarımıza yadigar qalacaq”.

Bu sözünüzlə razılaşa bilmirik Oqtay müəllim, uşaqlar sizdən daima yeni əsərlər gözləyirlər.

Allah sizə ömür versin ki, yazıb, yaradasınız!

…read more

From:: ANS