Ən çox qazandıran valyuta

Rubl aprel ayının ən gəlirli valyutası adlandırılıb. ANS PRESS-in məlumatına görə, Bloomberg bunu dünyada bütün valyutalar arasında ən yaxşı nəticə hesab edib.

Bir ay ərzində Rusiya valyutası ABŞ dollarına qarşı 12% möhkəmlənib. Dollara nisbətən bahalaşmış (103) valyutaların ümümi sayı ucuzlaşmış (52) valyutalara nisbətən aprel ayı ərzində ikiqat artıb.

Rublun dollara nisbətən mütləq minimu qeyd olunduğu 30 yanvar 2015-ci il tarixindən bu günədək Rusiya valyutası 20% çox möhkəmlənib.

Moskva vaxtı ilə 19:38-a olan məlumata görə, Moskva birjasında satışlar zamanı 1 ABŞ dollarının məzənnəsi 51,62 rubl təşkil edib. Bu zaman avronun kursu 57,35 rubl olub.

2014-cü ilin nəticəsinə görə, rubl dünyanın ən zəif valyutaları sırasında idi. Bir il ərzində o ABŞ dollarına nisbətən 41%-ə qədər ucuzlaşmışdı.

Bu neftin dünya bazarında kəskin ucuzlaşması, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, həmçinin Ukraynada yaranmış vəziyyətlə bağlı olub. …read more

From:: ANS

      

Saakaşvili yenidən prezident olur? (VİDEO)

Gürcüstanda müdafiə naziri İrakli Alasaniyanın vəzifəsindən kənarlaşdırılması ilə başlanan istefa dalğası gənclər və idman naziri Levan Kipianinin də tutduğu postdan uzaqlaşması hökumətin qüvvədən düşməsinə gətirib çıxartdı. Gürcüstan iqtidarı bir həftə ərzində yeni Nazirlər Kabineti qurmalıdır.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, gənclər və idman naziri Levan Kipiani Gürcüstan hökumətində vəzifəsindən istefa verən 7-ci nazir oldu. Ölkə konstitusiyasına görə hökuməti təşkil edən 20 nazirdən 1/3-i istefaya yollanarsa, yeni hökumətin qurulması məcburiyyəti ortaya çıxır.

Yaranmış vəziyyəti şərh edən Baş nazir İrakli Qaribaşvili bunu demokratik proses adlandırıb:

“Tərtib edəcəyim yeni Nazirlər Kabineti siyahısında hazırda vəzifədə olan bütün nazirlər yer alacaq. Parlamentdən və prezidentdən bu siyahının ən qısa zamanda təsdiqlənməsini xahiş edirəm”.

Yeni hökumətin təsdiqlənməsi üçün parlament bir həftə ərzində etimad səsverməsini həyata keçirməlidir. Parlamentdəki çoxluğu Qaribaşvilinin rəhbərlik etdiyi “Gürcü arzusu”nun üzvləri təşkil etdiyinə görə onun yenidən baş nazir olacağı gözlənilir. Parlamentin qərarına keçmiş baş nazir Bidzina İvanişvilinin de təsir edəcəyi deyilir.

Politoloq Qela Vaşadzenin sözlərinə görə, parlament Bidzina İvanişvilinin istənilən qərarını təsdiq edəcək: “Sadəcə ona görə ki, onlar ideya ətrafında yox, İvanişvilinin pulları ətrafında birləşiblər. Digər tərəfdən “Gürcü arzusu”nun Gürcüstan prezidenti Marqvelaşvili ilə ciddi problemi yarana bilər. Onlar nə dərəcədə danışıqlar apara biləcəklər, rusiyalı oliqarx İvanişvili faktiki olaraq hakimiyyətə gətirdiyi Marqvelaşviliyə nə dərəcədə təsir edə biləcək, bax bu, Gürcüstanın siyasi həyatındakı başlıca qalmaqaldır”.

Müxalifət partiyaları isə yaranmış vəziyyətdə etimadı itirən hazırkı iqtidarın hakimiyyətdən tamamilə əl çəkməsini tələb edirlər.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də ölkəsində hökm sürən siyasi duruma münasibət bildirib:

“Gürcüstan xalqı üçün bu bir təcrübə idi ki, nəyin pis, nəyin yaxşı olduğunu, nəyi itirə biləcəyini başa düşsün. İnsanlar anladı ki, bir neçə il öncə əldə etdikləri yüksək inkişaf tempini, yaxşılaşmış həyat şəraitini itirib. Gürcüstan xalqı elə guman edirdi ki, yeni hökumətdə bunları saxlamaqla yeni nəsə əldə edəcəklər. Ancaq onlara məlum oldu ki, hər şey əldən gedə bilər. Hazırda Gürcüstan xalq ayılma mərhələsindədir”.

Gürcüstan parlamentinin yeni …read more

From:: ANS

      

Ana və qız avtobusda zorlandı

Hindistanda yaşanan dəhşətli hadisə bütün dünyanı şoka salıb.

ANS PRESS-in məlumatına görə, Pakistanla sərhəddən 80 km uzaqlıqdakı Moğan şəhərinin yaxınlığında baş verən hadisə zamanı 14 yaşındakı Arshdeep Kaur ilə anası Şinder qohumlarını evinə getmək üçün avtobusa minib. Avtobusa mindikdən sonra qısa müddət sonra ana və qızına təcavüz edilməyə başlayır. Avtobusdakılar 14 yaşlı qızı tutub təcavüz etdikdən sonra şikayətlərini görəndən sonra daha da aqressivləşiblər.

Təcavüzə görə ana Kaur, avtobus sürücüsünə yaxınlaşıb kömək etməsini və avtobusu dayandırılmasını istəyib. Lakin sürücü avtobusu bir azda sürətləndirib.

Hazırda xəstəxanada olan Şinder Kaur təcavüzdən sonra onlara avtobusdan yerə düşməyə icazə verilmədiyini deməklə yanaşı onların avtobusdan yerə atıldığını deyib. Avtobusdan yerə atılan 14 yaşlı qız aldığı xəsarətlər nəticəsində dünyanı dəyişib.

Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb. Hadisə ilə əlaqədar indiyə kimi 4 nəfər saxlanılıb. …read more

From:: ANS

      

Bakıda torpaq alanların nəzərinə (CƏDVƏL)

Mövsümi ayların başlaması ilə əlaqədar bu ilin mart ayında torpaq bazarında təklif portfeli artaraq 437 ədəd təşkil edib ki, bu da əvvəlki aylarla müqayisədə 19,4 faiz çox, ötən ilin analoji dövrünün göstəricisinə nisbətən isə təqribən 2 dəfə azdır.

Müqayisə üçün: 2015-ci ilin fevralında torpaq bazarında təkliflərin sayı 366, 2014-cü ilin martında isə 815 ədəd olub.

Bu barədə ANS PRESS “MBA Consulting Group” şirkətinə istinadən məlumat verir.

Məlumata görə, buna səbəb torpaq bazarında aktivliyin artması olub, bu da öz növbəsində, qiymətin manatla ifadədə nisbətən artmasına gətirib çıxarıb.

“MBA Consulting Group” şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 13% azalıb.

Ötən ay bazara çıxarılan 1 sot torpağın orta qiyməti manatla ifadədə 5,91% artaraq 15.708 AZN/sot səviyyəsindən 16.636 AZN/sot səviyyəsində qərarlaşıb. Baş verən devalvasiya nəticəsində dollarla ifadədə isə orta qiymət 1 sota görə 20,88% azalaraq 15.844 $/sot təşkil edib.

Bakı şəhərinin rayonları üzrə qiymət artması ən çox Sabunçu, Suraxanı və Xətai rayonlarında qeydə alınıb – müvafiq olaraq 18, 12 və 16%. Qiymət artımının son ayda şəhərin bütün rayonlarında hiss edilməsini bu seqment üzrə olan tələbatın artması ilə əlaqələndirmək olar. Qiymətlərin və torpağa olan tələbatın artmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunub.

Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonu, Montin qəsəbəsində (106 000 $/sot), ən ucuz torpaq sahəsi isə Suraxanı rayonu, Hövsan qəsəbəsində (700 $/sot) qеydə alınıb.

Bakının rayonlarında və Abşeronda 1 sot torpağın qiyməti:

…read more

From:: ANS