İrəvanda "qanuni oğru" tutuldu (FOTO)

İrəvanda polislər “qanuni oğru”nu saxlayıb. ANS PRESS-in məlumatına görə, bu haqda erməni mətbuatı xəbər verib.

Xəbərə görə, polis əməkdaşları 35 yaşlı Luku Alanidze və 31 yaşlı Laşa Abzianidzeni cinayət axtarışının Baş idarəsinə aparıblar.

“Qanuni oğru” Luku Alanidze kriminal aləmdə Leki Rustavski adı ilə tanınır. Digər saxlanılan Laşa Abzianidze kriminal dünyada nüfuz sahibi hesab edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS

      

ABŞ hərbi gəmiləri İran sularında

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı qərar verib.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilir ki, Hörmüz boğazında ABŞ bayrağı altında üzən ticarət gəmilərini bir müddət hərbi gəmilər müşaiyət edəcək.

Qeyd edək ki, aprelin 28-də İran Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini saxlamışdı. İran tərəfi bəyan etmişdi ki, ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motiv dayanmır.

Tehran bir neçə saat sonra saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini azad etmişdi. …read more

From:: ANS

      

Arvadı Tottini bu şəkilləri ilə əsəbiləşdirdi (FOTO)

“Roma”nın əfsanəvi kapitanı Françesko Tottinin həyat yoldaşı İlari Blasi istirahət edərkən paparatsilərin hədəfinə tuş gəlib.

ANS PRESS-in məlumatına görə, onun çimərlik paltarında mətbuatda yayılan fotoları həyat yoldaşının əsəbiləşməsinə səbəb olub. Mətbuatda məhz bu şəkillərə görə, cütlük arasında problem yarandığı qeyd olunub.

İtaliyanın ən istedadlı futbolçularından biri “Roma”nın kapitanı Françesko Tottinin həyat yoldaşı İlari Blazi bir neçə dəfə soyunub kamera qarşısına çıxmaqla diqqət mərkəzinə düşüb. Model obyektivlər qarşısında poza verərək, ən zərif nahiyələrini nümayiş etdirib.

Amma Blazinin əsas məşğuliyyəti modellik deyil. O, tez-tez filmlərə çəkilməklə yanaşı, televiziyada aparıcılıq da edir. İlari ilk dəfə hələ 5 yaşında ikən kinoya çəkilib.

Qeyd edək ki, 34 yaşlı İlari dünyanın ən seksual futbolçu xanımlarından sayılır.

…read more

From:: ANS

      

Moskvada "Bakı 2015"lə bağlı marafon (VİDEO)

Moskvada Avropa Oyunlarının təbliğatı məqsədilə marafon yarışı keçirilib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya Azərbaycanlı Gənçlər Birliyi (AMOR) tərəfindən ilk Avropa Oyunlarının Moskvada tanıtımı məqsədiylə keçirilən marafonda Rusiyanın ali məktəblərində təhsil alan tələbələr iştirak edirdi.

Moskva Beynəlxalq Münasibətlər Universitetində keçirilən yarışmada qızlar 1200, oğlanlar isə 2400 metr məsafəyə qaçışda yarışdı.

Gərgin mübarizəyə səhnə olan turnirdə qızlar arasında 3 dəqiqə 59 saniyə nəticə ilə Olqa Romanova birinci yeri qazanarkən oğlanlar arasında 7 dəqiqə 16 saniyə ilə Bolat Koça qalib oldu.

“Bu gün mən qalib gəldim. Buna heç inana bilmirəm. Bu həm də mənim üçün ikiqat xoşbəxtlikdir. Çünki, bu yarışma Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunub. Mütləq bu oyunlara gedib yığmamızı dəstəkləyəcəm”, – deyə marafonun qalibi Olqa Ramanova bildirib.

“İlk dəfədir ki, Azərbaycanda bu cür, dünya miqyaslı idman tədbiri keçiriləcək. İdman tədbirilə bağlı buradan Azərbaycana gəlmək istəyənlər kifayət qədərdir. Hazırda burada görülən tədbirlər də məhz bu silsilədəndir. Biz burada bu cür tədbirləri keçirməklə çalışırıq ki, Azərbaycana gələn türistlərin sayı artsın. Gəlib ölkəmizlə yaxından tanış olsunlar”, – deyə AMOR-un icraçı direktoru Emin Hacıyev bildirib.

Qeyd edək ki, AMOR tərəfindən bu ilk aksiya deyil.

Daha öncə stolüstü tennisi turniri keçirən AMOR növbəti dəfə voleybol turniri keçirməyə hazırlaşır.

…read more

From:: ANS

      

Sabiq futbolçu narkotik ticarətində

“Real”ın sabiq futbolçusu Freddi Rinkon İnterpol (Beynəlxalq Cinayət Polisi İdarəsi) tərəfindən axtarılır.

ANS PRESS-in məlumatına görə, 48 yaşlı keçmiş futbolçu çirkli pulların yuyulması və narkotik ticarətində təqsirli bilinir.

11 il Kolumbiya millisində çıxış edən Rinkon İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilib. Kolumbiya mətbuatında yer alan xəbərə görə, Panamada çalışan Rinkon narkotik baronu Pablo Rayo Montano ilə iş birliyini davam etdirir.

Qeyd edək ki, F.Rinkon 1995-1996-cı illərdə “Real”ın şərəfini qoruyub.

…read more

From:: ANS