“Mac OS X” istifadəçilərinə xəbərdarlıq

Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Mac OS X” istifadəçilərinə öz antivirus bazalarını yeniləməyi və kompüterlərini viruslara görə yoxlamağı tövsiyə edir.

ANS PRESS-in məlumatına görə, mərkəzin tövsiyəsinə “Mac OS X” istifadəçilərinin “Opinionspy” troyanına yoluxma təhlükəsinin yaranması səbəb olub.

Sözügedən zərərverici istifadəçini izləyə və konfidensial məlumatları həmçinin, istifadəçinin brauzerdəki iş prosesini məsafəli (remote) serverə ötürə bilir.

Virus kompüterin şəbəkə kartı vasitəsilə keçən trafiki analiz etmək gücünə malikdir. Ani yazışma mübadiləsi proqramları (Microsoft Messenger, Yahoo! Messenger, AIM, iChat) üçün göndərilən şəbəkə paketlərini tuta bilir.

Troyan saytlarda yayılır və “Mac OS X” üçün proqram təminatı yükləməyi təklif edir. Yükləmə prosesi zamanı administrator imtiyazları əldə edən troyan sistemdə də öz işini administrator kimi davam etdirir. Əgər instalyasiya mərhələsində proqramı yükləmək pəncərəsində “I Disagree” seçilsə, kompüterə yalnız istifadəçinin internetdən endirdiyi hər hansı casus tərkibi olmayan proqram yüklənəcək. Əgər istifadəçi “I agree” variantını seçsə, endirdiyi proqramdan əlavə “PremierOpinion” tətbiqetməsi yüklənəcək. …read more

From:: ANS

      

Emil Balayevin adı yenə iştirak ərizəsinə salınmadı

Almaniya Bundesliqasında XXIII turunun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Emil Balayevin çıxış etdiyi “Ayntraxt” “Hamburq”u qəbul edib.

Oyun Frankfurt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emil Balayevin adı yenə iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Ayntraxt” 23 turdan sonra 31 xalla 8-ci pillədə qərarlaşıb. …read more

From:: ANS

      

Bakıda evdə kişi meyiti tapıldı

Bakıda mənzildə kişi meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən kişi cəsədi aşkar olunub və aidiyyəti üzrə təhvil verilib. …read more

From:: ANS