Soyqırımın canlı tarixi (VİDEO)

Ermənilərin Bakı ilə yanaşı ölkənin rayonlarında törətdiyi qırğınlardan ən böyüyü Qubada baş verib. Bu rayonda aşkarlanan məzarlıq sonradan soyqırımın canlı tarixinə çevirildi.

ANS TV-nin məlumatına görə, səhər saatlarından başlayaraq Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığa gələrək soyqırım qurbanlarının xatirəsini ehtiramla anırlar.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb.

Bura bölgə ilə yanaşı paytaxt və digər rayonlardan da gün ərzində ziyarətçilər gəlib.

“Ermənilərin törətdiyi bu vəhşiliyin uşaqların yaddaşından silinməmək məqsədilə bu gün Xocalı məktəblilərinin Quba Soyqırımı Memorial Kompleksinə və ərazidəki kütləvi məzarlığına gətirmişik”, – deyə ziyarətçi Vahab Dəvəli bildirib.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru Səidə Abbasova təxminən 600 insanın xüsusi qəddarlıqla qətlə yetirilərək kütləvi şəkildə basdırıldığı bu məzarlığın il ərzində müntəzəm ziyarət olunduğunu deyir.

Artıq 17 ildir ki, ölkədə azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Gün ərzində Qubadakı kütləvi məzarlığı xeyli sayda – 22000 insan ziyarət edib.

Ziyarətçilər bildiriblər ki, Quba məzarlıgı erməni vəhşiliyinin tarixi sübutudur və bu soyqırıma dünya səviyyəsində huquqi qiymət verilməlidir.

“31 Mart hadisələrində 16672 insan qətlə yetirilib. Təkcə Quba şəhərində 2 min adam bu hadisələrin qurban olub, 100 qadına təcavuz edilib, 25 milyon rubl ziyan dəyib, 167 kənd dağıdılıb”, – deyə tarixçı-müəllim Anar Murtuzov bildirib.

1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırım zamanı amansızcasına qətlə yetirdikləri insanlar arasında azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də var. Onlar da məhz bu kütləvi məzarlıqda defn olunub.

…read more

From:: ANS

      

Şəxsi adaları olan məşhurlar (FOTO)

Bir vaxtlar məşhurlar bahalı malikanə və yaxta almaqda bir-biri ilə yarışırdılar. İndi isə, deyəsən, tanınmış simalar öz milyonlarını xərcləməyə başqa yer tapıblar. Belə ki, məşhurlar və milyarderlər arasında son zamanlar şəxsi ada alanların sayı artıb.

Onların bəziləri sadəcə tənha adada yaxşı istirahət etmək üçün, bəziləri orada otel və digər infrastruktur tikmək üçün, bəziləri isə sadəcə “qara günə” sərmayə kimi ada alırlar. Gəlin, dünyanın ən bahalı şəxsi adalarının siyahısına nəzər salaq.

Bu siyahıda 10 ada yer alıb və onların sahibləri də gəlirlərinə və şöhrətinə görə bir-birindən geri qalmırlar.

1. Leonardo Di Kaprio – Blackadore rifi, Beliz
Leonardo Di Kaprio 2005-də bu adanı 1,75 milyona dollara aldı. Adanın uzunluğu 2,2 mil təşkil edir.

2. Coni Depp — Little Halls Pond Cay, Baham adaları
Bu 45 akr sahə bir mil uzunluğunda şəxsi adadır, hansı ki, Eksuma arxipelaqının bir hissəsidir. Adanın dəyəri 3,6 milyon dollar təşkil edir, burada dünyada ən gözəl mərcan lifləri yerləşmişdir.

3. Şakira – Bonds Cay, Baham adalarları
Bu 700 akrda böyük ada Şakiraya aiddir, dəyəri 16 milyon dolllardır.

4. Tim Mauqrou və Feyt Xill

5. Pamela Anderson

6. Devid Kopperfild, Muşa rifi, Baham adaları

Fokusçu Devid Kopperfildə 50 milyon dollar dəyərində olan cənubi Baham adalarlarında dörd ada aiddir. Şəxsi kurotunu yaratdığı Muşa rifi – bu 150 akr. O həftəlik 325,000 dollara bu adanı kirayə verir.

7.Tayler Perri

8. Mel Qibson – Manqo adası, Fici

Mənşəcə avstraliyalı olan Mel Qibson 2005-ci ildə Manqo adasını 15 milyon dollara alıb. Adanın sahəsi 5,400 akr təşkil edir və bu, ən böyük şəxsi adalardan biri sayılır.

9.Nikolas Keydj — Rif Lista, Baham adaları
Sahəsi 40 akr təşkil edir

10.Eddi Merfi. Xoruz rifi, Baham adaları
Eddi Merfi – ən yüksək maaşlı aktyorlardan biridir. O, 2007-ci ildə 15 milyona bu kiçik adanı alıb.

…read more

From:: ANS

      

Girov prokuror xilas edildi (VİDEO)

İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib.

ANS PRESS-in məlumatına görə, “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir.

Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

…read more

From:: ANS

      

Baş nazir Kardaşyanla qohum çıxdı (FOTO)

Böyük Britaniyanın baş naziri Devid Kemeronun porno ulduz Kim Kardaşyanla qohumluq əlaqələri var.

ANS PRESS-in məlumatına görə, bu haqda baş nazir özü Heat jurnalına müsahibəsində danışıb.

Məsələnin üstü “Kardaşyan Ailəsi” şousuna baxdığı barədə Kemerona verilən sual vaxtı açılıb.

Suala mənfi cavab verən baş nazir qeyd edib ki, Kardaşyana qohumluğu çatır.

The Daily Telegraph yazıb ki, Kardaşyanın və Kemeronun ümumi əcdadı 1555-ci ildə doğulmuş Uilyam Spensor sayılır.

…read more

From:: ANS

      

Azərbaycanda kütləvi qırğın (VİDEO)

Bu gün ölkədə 31 mart Azərbaycanlıların Soyqırımının 97-ci ildönümü anılır. Təxminən 100 il əvvəl, 1918-ci ilin martında bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradıblar. Martın 31-də Bakıda azərbaycanlıların kütləvi qırğını başlayıb.

Stepan Şaumyanın başçılığı ilə dinc əhaliyə qarşı törədilən soyqırımda Bakı sovetinin 6 min, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib. Üzərindən 97 il keçsə də, hələ də o günlər unudulmayıb. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini alıb.

Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd edilir.

31 mart qırğını üçün bəhanəni milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlunun qəfil ölümü verir. O vaxt Nargin adasından qaçırılmış bir qrup türk əsiri Lənkəranda azərbaycanlılara silahla davranış qaydalarını öyrədirdilər. Tağıyevin oğlu Məhəmməd də müsəlman diviziyasının zabiti idi və silahla ehtiyatsız davranması onun faciəli şəkildə ölümünə səbəb olmuşdu. Martın 27-də müsəlman diviziyasının bir qrup əsgər və zabiti “Evelina” gəmisində Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirir. Dəfndən sonra martın 29-da geri qayıtmaq istəyən müsəlman diviziyasının əsgərlərini bolşeviklər tərksilah edirlər.

Elə bu da əvvəlcədən planlaşdırılan təxribat üçün əsas olur. Hələ 1918-ci ilin fevralında “Bakinski raboçi” qəzetinə müsahibə verən Stepan Şaumyanın “Azərbaycanın muxtariyyətini arzu edən müsavatçılar bir yığın xarabalıqlar əldə edəcəklər” fikri sözdən əmələ keçir.

Müsəlman diviziyası əsgərlərinin tərksilah edilməsinə qarşı çıxan paytaxt və Bakı kəndlərinin əhalisi ayağa qalxır.

Araşdırmaçı-jurnalist Nəsiman Yaqublunun sözlərinə görə, belə bir vaxtda azərbaycanlılar ermənilərin bu tələblərinə qarşı çıxaraq İsmailliyyə binasında bir araya gələrək toplantı keçirdilər: “Toplantı zamanı qeyd olunub ki, necə olur ki, ermənilər silahlı dəstə saxlayır, amma biz saxlaya bilmirik. Artıq bu məsələ pik həddə çatanda silahlı ermənilər başladılar azərbaycanlılara qarşı soyqırım törətməyə. Azərbaycanların qətliamı 29-dan 30-na gecən gecə başladı. Qətliam aprelin 1-dək davam etdi”.

Həmin günlərdə Bakıda olan ingilis jurnalisti Skotlan Liddel deyirdi ki, əgər ölünü canlı …read more

From:: ANS

      

Vahid Mustafayev birliyə çağırdı (VİDEO)

Enerji problemi yaşanarkən paytaxt Ankarada azərbaycanlıların Soyqırımı anılırdı. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin də iştirak etdiyi tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasəti gündəmdə olub. Ankarada azərbaycanlıların soyqırımı ilə bağlı tədbirdə “Qarabağın səssiz harayı” filminin nümayişi planlaşdırılmışdı. Lakin işıqla bağlı yaranan texniki səbəblərdən filmin nümayişi də problemli olub.

31 mart soyqırımı Türkiyədə də anıldı. Paytaxt Ankara və İstanbul kimi iri şəhərlərdə isə anım mərasimləri daha geniş şəkildə təşkil olundu. Türkiyədə fəaliyyət göstərən səfirlərin, dövlət rəsmilərinin, ictimai xadimlərin qatıldığı mərasimdə “Qarabağın səssiz harayı” adlı filmin nümayişi nəzərdə tutulurdu.

Amma bütün ölkədə həmin vaxt yaşanan elektrik kəsintisi səbəbindən filmin nümayişində bir sıra texniki problemlər oldu.

Türkiyədəki anım mərasimlərinə qatılan ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev TRT Avaz kanalında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktları, o cümlədən Xocalı faciəsi barədə məlumat verdi:

“Problemli məqam odur ki, türk dünyası bir toplum olaraq mövcuddur. Amma aralarında bir rabitənin olmaması, bizim bir–birimiz haqqında məlumatların az olması sözsüz ki, həm bizim, həm də türk dünyasının inkişafı üçün problem yaradır. Yəni bir toplum digər toplumun problemini bilmədən həmin problemi bir daha yaşayır”.

TRT Avazda Vahid Mustafayevin “Qanlı yanvar” və “Xoca” filminin kadrları da yayımlandı. Eyni zamanda gün ərzində Türkiyənin bir çox telekanlları, o cümlədən TRT şəbəkisinə daxil olan bütün kanallarda Çingiz Mustafayevin çəkdiyi və Qarabağda, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərin əsas sübuta olan kadrlar yayımlanır.

Təsadüfi deyil ki, bu il TRT kanalı operatorlar üçün təşkil etdiyi beynəlxalq müsabiqədə Çingiz Mustafayev mükafatını təsis edib. Müsabiqəyə 89 ölkədən operator və jurnalistlər qatılıb. Onların arasından seçilən qalibə isə ilk dəfə olaraq Çingiz Mustafayev mükafatı təqdim olunacaq.

TRT Avazın direktoru Murad Akkoç da mükafatla bağlı fikirlərini bölüşdü: “Təxminən 6 ildən bu yana mükafatlandırma həyata keçirilir. Amma bu il isə istədik ki, mükafatlandırmanı fərqli bir formada keçirək. Hazırda özüm Türkiyə Haber Dərnəyinin idaretmə qurumuda təmsil olunuram. Və qərara gəldik ki, mükafatı Çingiz Mustafayevin adına təsis edək”

Müsabiqəyə Baş nazir Əhməd …read more

From:: ANS