Bakıda dəhşətli qəza, ölən var (FOTO)

Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var.

Saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində 02 BL 304 dövlət nömrə nişanlı “Lifan” markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra” və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil də onlara çırpılıb.

Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb.

Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı “MAZ” da qəza törətmiş avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı “KAMAZ” isə “MAZ”a çırpılıb.

“KAMAZ”ın sürücüsü dərhal hadisə yerində ölüb.

“KAMAZ”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688 dövlət nömrə nişanlı “VAZ 2107”ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”ə çırpılıb. “Mercedes” isə 90 LP 329 “Shevrolet Aveo” ilə toqquşub.

Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan olmayıb.

…read more

From:: ANS

      

Ərdoğan prokurorun girov götürülməsindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan girov prokurorun azad edilməsindən danışıb.

ANS PRESS-in məlumatına görə, Ərdoğan açıqlamasında Mehmet Səlim Kirazın yaralandığını təsdiq edib:

“Girovun azad edilməsi əməliyyatın 2 terrorçu öldürülüb. Prokuror da güllə yarası alıb. Hazırda əməliyyatdadır. İnşallah, bu əməliyyatın nəticəsində sağlamlığına qovuşar. Bu ibrət dərsi olmalıdır. Təbii mən polisimizi xüsusilə etdiyi əməliyyat səbəbi ilə təbrik edirəm. Çünki onlar gərəyini yerinə yetirə biliblər. Həkimlərimiz də əllərindən gələni edirlər. Bundan sonra ədliyyə binasındakı vəzifəli şəxslərin işlərini qiymətləndirmək lazımdır”.

Qeyd edək ki, Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparması səbəbindən girov götürüldüyü ehtimal olunur.

…read more

From:: ANS

      

Girov prokuror öldü

İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib

ANS PRESS-in məlumatına görə, terrorçular tərəfindən girov götürülən prokuror Mehmet Səlim Kiraz polisin xüsusi əməliyyatı zamanı azad olunarkən yaralanmışdı.

O baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı.

Xəstəxanada əməliyyat edilən prokurorun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə mətbuatı Səlim Kırazı şəhid kimi təqdim edib.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb. …read more

From:: ANS

      

Azərbaycanda zəlzələ ilə bağlı açıqlama (VİDEO)

Son vaxtlar Bakı və Abşeron yarımadasında, eyni zamanda ölkənin şimal və cənub bölgələrində seysmik aktivlik müşahidə olunmaqdadır.

ANS TV-nin Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayından, mart ayına kimi ölkədə irili-xırdalı 1800-dən çox yeraltı təkan qeydə alınıb. Onlardan da 10-u əhali tərəfindən hiss olub. Ən güclüsü isə mart ayının 26-da Xəzər dənizində baş verib. O da Rixter cədvəli ilə 4-5 bal gücündə olub.

Amma Xəzərin dərinliklərində baş verdiyi üçün paytaxtda və ətraf ərazilərdə hiss olunmayıb. Son təkanlar isə martın 30-da yerli vaxtla saat 15:22-də Pirqulu qəsəbəsindən 13 km şimalda, Şamaxı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

“Statistikya istinadən demək olar ki, ilin birinci rübündə yearaltı təkanlar daha çox olur. Azərbaycanda yeraltı təkanların artmasına gəlincə, bu bir o qədər də çox deyil. Burada söhbət əsasən ölkədə xırda 0,1 gücündə olan yeraltı təkanlardan gedir. Sadəcə olaraq texniki imkanların artması ilə əlaqədar olaraq qeydə alınan yeraltı təkan sayından artım müşahidə olunur”, – deyə Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Qurban Yetirmişlinin sözlərinə görə, ümumilikdə 2009-cu ildən bu günə kimi baş verən zəlzələlərin aktivliyi intensivləşib. Onlar da əsasən Xəzərin müxtəlif hissələrində, Şamaxı, İsmayıllı seysmoqen bölgəsində, Masallı, Lerik zonasında baş verib və əhali tərəfində hiss olunub. Amma heç bir dağıdıcı gücə malik olmayıb.

Qeyd edək ki, hazırda xüsusi avadanlıqlar və çihazlar vasitəsilə zəlzələnin hansı ərazidə gözlənildiyini, aktivliyin olduğunu müəyyən etmək mümkündür. Ancaq onun hansı gün, hansı saatda baş verməsini isə qabaqcadan təyin etmək hələ insanın gücü xaricindədir.

…read more

From:: ANS

      

Nazir Bakı-Tbilisi-Qarsdan danışdı

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı bütün öhdəlikləri yerinə yetiriblər və tikintini vaxtında başa çatdırıblar.

ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsində də işlər sürətlə davam edir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsindəki tunelin də tikintisi başa çatıb.

Baş nazirinin müavininin sözlərinə görə, tikinti işləri iki aydan sonra başa çatdırılacaq.

“Bu çox vacib və bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edən layihədir. İnanıram ki, dəmir yolu ilin sonuna tam istifadəyə veriləcək”, – deyə K.Kaladze vurğulayıb. …read more

From:: ANS

      

Polisin səhlənkarlığı təhlükə yaratdı (VİDEO, FOTO)

Rusiyanın Perm kənarı Çusova şəhərində iki polis əməkdaşı səhlənkarlığı illə diqqət çəkib.

ANS PRESS-in məlumatına görə, polislər xidməti avtomobilin üzərində “Kalaşnikov” avtomatını unudublar.

Səhlənkar polislərin bu hərəkəti şahidlər tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.

Yerli polis əməkdaşları avtomatı bir müddət nəzarətsiz halda öz xidməti avtomobilinin damında saxlayıb.

Video kadrlardan görünür ki, bir neçə dəqiqə ərzində Daxili İşlər Nazirliyinin iki əməkdaşı silahın olmadığını görmürlər.

Polislərdən biri avtomobil salonunda oturaraq mobil telefonla oynayır. Bu zaman sürücü polis başqa avtomobili buraxaraq maşını yerindən tərpədir. Bütün bu vaxt ərzində polislər tərəfindən unudulmuş avtomat onların maşınının üzərində idi. Xoşbəxtlikdən heç kim onu götürməyib.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS

      

Kamran Ağayevin komandası son 4 mövsümün rekordunu qırdı

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Kayserispor” 25 turdan sonra 53 xal yığmaqla son 4 mövsümün rekordunu qırıb.

ANS PRESS-in məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin də şərəfini qoruduğu “Kayserispor” son turda “Dənizlispor”u 3:1 hesabı ilə məğlub edərək bu rekorda imza atıb.

Qeyd edək ki, mövsümün bitməsinə 9 tur qalmış Kayseri təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Adana Dəmirspor”dan 5 xal irəlidədir. …read more

From:: ANS