İŞİD yenə baş kəsdi - VİDEO 18+

İŞİD terror qruplaşması ikinci yapon girovu da edam edib.

ANS PRESS-in məlumatına görə, İŞİD-çilər yaponiyalı girov Kenji Qotonun başının kəsilməsi ilə bağlı videonu sosial şəbəkədə yayımlayıb.

Con adı ilə tanınan üzü maskalı İŞİD cəlladı əvvəlcə Yaponiya hökumətinə mesaj göndərib, daha sonra əlindəki bıçaqla girovu qətlə yetirib.

“Şeytani koalissiyadakı müttəfiqləriniz kimi siz də bizim nəyə və hansı gücə qadir olduğumuzu gördünüz. Bütün ordumuz sizin qanınıza susamış haldadır. Abe, bu müharibədə tutduğunuz mövqeyə görə bu bıçaq sadəcə Kenjini kəsməyəcək. Sənin xalqından əlimizə keçənləri öldürəcəyik. Yaponiya üçün kabus başlasın” – deyə Con yapon baş nazirə sərt mesaj göndərib.

Xatırladaq ki, ötən həftə İŞİD yaraqlıları bir yapon girovu edam etmiş, daha sonra isə ikinci yaponun buraxılması üçün Yaponiya hökumətinə İordaniya ilə razılaşaraq orada təcridxanada saxlanılan terrorçu qadın Səcidə ər-Rişavinin azad edilməsini tələb etmişdilər.

…read more

From:: ANS

      

Netanyahunun arvadı görün nə edir

İsrailin baş naziri Binyamin Netanyahu öz postunu tərk etdikdən sonra ailənin maddi durumu üçün narahat olmaya bilər.

ANS PRESS-in məlumatına görə, İsrailin birinci xanımı Sara Netanyahu yaxın vaxtlarda öz qənaətçilliyinin və işgüzarlığı sayəsində kiçik qalmaqalın mərkəzində olub.

Müxalifət Saranı baş nazir iqamətgahında baş tutan qəbullardan sonra qalmış boş butulkaları təhvil verərək pulunu mənimsəmədə ittiham edib.

Əlbəttə, birinci xanım bomjlarla və kasıblarla birlikdə butulkaların qəbul məntəqələrinə növbədə durur. Bunun üçün onun qulluqçuları var.

Belə reaksiyaları Netanyahu ailəsi, adətən sakit şəkildə qarşılayırlar. Ancaq bu dəfə hər şey başqa cürdü. Çünki tezliklə – 17 martda seçkilər var.

İsrailin birinci ailəsinin nümayəndəsi dərhal “Haaretz” qəzetində ifşa edici nəşrə reaksiya verib. Onun sözlərinə görə, Netanyahu demək olar ki, boş butulkaların təslim etməsi üzrə əməliyyatdan alınmış 4 min şekeleyi xəzinəyə qaytarıb.

Bundan başqa, Sara Netanyahunun personalı tez-tez təhqir etdiyi də bildirilir. …read more

From:: ANS

      

Emil Balayevin komandası uduzdu

Almaniya Bundesliqasında II dövrəyə start verilib.

ANS PRESS-in məlumatına görə, Emil Balayevin transfer olunduğu “Ayntraхt” “Frayburq”un qonağı olub.

Oyun Frankfurt təmsilçisi üçün uğursuz alınıb. Belə ki, “Ayntraхt” 1:4 hesabı ilə yenilib.

Emil Balayev matçın iştirakçısı olmayıb. Baş məşqçi Tomas Şaaf qapı хəttini Kevin Trappa tapşırıb. Ehtiyat qapıçı kimi isə “18-liy”ə Feliks Viedvaldın adı salınıb. …read more

From:: ANS

      

Millimizin üzvü Almaniyada qol vurdu

Almaniyanın “Karlsruher” klubu növbəti yoxlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun komandası “Frankfurt”la qarşılaşıb.

“Karlsruher” 3:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Nazarov fasilədə əvəzlənib. O, komandasının ilk qolunu vurub.

Qazaxıstanın Krasnoarmeysk şəhərində anadan olan 22 yaşlı hücumçu Almaniya futbolunun yetirməsi sayılır.

Belə ki, 1990-cı il aprelin 4-də anadan olan Dmitrinin karyerası Almaniya ilə bağlıdır. Uşaq illərində “Vormatia Vorms” komandasında oynayan Nazarov sonradan məşhur “Kayzerslautern”in skautlarının diqqət mərkəzinə düşüb. …read more

From:: ANS