Homoseksual belə edam edildi (FOTO)

İŞİD terrorçu qruplaşması növbəti dəfə edamla gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, terrorçular homoseksual olduğu bildirilən bir nəfəri cəzalandırmaq məqsədilə çoxmərtəbəli binanın damından aşağı atıb.

İŞİD edamın fotolarını internetdə yayımlayıb.

Suriyanın Rəqqa şəhərində homeseksual gənci gözləri və əlləri bağlı şəkildə binadan aşağı atıblar.

Xatırladaq ki, ötən ay da İŞİD terrorçuları iki homoseksual gənci hündürmərtəbəli binanın damından aşağı atmışdılar.

Qeyd edək ki, İŞİD-in edam üsullarından biri də yandırmaqdır. Belə ki, edam ediləcək şəxsi qəfəsə salaraq od vurub yandırırlar.

…read more

From:: ANS

      

"Azərbaycanda futbola ancaq "Renge Rover"i olanlar gəlir"

“Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim. Bakı tezliklə Dubaya çatacaq. Buradakı mağaza və butikləri London və Milandakılarla müqayisə etmək olar. Burada hər kəs qarşıdakı Avropa oyunlarına hazırlaşır. Həmin turnir iyun ayında keçiriləcək”. ANS PRESS-in məlumatına görə, bu sözləri “İnter”in holland futbolçusu Ruben Şaken deyib.

“Voetbal International”a danışan Hollandiya yığmasının sabiq üzvü hələ dil bilməməsinə görə çətinlik çəkdiyini bildirib: “Komandada heç kim ingilis dilində danışmır. Fransalı oyunçumuz olsa da, ona da ancaq “salam” və “işlərin necədi” kimi suallar vermək olur. Azərbaycan dili ilə yanaşı, burada rus və türk dillərindən istifadə olunur. Klub rəsmilərindən xahiş etmişəm ki, mənə heç olmasa rus dilində tərcüməçi tapsınlar ki, baş məşqçinin verdiyi tapşırıqları başa düşüm”.

Şaken Bakıda maşın sürməyin qorxulu olduğunu deyib: “Şadam ki, “Qarabağ”da oynayan Leroy Corc elə də uzaqda yaşamır. O, xeyli müddətdi burda olduğuna görə mənə çox kömək edir. Sürücümü də unutmamalıyam. O, burada mənə hər şeyi göstərir, hər yerə aparır. Özüm sürə bilmirəm. Çünki burada avtomobil idarə etmək bir qədər qorxuludu. Sürücüm həm də mənim üçün tərcüməçilik edir”.

Holland futbolçu oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib: “Əlbəttə, azarkeşlik baxımından Hollandiyada, “Feyenoord”da gördüklərimi burdakılarla müqayisə etmək olmaz. Azərbaycanda oyunların iş saatlarında, gündüz vaxtı keçirilməsinə çox təəccübləndim. Həm də burada futbola ancaq “Renge Rover”i olan varlılar gəlirlər”. …read more

From:: ANS

      

Düşmən ordu ağır itki verdi

Ermənistan ordusu cəbhə xəttində ağır itki verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilir ki, bu gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində 2 erməni əsgəri öldürülüb.

Belə ki, 1979-cü il təvəllüdlü hərbçi Artak Aqekyan və 1995-ci il təvəllüdlü Hayk Baroyan öldürülüb.

Qeyd edək ki, son aylar erməni hərbi birləşmələr Azərbaycan Ordsunun mövqelərinə kəşfiyyat-təxribat hücumları həyata keçirirlər. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir. 2014-cü ildən bu yana Ermənistan silahlı qüvələri 100-dən çox itki verib. …read more

From:: ANS

      

Nemtsovu onlar öldürdü (VİDEO)

Müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, “Smolensk” metrosunun yaxınlığında tapılan maşında olan iki nəfərin görüntüsü müşahidə kameralarının obyektivlərinə düşüb.

Ehtimal edilir ki, müxalifət liderinin qatilləri məhz onların düşdüyü “Lada-Priora” avtomobili vasitəsilə hadisə yerindən qaçıblar.

Hazırda tədqiqatçılarda bu fərziyəni fakta çevirmək üçün heç bir əsaslı sübutu yoxdur. Həmin maşın İnquşetiya Respublikası sakini olan bir qadının adına qeydiyyatdadır.

…read more

From:: ANS

      

Milyardlıq müqaviləmiz (FOTO)

Azərbaycan Amerika Birləşmiş Ştatlarının Boeing şirkətindən daha 3 yeni yük təyyarəsi alacaq.

ANS TV-nin məlumatına görə, bununla bağlı şirkətin nümayəndələri ilə müqavilə imzalanıb. 3 ədəd Boinq 747-8F yük təyyarələrini Azərbaycanın Silk Vey Qrup şirkəti öz təyyarə parkına daxil edəcək.

İndiyədək şirkətin eyni modeldən 2 təyyarəsi olub. Bundan başqa 3 ədəd Boinq 747-400 hava gəmisi də istismar olunub. Beləliklə, yeni müqavilələrlə Boinq yük təyyarələrinin sayı 8-ə çatacaq.

İmzalanma mərasimində hər iki şirkətin rəhbərliyi ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanın da iştirak etməsi 1,1 milyardlıq bu anlaşmanın əhəmiyyətindən xəbər verirdi. Amerika tərəfi Azərbaycanın bir biznes tərəfdaşı kimi də Qafqazda vacib rolunu qeyd etdi.

Boeing şirkətinin vitse-prezidenti Marti Bentrot bildirib ki, şirkət Azərbaycanla 20 ildən artıqdır ki, əməkdaşlıq edirik: “Bu çox etibarlı və davamlı əməkdaşlıqdır. Gələcəkdə də bunu davam etdirmək niyyətindəyik”

Bu təyyarələrlə Silk Vey yükdaşıma istiqamətlərini genişləndirəcək.

747-8F Boinqin yük təyyarələri arasında öz imkanları ilə seçilir. Bu təyyarə əvvəlki 747-400-dən 16% çox, 146 ton yük götürə bilir. Eyni zamanda yükdaşıma xərclərini minimuma endirir. Razılaşmaya görə, yeni təyyarələrin ilki bu ilin avqustunda, qalan 2-si 2016-cı ildə Azərbaycana təhvil veriləcək.

…read more

From:: ANS

      

Putin: Alçaqları cəzalandıracam

Rusiya prezidenti Vladimir Putin müxalifət lideri, məşhur siyasətçi Boris Nemtsovun anasına teleqram ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, Putin Nemtsovu qətlə yetirən şəxslərin layiqli şəkildə cəzalandırılıcaqlarına inandığını bildirib:

“Alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq”.

Qeyd edək ki, Boris Nemtsov ötən gün Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı “Ford Mondeo” və “Kia-Rio” maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. …read more

From:: ANS

      

Nemtsovun öldürülmə anı (VİDEO, FOTO)

Rusiya müxalifət lideri Boris Nemtsovun qətlini görən üç şahiddən biri danışıb.

ANS PRESS-in məlumatına görə, şahid Viktor.M cinayətkarların siyasətçini onun gözləri qarşısında güllələdiyini bildirib.

Onun sözlərinə görə, Boris Nemtsov bir qızla Böyük Moskva çayı körpüsü ilə gedirmiş. Birdən atəş səsləri eşidildi və qızın yanındakı şəxs yerə yıxıldı.

Şahidin sözlərinə görə yolun digər tərəfinə bir nəfər qaçdı. O hasarı keçərək maşına oturub getdi.

“Mən tez ona kömək eləməyə gəldim. Amma artıq gec idi. Boris Nemtsov xırıldayırdı və bir neçə dəqiqədən sonra öldü”.

…read more

From:: ANS