McDonald’s-da atışma: ölənlər var

Kanadanın Toronto şəhərində McDonald’s restoranında atışma olub.

ANS PRESS-in məlumatına görə, atışma nəticəsində 2 nəfər ölüb.

CTV telekanalının yadığı xəbərə görə, restoranda 3 nəfər bir-birilə mübahisə etdikdən sonra əlbəyaxa olub. Daha sonra tərəflər silahlara əl atıblar.

Restoranın daxilində atışma baş verib. Yaralanan iki nəfər elə hadisə yerindəcə ölüblər. Bir nəfər isə ağır yaralanıb və xəstəxanayaa aparılıb.

Ölənlərin 25 – 40 yaşlarında olduğu bildirilir. Mübahisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı cinayət işi açılıb. …read more

From:: ANS

      

Rusiya ilə nüvə savaşı qorxusu

Rusiya Böyük Britaniya üçün təhlükəyə çevrilib və Britaniya özünü və müttəfiqlərini qorumaq üçün addımlar atmalıdır.

ANS PRESS-in məlumatına görə, bu haqda Gizli Kəşfiyyat Xidməti “MI6”-nın sabiq başçısı Ser Con Sauers bildirib.

Bu yaxınlarda təqaüdə çıxan Sauers BBC Radio 4 Today proqramına bildirib ki, Rusiya “dövlətə təhlükə” yaradır.

Con qeyd edib ki, bu cür təhlükələrlə mübarizə aparmaq üçün müdafiəyə daha çox pul sərf olunmalıdır. Amma o, Rusiya ilə bağlı məsələlərin “artırılmış dialoq” vasitəsilə həll olunmasına çağırıb.

Rusiya birbaşa Birləşmiş Krallığa yox, ətrafındakı ölkələrə təhlükə yaradır, o deyib: “Rusiya təkrarən bizə xatırladır ki, onların nüvə silahları var. Rusiya ilə Amerikanın bərabər olduğu yeganə səviyyə, nüvə səviyyəsidir. Biz 1962-ci il Kuba raket böhranının təkrar olunmasını istəmirik ki, bu da bizi nüvə müharibəsinin həddinə çatdırsın. Biz bunu artırılmış dialoq vasitəsilə həll etməyə qadir olmalıyıq”. …read more

From:: ANS

      

Kamran ehtiyada qaldı, komandası 3 qol buraхdı

Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, Kamran Ağayevin çıхış etdiyi “Kayserispor” “Adana Dəmirspor”u qəbul edib.

“Kayserispor” 3:0 hesabı ilə önə keçdiyi oyundan bir хalla ayrılıb – 3:3. Kamran Ağayev yenə meydana çıхmayıb və ehtiyatda qalıb.

Qeyd edək ki, “Kayserispor” 22 turdan sonra 44 хalla turnir cədvəlinə başçılıq edir. …read more

From:: ANS

      

Bahalı maşınlarla Avropada "avtoş"luq edən azərbaycanlılar (FOTO)

Başı Donbassda Rusiyadan dəstəklənən separatçılarla ağır müharibəyə qarışmış Ukraynada bu dəfə azərbaycanlıların “avtoş”luğu yerli sakinlərə problem yaradıb.

Kiyevin mərkəzində Kreşatik və Boqdan Xmelnitski küçələrinin kəsişməsində üç xarici markalı avtomobil – “Mersedes-Benz C63 AMG”, “Seat Leon” və “Nissan Juke” toqquşublar.

Hadisə şahidlərinin bildirdiyinə görə, “Mersedes” və “Seat” Kreşatik küçəsi ilə sürətlə Kiyevin Müstəqillik meydanına tərəf hərəkət edirmiş. Yolayırıcında “Mersedes” hərəkətdə olan qalan avtomobilləri ötərək birbaşa Maydana tərəf istiqamət alıb. Onun ardınca “Seat” sağ cərgədəki avtomobilləri keçərək “Mersedes”in ardınca şütüyüb, lakin yolayırıcına daxil olan avtomobillər toqquşublar. Toqquşmadan sonra avtomobillərdən biri qarşı tərəfdən gələn və orta cərgə ilə hərəkət edən “Nissan Juke”la toqquşub. İlkin məlumata görə toqquşma nəticəsində maşınların hər üçü əzilib, “Seat”ın sürücüsü və sərnişini xəsarət alıb. Hadisə yerinə üç təcili yardım briqdası gəlib.

Şahidlərin bildirdiyinə görə “Mersedes” və “Seat”da sürət yarışına çıxanlar Azərbaycan vətəndaşları olublar, qəza da onların üzündən baş verib. Ukrayna milisi qəzada kimin günahkar olması və səbəbkarların kimlikləri barədə məlumat verməyib.

…read more

From:: ANS

      

Putinin rəqibi belə öldürüldü (VİDEO, FOTO)

Rusiya müxalifət lideri, məhur siyasətçi Boris Nemtsovun həyatının son dəqiqələrinin videosu yaylıb.

ANS PRESS-in məlumatına görə, bu kadrlar Qırmızı meydan yaxınlığında yerləşən Mərkəzi univermağın müşahidə kameralarına düşüb.

Boris Nemtsov və Anna Duriçkaya mərkəzi univermağın içində yerləşən “Bosko-kafedə” axşam saat 10-da görüş təyin ediblər. Onalr müxtəlif qapılardan ticarət mərkəzinə giriblər və bir neçə dəqiqə zəngləşərək bir-birini tapmağa çalışıblar.

Görüş yerinə birinci Boris gəlib. Onun sevgilisi bir neçə dəqiqə sonra təyin edilmiş yerə gəlib.

Anna əvvəlcə qapıda dayanıb, ətrafa göz gəzdirdikdən sonra kafeyə girib. Daha sonra cütlük gəzintiyə çıxıb. Onlar Böyük Moskva çayı körpüsünə 10 dəqiqə ərzində çatıblar.

Bundan 3 dəqiqə sonra isiyasətçi öldürülür.

…read more

From:: ANS

      

"Qarabağ": "Qəbələ"dən "Qəbələ"yədək

“Qarabağ”ın qələbə seriyası qırılıb. ANS PRESS-in məlumatına görə, Ağdam klubu 6 oyundan sonra məğlubiyyət acısı yaşayıb.

“Qarabağ” Premyer Liqanın XXIV turunda doğma meydanda “Qəbələ”yə yenilib – 0:1. Maraqlıdı ki, Qurban Qurbanovun yetirmələri sonuncu məğlubiyyəti də məhz bu komandadan almışdı. XVI turun dekabrın 14-ə təsadüf edən oyununda 1:2 hesabı ilə yenilən ağdamlıları 76 gündən sonra yenə “Qəbələ” məyus edib.

“Qarabağ” “Qəbələ”yə ötən ilin 14 dekabrındakı məğlubiyyətdən sonra “Xəzər Lənkəran”, “Sumqayıt”, “Bakı”, AZAL, “Simurq” və “Neftçi”ni məğlub edib.

XVII Xəzər Lənkəran – Qarabağ 2:3
XVIII Qarabağ – Sumqayıt 2:0
XX Qarabağ – Bakı 4:1
XXI AZAL – Qarabağ 0:1
XXII Qarabağ – Simurq 1:0
XXIII Neftçi – Qarabağ 0:1 …read more

From:: ANS

      

Nemtsovun öldürüləcəyi əvvəlcədən bilinirmiş (FOTOFAKT)

Rusiya müxalifət lideri Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir.

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinirmiş.

Belə ki, Vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib.

“2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb”, deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl 21:40 qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb.

Əldə edilən məlumatlara görə, Vikipediyaya yerləşdirilən yazının İP ünvanı İvanova şəhərindədir.

…read more

From:: ANS

      

Erməni əsgər necə öldürüldü?

Qarabağ bölgəsində ölmüş 19 yaşlı erməni əsgər Albert Safaryanın valideynləri intihar versiyasına inanmır.

ANS PRESS-in məlumatına görə, ölən əsgərin atası E.Safaryan bildirib ki, onun oğlu intihar etməyib, Safaryanı əsgər yoldaşları öldürüblər.

“Mənə dedilər ki, oğlum intihar edib və məktub qoyub. Amma məktubu mənə göstərmədilər. Məktubda yazılanları mənə şifahi olaraq dedilər. Guya oğlum məktubda yazıb ki, ailəsində problemləri olduğuna görə intihar edib. Buna inanmıram, əlimdən gələni edəcəm ki, həqiqəti üzə çıxarım”, – deyə ata Safaryan bildirib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi erməni əsgər Albert Safaryanın ölümü ilə bağlı açıqlama yaymışdı. Bildirilirdi ki, Safaryan avtomatdan çənəsinin altına güllə atıb. İstintaq Komitəsi hadisə ilə bağlı intihara çatdırma maddəsi ilə cinayət işi açıb. …read more

From:: ANS

      

Dörd liderə ölum hökmü verildi

Misirdə Qahirə məhkəməsi qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının dörd lideri barəsində ölüm cəzası çıxarıb.

ANS PRESS-in məlumatına görə, hərəkatın daha 14 üzvü barəsində isə ömürlük həbs cəzası kəsilib.

Onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı qarşısında baş vermiş qanlı hadisələri törətməkdə ittiham olunublar.

Həmin vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında yaranan toqquşmada 10-a yaxın şəxs həlak olmuş, 100-dən çox adam yaralanmışdı.

Ömürlük həbs cəzası alanlara arasında “Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləridə var. …read more

From:: ANS