ABŞ-dan Kiyevə sərt xəbərdarlıq

ABŞ Ukrayna hakimiyyətinə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payet Poroşenko hakimiyyətini islahatlara başlamağa çağırıb. Amerikalı diplomat Ukraynanın “Zerkalo nedeli” nəşrinə müsahibəsində deyib ki, əgər Ukraynada islahatlar ləngidilsə hakimiyyət orqanlarının istər ABŞ, istərsə də Avropa İttifaqı tərəfindən dəstəklənməyə ümid etməsi çox çətin olacaq:

“UKraynanın qarşısında çox böyük təhdidlər durur – keçmişdən miras qalmış paradiqmaların öhdəsindən gəlməlidir0. Söhbət pəncərələrin pərdələrini dəyişməkdən yox, əsaslı dəyişikliklər aparmaqdan gedir. Biz öz mövqeyimizi çox dəqiq ifadə etmişik: əgər siz ciddi islahatlar aparsanız, onda Birləşmiş Ştatlar sizin uğurunuz üçün ciddi sərmayə qoyacaq. Əgər islahatlar ləngidilsə, onda sizin istər bizim konqres tərəfindən, istərsə də avropalı tərəfdaşlarınız tərəfindən dəstəklənməyə ümid bəsləməyiniz çox çətin olacaq”.

“Futbol matçındakı kimi oxşar vəziyyət yaranıb: hücum mövqeyini dəstəkləmək və qoruyub saxlamaq lazımdır. Matçda hər 15 dəqiqə ötəndən sonra tabloda sizə qiymət verilir. Buna görə də keçmişdəki xidmətlərinizə istinad edərək deyə bilməzsiniz: aprel ayında biz təhsil islahatı aparmışıq. Olduqca çox islahatlar aparmaq lazımdır. Burada həm prezident üçün, həm də Ali Radanın sədri üçün vəzifələr var”, – deyə səfir fikrini tamamlayıb. …read more

From:: ANS

      

Tiflisdə etiraz aksiyası keçirildi (FOTO)

Bu gün Tiflisdə “Vətənpərvərlər Alyansı”nın təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif qeyri-hökumət təşkilatlarının və şəhər sakinlərinin qatıldığı etiraz aksiyası keçirilib. Minlərlə insan axını küçələrə çıxaraq “Milli Hərəkat” partiyasının üzvlərini cəzalandırmağı tələb ediblər.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, onlar yeni hökumətdən vədlərinə əməl etməyə çağırışlar səsləndiriblər. “Rustaveli” metrosunun qarşısında başlayan aksiyada iştirakçılar hüquq müdafiəçisi Yuri Vazaqaşvilinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Vətənpərvərlər Alyansı” qeyri-hökumət təşkilatının sədri İrma İnaşvili jurnalistlərə açıqlamasında keçmiş hökumət nümayəndələrinin hələ də saxlanılmamasına münasibət bildirib: “Bizim məqsədimiz odur ki, cəmiyyətin səsini Gürcüstan hökumətinə çatdıraq. Bildirim ki, cəmiyyətlə hökumət arasında əlaqə itib. Saakaşvili sərbəst şəkildə o ölkədən-bu ölkəyə gedir. Adeişvili saxlanılmayıb. Onlar bizə gülürlər. Vazaqaşvilini oğlunun qəbrini ziyarət edərkən öldürdülər. Biz buna səbr edə bilmərik”, deyə İrma İnaşvili vurğulayıb.

İ. İnaşvili “Milli Hərəkat”ın ünvanına mənfi münasibətini də bildirib: “Biz uşaqlarımızın gələcəyi üçün çıxışlar etməliyik. “Milli Hərəkat”ın üzvləri illər boyu etdiklərini daha edə bilməyəcək”, deyə İ.İnaşvili qeyd edib.
Aksiya iştirakçıları Bidzina İvanişvilinin iqamətgahına doğru yürüş ediblər.

İştirakçılar həmçinin “Tiflisin panoraması” layihəsinə də etiraz ediblər. Onlar əllərində müxtəlif şüarlar yazılan plakatlar, bayraqlar tutaraq Gürcüstan parlamentinin keçmiş binasının qarşısına və Tiflis şəhər bələdiyyə idarəsinə doğru hərəkət ediblər. Etiraz aksiyası zamanı polis patrul xidməti iştirakçıların təhlükəsizliyini qoruyub. İştirakçılar “Tiflis panoraması” layihəsinin əleyhinə Sololaki küçəsində “SOS” yazıblar. Aksiya Tiflisin qədim Sololaki yaşayış məhəlləsində sona çatıb.

…read more

From:: ANS

      

Qaradərili gözəlçə soyundu (FOTO)

Amerikalı pop ulduz Rihanna yeni fotosessiya etdirib.

ANS PRESS-in məlumatına görə, qaradərili gözəlçə bu dəfə “I-D Magazine”üçün soyunub.

Son günlər dünya mətbuatı Riannanın Leonardo Di Kaprio ilə ehtiraslı romanı haqqında yazır.
26 yaşlı ifaçı bütün bunlara rəğmən öz işindədir. Rianna “I-D Magazine” jurnalının üz səhifəsini bəzəyib.

Nəşrin yeni nömrəsinin qəhrəmanını fotoqraf Paolo Roversi çəkib.

Fotolarda Rihanna qranj stilində saç düzümü və makiyajı ilə də diqqət mərkəzinə düşüb.

…read more

From:: ANS

      

“Baku Fires” qazaxlara məğlub oldu

Dünya Boks Seriyasının (WSB) üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada Azərbaycanın “Baku Fires” boks klubu Qazaxıstanın “Astana Arlans” kollektivinə 3-2 hesabı məğlub olub.

ANS PRESS-in məlumatına görə, qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü Rəsul Saliyev (49 kq) Temirtas Jusupova məğlub olub. İkinci döyüşdə təmsilçimiz Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovla mübarizədə rinqi qalib tərk edib. Heybətulla Hacəliyev (64 kq) ilə Asxat Ualixanov arasındakı döyüş gərginliyi ilə seçilib. Çətin mübarizədə boksçumuz qalib gələrək komandamızı hesabda irəli çıxarıb. Dördüncü döyüşdə rinqə çıxan Rahil Məmmədli (91 kq) isə Vasili Levitə məğlub olub. Beləliklə qarşılaşmanın taleyinə sonuncu döyüşdə aydınlıq gətirilib. Komandamızın üzvü Jaba Xositaşvili (75 kq) bu qarşılaşmada rəqibi Meyrim Nursultanova məğlub olub.

Beləliklə də Qazaxıstan boksçuları ümumi hesabda qələbəni təmin ediblər – 3-2. …read more

From:: ANS

      

Cinayətkar dəstə lideri tutuldu

Moskvada Kirov cinayətkar qruplaşmasının lideri Mixail Prokopyev saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Prokopyev cinayətkar qruplaşma təşkil etməkdə ittiham edilir.

“Bu gün qanun keşikçiləri Moskvada Mixail Prokopyevi saxlayıb. (O, “Prokop” ləqəbi ilə məşhurdur -red.) “Prokop”, 90-cı illərin sonunda “Prokopovskie” adını almış Kirov cinayətkar qruplaşmasının lideri olub”,- deyə Moskva polisindən verilən açıqlamada bildirilib.

Hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında məsələyə baxılır.

İstintaqın versiyasına görə, Prokopyev 1994-cü ildə Kirovda cinayətkar qruplaşma yaradıb.

Qruplaşma reketliklə məşğul olub və bir çox ağır cinayətlərdə iştirak edib. …read more

From:: ANS

      

Kişi əkiz uşaq doğdu

Genetik kişi olan bir qadın əkiz uşaq doğub.

ANS PRESS xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “Daily Mirror” qəzeti məqalə dərc edib.

Məqalədə deyilir ki, genetik olaraq kişi olan Hayley Hayns adlı bir qadın 9 ildən sonra əkiz uşaq dünyaya gətirib. Buna qədər isə qadın hormon müalicəsi alıb.

Qadın xəstəliyi keçirmədiyi üçün 19 yaşında həkimə müraciət edir və həkim ona genetik olaraq kişi olduğunu deyir. Qadın kimi görünməsinə baxmayaraq Hayley yumurtalıqları, döl yatağı olmadığı üçün uşaq sahibi ola bilməyəcəyini həkimdən eşidir.

Bundan sonra Hayley Haynes hormon yerləşdirmə müalicəsi alır və balon körpə üsulu ilə hamilə qalır. 28 yaşlı qadın uşaq dünyaya gətirdiyi üçün xoşbəxt olduğunu deyib. …read more

From:: ANS

      

Quldurluq edən keçmiş məhkum tutuldu

Kürdəmirdə quldurluqda şübhəli bilinən şəxs tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, naməlum şəxs rayon sakini Elnarə Babayevanı qayçı ilə hədələyərək çantasını almağa cəhd göstərib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Qədirov tutulub.

Fakt üzə araşdırma aparılır. …read more

From:: ANS

      

Sarkisyan erməni anaya rəhm etmədi (VİDEO, FOTO)

İrəvanda prezident iqamətgahının qarşısında 11 gündür aclıq aksiyası keçirən Anait Aruşanyan Serj Sarkisyanla söhbət edib.

ANS PRESS-in məlumatına görə, Aruşanyan öz oğlu Aşotun işi üzrə prezidentdən ədalət tələb edib.

Sarkisyan isə bu məsələnin ondan asılı olmadığı bildirib: “Buna məhkəmə baxır. Nə vaxt ki, Kassasiya məhkəməsinin qərarı olacaq, onda mən sizi qəbul edəcəyəm”.

Xatırladaq ki, HSBC bankının keçmiş əməkdaşı Aşot Aruşanyan “Manana Qrey” MMC direktor müavininin maşınından 56 milyon dram oğurluğda ittiham olunaraq 5 il 6 ay həbs cəzasına məhkum edilib. Aşota bəraət qazandırmağ tələbilə onun 8 qohumu prezident sarayı qarşısında aclığa başlayıb.

…read more

From:: ANS