Vatikanda uşaq pornoqrafiyası tapdılar (FOTO)

Vatikanda uşaq pornoqrafiyasının saxlanılması ilə bağlı iki hadisə qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, bu barədə şəhər-dövlətin baş prokuroru Can Pyero Milano açıqlama verib.

Prokuror qeyd edib ki, uşaq pornoqrafiyası saxlama ilə bağlı iki müxtəlif səpkili hadisə araşdırılır.

İtalyan KİV-nin məlumatına görə, hadisələrdən biri keçən il pedofiliya ittihamı ilə əlaqədar həbs edilmiş kardinal Yuzef Vesolovskoqo ilə bağlıdır .

Pornoqrafiyanın saxlanılmasının aşkar edilməsi haqqında məlumatlar bu günlərdə dərc edilmiş Vatikan prokurorluğunun fəaliyyəti haqqında illik hesabatda təqdim edilib.

İdarənin məlumatına görə, 2014-cü ildə üç dəfə Vatikana narkotikləri çatdırmaq cəhdi qeyd olunub. Qadağan edilmiş maddələr poçt ilə xarici ölkələrdən göndərilib. Bundan başqa, keşişlərdən biri kilsə xəzinəsindən vasitələrin oğurluğu üçün saxlanılıb.

…read more

From:: ANS

      

Qarabağda qarşıdurma (FOTO)

Qondarma Dağlıq Qarabağ rejimi ilə erməni millətçiləri arasında qarşıdurma yaşanıb.

ANS PRESS-in məlumatına görə, Ermənistandan 43 avtomobillə Dağlıq Qarabağa yürüşə çıxan “rejimsiz 100 il” aksiyasının iştirakçılarının qabağı polis tərəfindən alınıb. Və onlara müharibə rejiminə görə yürüşə icazə verilmədiyini bildiriblər. Bu zaman tərəflər arasında çaxnaşma baş verib.

Yürüş iştirakçıları jurnalistlərə bildirib ki, onlar polis kardonuna yaxınlaşan zaman silahlı maskalı şəxslər və polis onlara hücum edib.

“Jirayr Sefilyan maşından çıxıb onlarla danışmaq istədikdə minlərlə polis, həm də hərbi qulluqçular çıxıb qadınları və uşaqları döyməyə başladılar. Jurnalisti döydülər, uşaqların oturduğu maşınlarımıza daşlarla hücüm etdilər. Bizi maşınlardan çıxartmağa çalışır, telefonları alır, maşınlardan açarları götürür və bizi söyürdülər. Hətta 1 martda (2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Sarkisyan rejiminin ermənilərə divan tutduğu gün -red) belə olmamışdı. Bu 1 martın daha amansız təkrarı idi” – deyə yürüş iştirakçılarından biri açıqlama verib.

Qarşıdurmada ”Noev kovçeq” qəzetinin Moskva müxbiri Anuşava Şaxnazaryan xəsarət alıb və o, Gorus xəstəxanasına aparılıb. Jurnalistin baş nahiyəsindən travma aldığı bildirilir.

Aksiyaya rəhbərlik edən Jirayr Sefilyan başda olmaqla bütün yürüş iştirakçıları bədən xəsarətləri alıb.

…read more

From:: ANS

      

Putinə sevgi etirafı edildi (VİDEO)

Rusiya prezidenti Vladimir Putinə həsr olunan klip izləmə rekordu qırır.

ANS PRESS-in məlumatına görə, yanvarın 28-də Youtube-a yüklənən “Машани – Мой Путин (Россия-Украина)” mahnısını bir milyondan çox adam dinləyib.

Putinin tərifləndiyi klipdə müğənni prezidentə sevgi etirafları edir.

Klip Rusiyanın ictimai-siyasi sferasında geniş müzakirə edilir.

…read more

From:: ANS

      

Futbolçunu helikopterlə xəstəxanaya apardılar

İngiltərə çempionatının ikinci dəstəsində çıxış edən “Haddepsfild”in oyunçusu Tommi Smit “Lids”ə qarşı oyunda başından ağır xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, o, xəstəxanaya birbaşa meydançaya enən helikopterlə aparılıb.

Müdafiəçi öz komandasının qapıçısı Co Merfi ilə toqquşma zamanı zədələnib. Smit 10 dəqiqə huşsuz vəziyyətdə qalıb.

Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

“Haddepsfild” oyunu 1:2 hesabı ilə uduzub. …read more

From:: ANS

      

Məşhur müğənninin qızı vanna otağında huşsuz tapıldı

Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, 21 yaşlı Bobbi Kristina Braun mənzilindəki vanna otağında huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya çatdırılıb.

Hyuston özü 2012-ci il fevralın 12-də 48 yaşında Los Ancelesin “Beverli Hilton” otelində vanna otağında ölü tapılmışdı. Ölümün səbəbi kimi ürəyin aterosklerotik xəstəliyi və kokainin istifadəsi göstərilirdi.

Bobbi Kristina Braun anasının ölümündən bir gün sonra xəstəxanaya yerləşdirilmişdi. Məşhur müğənninin qızı da narkotikdən istifadə edir. …read more

From:: ANS

      

Separatçılarla görüş başa çatdı

Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə əlaqə qrupunun Minskdə keçirilən görüşü başa çatıb.

ANS PRESS-in məlumatına görə, Belarusun paytaxtında aparılan danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, qondarma Donetsk və Luqansk respublikalarının səlahiyyətli nümayəndələri Denis Puşilin və Vladislav Deyneqo, həmçinin ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini və Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov iştirak ediblər.

Görüş üç saatdan çox çəkib.

Qondarma Donetsk xalq respublikasının səlahiyyətli nümayəndəsi Denis Puşilin danışıqların yekunu barədə mətbuat üçün bəyanat veriləcəyini bildirib. …read more

From:: ANS

      

Putin Olland və Merkellə danışdı

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukrayna böhranını müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, Kremlin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, tərəflər arasında baş tutan telefon danışığında Ukraynanın şərqindəki münaqişənin nizamlanması müzakirə edilib. Və Minskdə keçirilən danışıqlarda atəşkəsin əldə olunmasına və ağır silahların tətbiqindən imtina olunacağına ümid ifadə olunub.

Tərəflərin daha hansı məsələləri müzakirə etdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Ukrayna ilə separatçılar arasında Minskdə görüş keçirilib. Görüşdə hansı nəticələrin əldən olunduğu barədə hələlik məlumat verilməyib. …read more

From:: ANS