Papanın duası Ermənistan üçün

Türkiyə səfəri başa çatan katoliklərin ruhani lideri papa Franksis təyyarədə jurnalistlərlə Ermənistan barədə danışıb. ANS PRESS-in məlumatına görə, ruhani lider jurnalistlərin bu istiqamətdə suallarına cavab verib.

Jurnalistlərdən birinin, “Türkiyə səfəriniz müddətində Ermənistan barədə heç nə demədiniz. Gələn il “soyqırımının” 100-cü ildönümüdür. Bu barədə nə fikirləşirsiniz?” – sualına papa iki ölkə arasındakı sərhəddin açılması üçün dua etdiyini deyib.

“Bu gün xəstəxanada yatan erməni patriarxını ziyarət etdim. Türkiyə hökuməti keçən il bir jest etdi. O dövrün baş naziri Ərdoğan məktubla başsağlığı verdi. Bəziləri bunun az olduğunu düşünür. Mənim bu barədə fikrim isə, kiçik və ya böyük fərqi yoxdur – bir əl uzadılmalıdır. Bu həmişə müsbət addımdır. Mən əlimi az və ya çox uzadaram və qarşı tərəfin nə deyəcəyini gözləyərəm. Mənim əsas ürəyimdə olan sərhədlrin açılmasıdır. Kaş ki, sərhəd qapısı açılsa. Elə yaxşı olar ki. Mən o bölgədə sərhəd qapısının açılmasını heç də asan etməyən geosiyasi problemlər olduğunu bilirəm. Amma bu xalqlar arasında uzlaşma olması üçün dua edək”. …read more

From:: ANS

      

Kral sarayında Quran qalmaqalı

Anqlikan kilsəsinin keçmiş yepiskopu Lord Harrisin “Şahzadə Çarlzın tac qoyma mərasimində Quran oxunmalıdır” – təklifi mübahisələrə səbəb olub. ANS PRESS-in məlumatına görə, bu barədə Harris lordlar palatasındakı çıxışında deyib. Məqsədinin, ölkədə yaşayan müsəlmalara bu cəmiyyət tərəfindən mənimsənildiklərini hiss etdirmək olduğunu deyən Lord Harris bunun xoşməramlı bir hərəkət olacağını bildirib.

Kilsənin öz tarixi mövqeyində qonaqpərvərlik nümayiş etdirməli olduğunu deyən Harris həmçinin ötən il yüksək çinli bir müsəlmanın istəyi ilə “Bristol” katedralında Qurani Kərim oxunduğunu xatırladıb.

“Bu, müsəlmanları səmimiyyətlə qucaqlayan gözəl, uzalşdırıcı bir addım idi”.

Yerli xristianlar Lord Harrisin bu fikirlərini sərt şəkildə tənqid ediblər. Xristian Araşdırmaları Mərkəzinin nümayəndəsi Simon Kalvert xristian liderin, xristian monastrında keçirilən tac qoyma mərasimində Quran oxunmasının insanları çaşdıracağını deyib.

“Spectator” jurnalının redaktor müavini Duqlas Murrey isə bu fikrin səhv olduğunu deyib:

“Əgər tac qoyma mərasiminə müsəlmanlar gələcəksə, o zaman hindular və ateistlər də gəlməlidir. Belə bir mərasimdə Quran oxunacaqsa qoy onda İngiltərədə qılınan cümə namazlarında krala və silahlı qüvvələrimizə dua edilsin”. …read more

From:: ANS

      

Yeni “London” taksiləri gəlir (FOTO)

Bütün taksilərin “London taksisi” ilə əvəz olunması layihəsi çərçivəsində Azərbaycana daha 200 ədəd bu avtomobildən gətirilir.

ANS PRESS-in məlumatına görə, “London taksilərnin” daşınması və çatdırılması üçün keçirilən tenderin qalibi Türkiyənin “Sabay” şirkəti olub.

Şirkət rəhbəri Bülent Aymen Şanxaydan Kocaeli vilayətinin Derince rayonunun eyni adlı limanına gətirilən 200 “London taksisi”nin artıq Azərbaycana göndərildiyini deyib.

“Cəmi 504 avtomobili 3 ay ərzində Bakıya çatdırılmasını öhdəmizə götürdük. İlkin olaraq 200 “London taksisi”ni Şanxay limanından Derince limanına gətirdik və avtomobil TIR-ı ilə Bakıya yola saldıq” – deyə şirkət rəhbəri bildirib.

…read more

From:: ANS

      

ABŞ-ın qara günləri başladı (VİDEO)

Amerika Birləşmiş Ştatların Missuri ştatının Ferquson şəhərində ağ polisin qara yeniyetməni öldürməsi zəminində baş verənlər həm də dirilmə oldu. Məhkəmənin qatilə bəraət verməsindən sonra Birləşmiş Ştatların böyük şəhərlərinin çoxdan görmədiyi sözün həqiqi mənasında qara günlər başladı. Bəs ağların qara şəhərində nə baş verib.

Əvvəlcə ANS-in Amerika Birləşmi Ştatlarındakı bürosuna çıxaq.

– Zəhmət olmasa , qısa bir arayış verin. Ferqusonda nə baş verib?

Rita Ömərova: Amerika Birləşmiş Ştatlarında qaraların etirazı əslində Maykl Braunun öldürüldüyü tarxdə, yəni bu ilin avqustun 9-dan sonrada başlamışdır. Amma ən böyük kütləvi aksiyalar məhz Maykl Braunun öldürən polis məmuruna qarşı məhkəmənin çıxardığı qərardan sonra, yəni polisə bəraət veriməsindən sonra başladı. Demək olar ki, ölkənin ən iri şəhərlərində – Nyu-York, Vaşinqton, Las Veqas, Çikaqo, Atlanta, Boston da daxil olmaqla 170 şəhərdə kütləvi aksiyalar başladı. Qaraların versiyasına görə, Maykl Braunun öz dostları ilə birlikdə nənəsi gilə gedən vaxt polis onlara yaxınlaşıb və “yaramazlar” deyə müraciət edib. Və siz yol hərəkəti qaydalarını pozdunuz deyib. Və o öz silahı ilə onları öldürəcəyilə hədələyib və Maykl Braununa atəş açıb. Maykl Braunun anasının dediyin görə, polis 7 dəfə atəş açıb.

Ağların, yəni polisin versiyasına görə, hadisə başqa cür baş verib. Hətta iri cüssəli olan Maykl Braunun özü polisə qarşı kobudluq edib, polisi təhqir edib, hətta polisin silahını belə almağa cəhd edib. Və bu zaman polis ona atəş açıb. Maykl Braunun öldürülməsi əhalisinin 70 faizinin qara dərililərdən ibarət olduğu Ferquson şəhərində zəncilərin səbrini daşırıb. Çünki, qaradərililər bu hadisəsdən də əvvəl inanırdılar ki, polis onlara qarşı həmişə qəzəbli yanaşıb və yeri gəldi-gəlmədi yoxlayıb, həbs edib, sıxışdırıb. Qaraların isə hakimiyyətdən narazılığının daha dərin səbəbləri var. Sentuis və ona bitişik qəsəbələrdə, o cümlədən Ferqusonda da əhali arasında işsizlik səviyyəsi yüksəkdir. Əhalinin 20 faizindən çoxu kasıblıq həddində yaşayır. Qaradərililər hesab edirlər ki, hakimiyyət onların problemlərinə yetərincə diqqət ayırmır və irqi ayrıseçkiliyə yol verir.

Amerika Birləşmiş Ştatlarında ağlarla qaraları problemi …read more

From:: ANS

      

Azərbaycan səfirliyi etiraz edir

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Haqqin.az saytında dərc edilən “Как Полад Бюльбюльоглы упустил Карабах?» yazısında yer alan məlumatları təkzib edib.

Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, sözügedən məqalədə yer alan məlumatlar uydurma və yalandır:

“Haqqin.az saytında dərc edilən “Как Полад Бюльбюльоглы упустил Карабах?» başlıqlı məlumat uydurma və yalandır.

Xəbərdə deyilir ki, Kazan şəhərində keçirilən “Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər” adlı İkinci ictimai forum zamanı nümayiş olunan videorolikdə Dağlıq Qarabağ Azərbaycanın tərkibində göstərilməmiş və bu Səfir Polad Bülbüloğlu ilə razılaşdırılmışdır.

Səfirliyin mətbuat xidməti rəsmi olaraq bildirir ki, nə Azərbaycanın Rusiyadakı Səfiri, nə də Səfirliyin hər hansı başqa nümayəndəsi bu rolikə baxmamış və onu təsdiq etməmişlər. Onu da qeyd etmək lazımdır ki, haqqin.az saytından məsələ ilə bağlı Səfirliyin mətbuat xidmətinə müraciət edən olmamışdır.

Haqqin.az saytı sensasiya axtarışına çıxaraq belə vacib məsələni dəqiqləşdirmədən yalan olan xəbəri dərc etməsi hiddət doğurur. Bununla sözügedən sayt həm öz oxucularına, həm də Səfirliyin fəaliyyətinə hörmətsizlik nümayiş etdirmişdir.

Videorolikə gəldikdə isə bildiririk ki, Səfirlik müvafiq qaydada rolikin müəllifini və nəyə görə Azərbaycanın Dağlıq Qarabağsız göstərildiyini aydınlaşdıracaqdır. Məsələ ilə bağlı mətbuat əlavə olaraq məlumatlandırılacaqdır”. …read more

From:: ANS