Avropada sərt şaxtalar başladı

Avropada sərt şaxtalar başlayıb.

Almaniyanın Münhen şəhərində güclü qar yağması səbəbindən 40-dan artıq aviareys təxirə salınıb. Yerli sakinlər isə avtomobillərini qarın altından sözün əsl mənasında qazaraq çıxarıblar.

Almaniyanın mərkəzi hissəsində qeyri-sabit hava şəraiti böyük avtomobil qəzasının baş verməsinə səbəb olub. İlkin versiyaya görə, turistləri daşıyan avtobus sürüşkən yolda idarəetməni itirərək aşıb. Nəticədə 4 sərnişin həlak olub, 40-dan çoxu isə xəsarət alıb.

Yunanıstanda isə temperatur mənfi 20 dərəcəyə düşüb. Qar və güclü küləklər hava şəraitini daha da ağırlaşdırıb. Avtomobil nəqliyyatı tamamilə iflic olub, böyük magistrallarda yük avtomobillərinin hərəkəti tamamilə dayandırılıb. …read more

From:: ANS

      

دهم دی یادآور استعمار ستیزی آذربایجان — محمد احدی

اویان نیوز:

محمد احدی

فرمانده نظامی روسیه تزاری بایستی جهت قدردانی از ۳۳ ماه استیلای تمام عیار بر آذربایجان عیدانه ای در خور تزار به پطرزبرگ ارسال می نمود؛ لذا با موافقت والی تحمیلی تهران بر آذربایجان روز اول ژانویه ۱۹۱۱ میلادی دستور اعدام ثقه السلام و هفت شهید والا مقام دیگر را صادر و خبر آن را به عنوان عیدانه به پطرزبرگ ارسال نمود.

در سحرگاه سرد اول ژانویه ۱۹۱۱ میلادی عاشورای ۱۳۳۰ قمری مصادف با ۱۰ دی ۱۲۹۰ شمسی در سربازخانه آن روزهای تبریز (محل فعلی دانشسرای پسران) ، ثقه الاسلام، ابوالقاسم ضیاء العلماء، شیخ سلیم هریسی، صادق الملک، محمد ابراهیم قافقایچی، حسن و قدیر پسران علی میسو، محمد قلی خان (دایی ابوالقاسم ضیاء العلماء) را به دار آویختند تا عاشورای ۱۳۳۰ قمری (دهم دیماه) برای همیشه یادآور استعمار ستیزی و شهادت آزادیخواهان آذربایجان باشد. شاید یاد و خاطره دهم دیماه گاهی در جهت تداوم اهداف آن بزرگان باشد.

برخی مورخین ثقه السلام را از نظر علمی در کنار امام محمد غزالی و شیخ بهایی و در بعد سیاست برتر از سید جمال الدین اسد آبادی و سید حسن مدرس ذکر کرده اند؛ اما آنچه اینک مدنظر است در کنار فقاهت علمی، حضور همیشگی ایشان در سنگر مشروطه آذربایجان می باشد.

“این مطلب را خودم به هئیت علمی نجف نوشته بودم، محض اینکه رشت و اصفهان در ایام گرفتاری تبریز همه ساکت بودند، بعد از استخلاص تبریز و اعاده مشروطه آیا سبب چه شد که سپهدار و سردار اسد (اسعد) حرکت کردند.»

سطور بالا فرازهایی از شکوائیه های شهید عاشورا به مراجع نجف بود.

ثقه السلام غزل های زیبایی نیز به زبان تورکی سروه است.

خیالین یاخشی مونس دیر منه شام و سحر سنسیز

کی سندن اؤزگه یوخ قلبیمده بیر فکر دگر سنسیز

اؤزون گؤردون صلاح کاری مندن ال چکیب گئتدین

مگر سندن قالان غم بیرده مندن …read more

From:: Oyan News

      

Bu ölkələr yeni ili qarşıladılar (VİDEO, FOTO)

Yeni Zelandiya və Avstraliya artıq Yeni ili qarşılayıb.

ANS PRESS-in məlumatına görə, Sidney limanının yaxınlığındakı məşhur körpünün və Opera Teatrının qarşısına toplaşan 1,5 milyon insan möhtəşəm atəşfəşanlığı izləyib.

Yeni Zelandiyada isə bayram fişəngləri bundan iki saat əvvəl atılıb.

Sidney şəhərinin bir çox küçələri Yeni ilin bayram edilməsi ilə əlaqədar avtomobillərin hərəkətinə bağlanıb.

“Twitter” və “Instagram” sosial şəbəkələrində artıq hadisə yerindən fotoşəkillər yerləşdirilib.

…read more

From:: ANS

      

Şimali Koreya yeni ilə belə başladı (VİDEO)

Yeni ili ilk qarşılayan ölkələrdən biri də Şimali Koreya olub.

ANS PRESS-in məlumatına görə, dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya yeni ili atəşfəşanlıqla qarşılayıb.

Pxenyan şəhərində keçirilən bayram şənlikləri dövlət televiziyası ilə canlı yayımlanıb.

Qeyd edək ki, sərt avtoritar idarəçiliyi olan Şimali Koreya ABŞ başda olmaqla Qərb ölkələrinə meydan oxuyur.

…read more

From:: ANS

      

Yeni ilə yeni istehlak səbəti ilə qədəm qoyacağıq

Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibi qüvvəyə minəcək.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibinə əsasən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 8 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,2 il ərzində 9 ədəd kostyum tipli üst geyimlər, 2,5 il ərzində 9 ədəd alt geyimlər, 1,5 il ərzində 7 cüt corab məmulatları, 5 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxildir.

Pensiyaçılar üçün adambaşına minimum istehlak səbətinə 9 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,8 il ərzində 8 ədəd kostyum tipli üst geyimlər, 2,7 il ərzində 9 ədəd alt geyimlər, 2 il ərzində 4,5 cüt corab məmulatları, 6,4 il ərzində 3 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 5 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxil edilib.

Uşaqlar (0-15yaş) üçün adambaşına minimum istehlak səbətinə 2,6 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 2 il ərzində 12 ədəd kostyum tipli üst geyimlər, 2 il ərzində 12 ədəd alt geyimlər, 1,3 il ərzində 6 cüt corab məmulatları, 3 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 1,3 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 41 ədəd …read more

From:: ANS

      

Noyer Ronaldonu qabaqladı

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) 2014-cü ilin ən yaxşılarının adlarını açıqlayıb.

Sorğuda 91 ölkənin mətbuat nümayəndələri iştirak edib.

Səsvermənin nəticələrinə əsasən, Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer ilin ən yaxşı kişi idmançısı seçilib. O, səslərin 14.84 faizini toplayıb. İsveçrəli tennisçi Rocer Federer ikinci (13.26 faiz), Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldo isə üçüncü (12.79 faiz) olub.

İlin ən yaxşı qadın idmançısı isə amerikalı tennisçi Serena Uilyams (21.43 faiz) seçilib. …read more

From:: ANS

      

Litva avroya keçir

Litva yanvarın 1-dən avrozonaya daxil olacaq.

ANS PRESS xəbər verir ki, Litva əhalisi Avropada hökm sürən inflyasiya və avrozonadakı borc böhranına baxmayaraq ölkənin avroya keçməsi stabilliyə gətirib çıxaracağını düşünür.

Litvalılar gecə yarısından dərhal sonra avroyla alı-veriş edə biləcəklər.

Ölkə prezidenti Dalia Grubaskayt bunu qərblə daha dərin iqtisadi və siyasi inteqrasiya yönündə vacib addım adlandırırb.

Litva avrozonaya girən 19-cu ölkə olur. …read more

From:: ANS

      

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapılıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və 1953-cü il təvəllüdlü Tixtov Rais Omaroviçin cəsədini aşkar ediblər. R. Tixtovun cəsədi aidiyyəti üzrə təhvil verilib. …read more

From:: ANS